oguz etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
oguz etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

27 Ağustos 2017 Pazar

As ve Oğuz Türkleri - Azerbaycan ve Türkiye





* Azlar və Quzlar (yəni biz və Anadolu türkləri)

[Az/Aslar ve Guzlar (Oğuz) (yani biz ve Anadolu Türkleri)]

[Az/As people and Guz (Oghuz=Oğuz), (so us (=Azerbaijan Turks) and Anatolian Turks)]


* Tonyukuk abidəsi:  “Çölgi az əzig bultım” “Özüm Az yirim.. anı bilim ..ermış” yəni “çöllü azlardan bir ər tapdım. ,,Özüm Azyerim.. onu.. bilm imiş”. Yəni özüm Azyer olduğum üçün onu tanıyırdım, bilirdim .

[Tonyukuk Abidesi: "Çölgi az ezig bultım" "Özüm Az yirim..anı bilim..ermiş" yani "çöllü azlardan bir er buldum" "özüm Azer.. onu bilirim" Yani özü Azer olduğu için onu tanıyorum, biliyorum.]

[Tonyukuk Monument (on of the Orkhun Monuments): "I have found an az (tribe name=as/az) man from desert" " My origin is Az man (=er) .. I know him.." That means, He knowns him because he is also from Az Tribe.  


* Quzlar, Hunlar, Saklar, Skiflər, Qıpcaqlar, Kimmerlər, Subarlar və sairə kimi Azlar da türk boyudur, türk xalqıdır.

[Guzlar, Hunlar, Sakalar, İskitler, Kıpçaklar, Kimmerler, Subarlar v.s. gibi Azlar da Türk Boyudur, Türk Halkıdır.]

[Like the Oghuz (Guz-Ghuz-Oğuz), Huns, Sacae, Scythians, Kipchaks, Kimmerians (Cimmerians), Subars (Sibir-Suvar), etc. are the As/Az people are Turkish tribes, Turkish People.]


* Öyrənsək görəcəyik ki, Anadoluda türkcə yazılar miladdan öncə XXII-XVII əsrlərə gedib çıxdığı halda niyə Anadoluda Türk varlığını 1071-dən başlayırıq.

[Öğrensek göreceğiz ki, Anadolu'da Türkçe yazılar milattan önce 27.-22. asırlardan beri geldiği halde, niye Anadolu'da Türk varlığını 1071'den başlatıyoruz?]

[ We will see, if we learn, that Turkish inscriptions has been in Anatolia (Asia Minor) from the 27th-22th century BC, but why do we start the history of the Turkish people in Anatolia from 1071 AD ?]


Hikmet Babaoğlu / Azərbaycan
24 Avqust 2017 /link






Azərbaycan, yoxsa Az Ər Bay Tayqan – Yaxud, “azəri” sözü doğrudanmı Stalinin uydurmasıdır?!

Daşlarda nə yazılıb yaxud azəri sözü doğrudanmı Stalinin uydurmasıdır?!

Azərbaycan, yoxsa Az Ər Bay Tayqan…?! Azərbaycan sözünün etimalogiyasının izahında yeni elmi versiya …..



Son günlər sevdiyimiz və hörmət etdiyimiz türkiyəli tarixçi İlber Ortaylının azəri sözü Stalinin uydurmasıdır fikri sosial şəbəkələrdə və mətbuatda geniş müzakirə olunur. Bu barədə dilçilərimiz, tarixçilərimiz müxtəlif fikirlər səsləndirirlər. Prosesi səbirlə izlədim və söylənilən bütün fikirlərlə tanış oldum. Ancaq təəssüf ki, tarixçilərimiz ümumi ictimai rəyi qəne edəcək heç bir fikir söyləyə bilmədilər, yaxud söyləmədilər. Belə olduqda tarixçi olmadığım üçün hazırkı vəziyyətdə mənim də işimə yarayan “tarixçi olmayan” böyük tarixçi Samuel Kramerin “Tarix o qədər ciddi şeydir ki, onu tarixçilərə tapşırmaq olmaz” fikrini xatırladım və bir daha Krameri rəhmətlə anaraq onun bu fikrinə bəraət verdim. Çünki apardığım müşahidələr və gəldiyim nəticə odur ki, hətta gerçəklik də ondan ibarətdir ki, tarixi öyrənməkdə inqilabi hadisə hesab ediləcək araşdırmalar və tədqiqatlar tarixçilər tərəfindən deyil, qeyri-tarixçilər tərəfindən aparılıbdır. 


Birincisi elə Kramer özü, ikincisi Radlov, Bartold, Baskakov, Qumilyov və s. Bu siyahını istənilən qədər uzatmaq olar. Kramer, Radlov, Bartold, Baskakov şərqşünasdırlar, Qumilyov coğrafiyaçıdır və s. Ancaq tarixi öyrənərkən biz bu böyük şəxsiyyətlərin tədqiqatlarını, əsərlərini ən mötəbər mənbə kimi nəzərdən keçiririk. Xüsusilə türk tarixinin öyrənilməsində bu dahilərin hər birinin çox böyük rolu var. İxtisaslı tarixçilərdən bunları fərqləndirən ən səciyyəvi cəhət isə odur ki, bu böyük alimlər heç vaxt özlərini “akademik” tarixin sərt çərçivəsinə məhkum etməyiblər. “Akademik” tarixin tarixi öyrənmə metodu çox məhduddur. Mütləq dəqiq mənbə, yazılı abidə, arxeoloji tapıntı, numizmatik material və s. axtarır. 


Ancaq təəssüf ki, onları tapanda da etnoqrafik baxımdan düzgün şərh etmirlər. Ən azı bizim tarixçilərin böyük bir qismi belədir. Məsələn, bu yaxınlarda Şəmkir rayonunda tapılan ilkin orta əsrlərə aid şəhərcikdə Sasani dövrünə aid sikkələr tapdıqlarına görə bu şəhərciyi Sasani şəhərciyi kimi şərh etdilər. Onda belə çıxır ki, şərti bir azərbaycanlı Afrikaya gedən zaman özü ilə xeyli miqdarda Azərbaycan manatı apararsa, 1000 il sonra həmin pullar arxeoloqlar tərəfindən aşkarlanarsa, deməli, Afrikanın həmin şəhərciyini Azərbaycan şəhəri elan etmək olar. 


Tarixin atası Heredot deyib ki, tarix qədər subyektiv elm yoxdur. Bu fikrə inansaq, onda elə yazılı mənbələrə də şübhə ilə yanaşa bilərik. Çünki bu yazılar da kiminsə subyektiv mövqeyini ifadə edib. Bütün hallarda demək olar ki, bu, belədir. Ona görə də tarixi öyrənən zaman akademik metodları doqmatik olaraq qəbul etmək olmaz. Burada mütləq məntiq silahından istifadə etmək lazım gəlir. Yəni tarixçinin tarixi məntiqi onun ən böyük silahıdır.Tarixçilərimiz isə əksər hallarda bu effektiv silahdan könüllü şəkildə imtina edirlər. Ona görə də çərçivədən çıxa bilmirlər. Beləliklə, tarix elmimiz qısırlaşır. Kim bilir, bəlkə də, tarixçi olmadığım amma tarix haqqında danışmağıma bəraət qazandırmaq üçün tarixşünaslıqdan bu qədər geniş danışdım. Amma hər halda inandıqlarımı və təsbit etdiklərimi dedim.


İndisə qayıdaq günümüzün əsas mövzusuna. Azəri sözü nədir? Etnik addırmı, Farscamı, yoxsa türkcədirmi? Bu söz söz birləşməsidir, yoxsa, sadəcə, sözdür? Əvvəla onu deyim ki, azəri sözündə farslara aid olan bircə hərf var. Bu “İ” hərfidir. Farslar öz dillərinə farsi, ərəb dilinə ərəbi, türk dilinə də türki deyirlər. Deməli, onda belə çıxır ki, azər dili də var və azər dilinə də azəri deyirlər. Ancaq məsələ bu qədər sadə deyil. Azər dilinin olması üçün, ilk növbədə, Azər xalqı olmalıdır. Bəs belə bir xalq varmı…?! Əlbəttə, var. Gəlin lap başdan başlayaq…


Beləliklə, Azər sözü Az yaxud As etnik adına Ər sifəti əlavə edilməklə yaranıb. Az xalqı Az boyu VI-VII əsrlərdən bəri mənbələrdə qeyd olunur. Ər isə ilkin mərhələdə döyüşçü, savaşçı, sonralar isə kişi mənasında işlənib. Bu gün də öz ilkin mənasını Türkiyə ordusunda saxlayan bu söz sıravi əsgəri, yəni rütbəsi olmayan əsgəri ifadə etmək üçün istifadə edilir. Deməli, Az+Ər Az savaşçısı deməkdir. Yəni Az-Ər xalqı var və o bizik. Və bizə aid olanlara da farslar Azəri deyiblər. İndi isə Azər sözünün və ya AZ+ƏR+BAY+CAN sözünün daha dəqiq izahı üçün daha dəqiqi mənbələrə üz tutaq. Belə mötəbər mənbələrdən birincisi elə Orxon-Yenisey abidələridir. Az+Ər birləşməsinə də ilkin olaraq burada rast gəlirik. 


Bizimlə bağlı qeydlər daha çox Orxon daş yazılarındadır. Ən azı iki yazılı daşda Azlardan bəhs edilir. Bunlardan biri Kül Tigin abidəsidir. Abidənin şimal tərəfində Kül Tiginin Azlarla savaşından bəhs edilir. Qeyd edilir ki, Az bodun yağı boltı yəni Az xalqı yağı oldu, düşmən kəsildi. Daha sonra savaşdan və Az xalqının məğlubiyyətindən söhbət gedir. Qeyd edilir ki, ” Kül Tigin bir kırk yaşayur erti ,Alp Şalçı akın binip oplayu təgdi ,Az eltəbərig tutdı, az bodun anda yok boltı”. Mətndə qeyd edilir ki, bu zaman Kül Tigin 31 yaşında idi. Alp Şalçının ağ atını minib hücum etdi, “Az eltəbərini tutdu, Az xalqı onda yox oldu”. Deməli əgər bu döyüşdə Kül Tigin 31 yaşında olubsa o zaman Kül Tiginin 685-ci ildə doğulduğunu nəzərə almaqla həmin döyüşün tarixini də müəyyənləşdirə bilərik. Bu 716-cı il edəcək. 


Diqqət etdinizsə Azlardan bodın yəni xalq deyə söhbət açırlar. Bodın, bütün kəlməsinin arxaik ifadə formasıdır. Bu gün bütün əvəzinə biz ərəbcə cəmiyyət sözünü işlədirik. Deməli VII əsrdə xalqı, cəmiyyəti ifadə etmək üçün daha səlist türkcəmiz varmış. Az ların özlərinin ayrıca eltəbərinin olması isə o demək idi ki, Azlar Göytük İmperatorluğunda imperiyanı təşkil edən yarım müstəqil subyektlərdən biri olublar. Ona görə də kitabda əvvəlki müttəfiqliyə işarə edərək yazılır ki, Azlar yağı boldu. Yəni bizim bilmədiyimiz hansısa səbəbdən əvvəlcə müttəfiq olan azlar sonradan düşmən oldu. Eltəbərin tutulması onun öldürülməməsi isə o deməkdir ki, başqa cəza ilə cəzalandırılacaq. Az xalqı Eltəbərsiz yəni başçısız qaldığı üçün “yox oldı” yəni artıq xüsusi subyekt hüququ əlindən alındı, statussuz olaraq İmperiyaya qarışdı. 


Amma başqa mənbələrdən biz bilirik ki, bu hadisədən sonra Azlar və Quzlar (yəni biz və Anadolu türkləri) ya da onların böyük bir hissəsi Göytürk İmperatorluğundan ayrılaraq Qərbə doğru hərəkət edirlər. İrəlidə bunu təsdiq edən fikirlər söyləyəcəyik.Yaxşı axı mən dedim ki, Azər birləşməsinə də ilkin olaraq Orxon abidələrində rast gəlinir. Bəs, o hansı daşda yazılıb? Bunun üçün gəlin bərabər Tonyukuk abidəsini oxuyaq. 




Tonyukukun dilindən təqribən belə bir hadisə nəql edilir ki, Tabgac Xaqanı (Çin Xaqanı) qırğızlar və oğuzlar vasitəsilə üsyan hazırlayırmış o, bundan xəbər tutur. Ancaq xəbəri bir az ərindən alır. “Çölgi az əzig bultım” “Özüm Az yirim.. anı bilim ..ermış” yəni “çöllü azlardan bir ər tapdım. ,,Özüm Azyerim.. onu.. bilm imiş”. Yəni özüm Azyer olduğum üçün onu tanıyırdım, bilirdim .Düşünürəm ki, elə buradaca məsələni uzatmadan Tonyukukun “özüm Az yerim” sözünə diqqət yetirməliyik. Böyük vəzir deyir ki, mən özüm Az yerim yəni Azəryəm Az-əri-yəm, yəni bugünkü tələffuz formasıyla desək Azəriyəm deyir. Biz bu daşların harayını niyə eşitməzdən gəlməliyik ki?! Tonyukuk qışqırır ki, mən Az-Əri-Yəm. Az xalqının döyüşçü oğluyam. 



Bilmirəm bu izahat kifayətdirmi ki, Azər adını qəbul edək ya da heç olmasa Stalinlə Farslarla bağlı olmadığına inanaq. Amma məncə ortaq fikir belə ola bilər ki, Quzlar, Hunlar, Saklar, Skiflər, Qıpcaqlar, Kimmerlər, Subarlar və sairə kimi Azlar da türk boyudur, türk xalqıdır. Ona görə də burada mübahisə etməli heç nə yoxdur. Deyək ki, bunu qəbul etdik. O zaman belə bir sual ortaya çıxa bilər, yaxşı bəs Azərbaycan nə deməkdir. İstəyirsiniz ona da qısaca cavab verək. 


Məsələ ondadır ki, qədim zamanda hər türk boyunun öz yurdu vardı. Bir növ bizim indiki rayonlarımızın inzibati-siyasi ərazisini xatırladırdı. Göytürk İmperiyasının tərkibində qurucu ünsür kimi yaşayan azərlərin də yaşadığı coğrafiya Yenisey çayının Qərbi, Alaş çayı və Bay-Tayqa ətrafında idi. Ona görə də həmin coğrafiyada yaşayan Azərlər digər ərazilərdə yaşayan Azərlərdən fərqlənmək üçün özlərini Az+Ər+Bay+Tayqa adlandırırdılar. Yəni Bay-Tayqada yaşayan azərlər təqribən indi dediyimiz kimi, Anadolu türkü, Azərbaycan türkü kimi bir tanıtım vasitəsi idi. Azərlər Şumerdən başlamış altaylara qədər olan geniş bir ərazidə yaşadıqları üçün onlara bəzən müxtəlif adlar verilirdi. Bu zaman məskun olduqları coğrafi ərazi də nəzərə alınmaqla fərqli ifadə formaları ortaya çıxırdı. Ona görə də təqribən həmin əsrlərdə ərəblər də Az+Ər+Bay+Tayqanı Adurbadaqan yazırdılar. Və Adurbadaqandan haqlı olaraq bir türk ölkəsi kimi bəhs edirdilər. Nəzərə alsaq ki, ərəbcədə d – dz kimi tələffüz edilir Ramadan-Ramazan sözlərindəki kimi d-nın z-ya çevrilməsi baş verir. Deməli, əminliklə söyləyə bilərik ki, Adurbadaqanı elə Azurbazaqan və nəhayət, Azərbaycan kimi oxumalıyıq. Ancaq əlbəttə, sözün özü etnotoponimdir və Az etnik kökündən yaranıb. Az+Ər+Bay+Tayqan.


İlber Ortaylıya və onun şərhinə gəldikdə isə, mən bu böyük tarixçini zərrə qədər də qınamıram. Çünki biz tariximizi və adımızın mənasını bilmədiyimizə görə onu qəbul etmək istəmirik. Azəri adına etiraz edirik. İlber Ortaylı da bizim könlümüzü şad eləmək üçün deyir Azəri sözü Stalinin uydurmasıdır. Ancaq unutmaq olmaz ki, tarixi yaddaş milli yaddaşın ən başlıca komponentidir. Tariximizi öyrənib ona sahib çıxsaq daha güclü millət ola bilərik. Bunun üçün də tariximizi öyrənməyin yeni konsepsiyasını müəyyənləşdirməliyik. Bu zərurətin nə qədər aktual olduğunu bilən Ulu öndər Heydər Əliyev hələ 1996-cı ildə tarixçilər qarşısında məsələ qaldırdı ki, Azərbaycan tarixi yenidən yazılmalıdır. Yazıldımı…?! Bilmirəm. 


Əgər tariximizi yenidən yazsaq öyrənəcəyik ki, nəyə görə İbrahim Peyğəmbərin atasının adı Azər idi. Nəyə görə Sümər, Subar, Sibir sözləri bu qədər oxşardır və yaxud eyni sözlərdir. Sadəcə tarixçilər onu qəsdən fərqli oxuyub, fərqli yazırlar. Öyrənəcəyik ki, nəyə görə İlber Ortaylı da daxil olmaqla bütün türk tarixçiləri tariximizi Altaysentrzim nəzəriyyəsi əsasında öyrənir, niyə bundan imtina etmirik? 


Öyrənsək görəcəyik ki, Anadoluda türkcə yazılar miladdan öncə XXII-XVII əsrlərə gedib çıxdığı halda niyə Anadoluda Türk varlığını 1071-dən başlayırıq. Öyrənsək görəcəyik ki, Ərməniyyə haradı və nə deməkdi və s. Əziz dostlar, mən bəzi əsərlərimdə və məqalələrimdə bu məsələlərin bir qisminə toxunmuşam. Ancaq tariximizin öyrənilməsi elə bərbad vəziyyətdədir ki, onu xüsusi konsepsiya ilə sistemli şəkildə öyrənməsək ciddi elmi nəticələr əldə edə bilməyəcəyik. Bəlkə hələ gec deyil… Gəlin başlayaq…!


Hikmet Babaoğlu







ilgili:





13 Mayıs 2016 Cuma

Ukraynalıların, Macarların, Türklərin Ümumi Ecdadı - QIPÇAQLAR (Kıpçaklar)







APA TV-nin “Səsli Tarix” layihəsinin növbəti buraxılışı Azərbaycan xalqının soykökünün formalaşmasında iştirak etmiş Türk etnosuna - Qıpçaqlara həsr olunub. Bir sıra Avropa xalqlarının, o cümlədən Macarların, Ukraynalıların, Moldovalıların soykökünün formalaşmasında böyük rol oynamış Qıpçaqlar tarixdə böyük iz qoymuş etnosdur. Xristian Türklərə məxsus qədim irsin, yazılı abidələrin müəlliflik hüququna sahib olan Qıpçaqların tarixdəki rolu daim təhrif olunub. “Səsli Tarix” verilişinin “Qıpçaqlar” bölümündə sizləri proqramın aparıcısı, tarix üzrə fəlsəfə doktoru, BDU-nun Arxeologiya və etnoqrafiya kafedrasının dosenti Kərəm Məmmədlinin bu etnosla bağlı açıqladığı maraqlı faktlarla tanış olmağa dəvət edirik.



Kıpçak Taşbaba'lı, Haritalı bir Kama (eserin kaçıncı yüzyıla ait olduğunu bilmiyorum)
Ukrayna'da






Soy Kökümüzün Formalaşmasında İştirak Etmiş Xalq - Qıpçaqlar!


Türk xalqları tarixində şanlı və ya şanlı olmayan izlər buraxan tayfalardan biri Qıpçaqlardır. Qıpçaqlar hazırkı Türk xalqlarının əksəriyyətinin, o cümlədən Azərbaycan Türklərinin tarixində soy kökündə yaxından iştirak etmiş Türk xalqlarından biridir. Qıpçaq formasında işlənən bu söz Çin mənbələrində “Kinça” şəklində keçir. Avropa mənbələrində “Kuman”, “Polovets”, ərəb mənbələrində isə “Kifçak” və ya “Qıpçaq” formasında işlənir. Bu sözün etimologiyasını həm onların tamgası, həm də xarici görünüşü baxımından izah etmək olar. Orta əsrlərdə xarici görünüşə görə ayrı-ayrı xalqlara ad verilməsi çox geniş yayılmışdı. Onlardan biri də Qıpçaqlar idi. Çin dilində “Kinça” göy gözlü, sarı saçlı adam deməkdir. Hətta Çin mifologiyasında göy gözlü, sarı saçlı adamlar haqqında danışanda onların Kinça olduğu nəzərə çarpır. Avropa, Slavyan dillərində, Yunan və Latın mənbələrində rast gəlinən “Kuman”, “Polovets” formasına gəldikdə, Kuman sarışın, bəyaz, ağ dərili mənalarını verir.



Ukraynalıların Dövlət Bayrağında Qıpçaq Tamğası

Ərəb mənbələrində, xüsusilə Muhamməd bin Nəsr əl-Mərvazinin əsərlərində isə bu ad Qıpçaq və Qıfçaq şəklində işlənir. Bu isə birbaşa onların totemi ilə bağlıdır. Belə ki, Qıpçaqların totemi bir-birinin ardında dayanmış, kəskin şəkildə hiss olunan iki bıçaq formasındadır. Sonradan bu tamğa onların etnoniminə, yəni Qıpçaq formasında çevrilib. Hazırda bu tamğa Ukraynanın dövlət bayrağında aydın görünür. Bu da bir daha sübut edir ki, Ukrayna xalqının soykökündə iştirak etmiş xalqlardan biri də Qıpçaqlardır. Çünki erkən orta əsrlərdə indiki Şərqi Avropa düzənliyində yaşayan Xəzərlər, Qıpçaqlar sonradan Ukrayna xalqının soykökündə iştirak etmiş iştirak ediblər.



Daha Bir Tarixi Mif: Qıpçaq - Oğuz Qarşıdurması

Təəssüf ki, istər elmi ədəbiyyatda, istərsə də elmi-publisistik  əsər, yaxud filmlərdə Qıpçaqlara yanlış mövqedən münasibət bildirilir. Onlar yırtıcı, vəhşi, dağıdan kimi təsvir edilir. Oğuz Türklərinin ortaq dastanı olan “Kitabi Dədə Qorqud” dastanında Qıpçaq obrazı bariz şəkildə görünmədiyi halda, təəssüf ki, filmlərdə Qıpçaqlarla Oğuzlar düşmən xalqlar kimi təqdim olunur, onların savaş səhnələrinə yer verilir. Daha dərinə varsaq, Fəzlullah Rəşidəddinin əsərində Qıpçaqlar Oğuzlara yad etnos kimi göstərilmir. "Came ət-təvarix" əsərində Qıpçaq adının yaranmasına aydınlıq gətirilir, Qıpçağın kim olması göstərilir. Belə ki, savaş zamanı Oğuz Xaqan döyüşdə olarkən onun qadınlarından biri ağac koğuşunda uşaq dünyaya gətirir və Oğuz Xaqan döyüşdən qayıdandan sonra görür ki, uşağı ağac qabığında doğulub, uşağı qucağına alaraq, “Qabucuğum” deyə əzizləyir və ona Qıpçaq adını verir.


Qıpçaqlarla Oğuzlar arasında savaşlar olub, amma bu savaşlar İslam dinini qəbul etmiş Oğuzlarla köhnə inancları saxlayan Qıpçaqlar arasında həm siyasi, həm də funksional baxımdan ola bilərdi. Təbii ki, ilkin səbəb daha çox coğrafi areala sahiblənməklə bağlı idi. Çox zaman Qıpçaq-Oğuz savaşları sadəcə, Qafqazla əlaqələndirilir. Bu, yanlış fikirdir. Çünki savaş Xəzər dənizinin istər qərb, istərsə də şərq hissəsini əhatə edirdi.



Qıpçaqlar – Muzdlu əsgərlər, Yoxsa Siyasi Maraq Daşıyıcıları?

Bəzən Qıpçaqları pul müqabilində savaşan muzdlu əsgər kimi təsvir etməyə çalışırlar. Bu da yanlış fikirdir. Çünki o dövrdə iqtisadi tənəzzül keçirən Abxaziya çarlığının (sonrada Kartli çarlığına çevrildi) 40 min nəfərlik Qıpçaq ordusunu pulla təmin etməsi mümkün deyildi. Əslində, Qıpçaq xanı Atrak Xanın 45 min döyüşçüsü qurucu Davidə ( IV David - Gürcülər ona David Aqmaşenebeli deyirlər) köməyə gəlmişdi. 45 min Qıpçaq pula görə gəlməmişdilər. Bu, Oğuzlarla davam edən savaşın nəticəsi idi. Erkən orta əsrlərdə  yaşayan Qıpçaqlar hadisələrə bugünkü XXI əsr Azərbaycanlısının gözü ilə baxa bilməzdi. Azərbaycan Türkləri içərisində Qıpçaq-Oğuz düşmənçiliyi yaratmaq faktiki olaraq, milləti parçalamaq demək idi. Çünki Azərbaycan Türklərinin soykökündə ən azı 30-40% Qıpçaq əlamətləri var.



Qıpçaqlardan Qalma Dialekt – “Gələjəm”, “Gedəjəm”...

Dialektologiya ilə məşğul olanlar bilməlidirlər ki, “j” hərfi ilə səslənən sözlərin əksəriyyəti Qıpçaq mənşəlidir. Qıpçaqlar təkcə, Azərbaycan Türklərinin yox, eyni zamanda Qazax, Qırğız, hətta Altayların soykökündə yaxından iştirak etmiş qədim Türk tayfalarından biridir. Bizim “gələjəm, gedəjəm” kimi işlətdiyimiz sözlərində “c” və “y” hərflərini Oğuz formasında deyirik. Qazaxıstanda isə yoldaşa “joldas”, yumurtaya “jımırta” deyirlər. Azərbaycan dilinin tarixi ilə məşğul olan görkəmli alimlərin əksəriyyəti qeyd edir ki, Azərbaycan Türkcəsinin formalaşmasında Oğuz və Qıpçaq Türkcəsi eyni səviyyədə iştirak edir.



 “Kun”lar – Qıpçaq Mənşəli Macarlar

Tarixi mənbələrə müraciət etsək, Qıpçaqlar indiki Çin səddindən başlayaraq indiki Macarıstana qədər ərazidə məskunlaşmış etnos idi. Monqollar tərəfindən darmadağın edildikdən sonra Kalxa döyüşündə cənub-şərqi Avropa Qıpçaqların böyük qismi Bonyak xanın dövründə indiki Macarıstana köçüblər. Bu gün Macarlarda “Kun” soyadı daşıyanlar məhz Qıpçaq mənşəlidir. Macaristanda Qıpçaqlarla bağlı nəinki toponimlər, eyni zamanda adlar da qorunub, saxlanıb. Macar dili hazırda dünya linqvistika sistemində Ural-Altay dil ailəsinə daxil edilən dillərdən biridir.



Xristian ədəbiyyatının Böyük Bölümü Qıpçaq Dilində Yazılıb

Eyni zamanda Qıpçaq dili nadir Türk dillərindən sayıla bilər ki, bu dildə xristian ədəbiyyatı geniş yayılıb. Xristian ədəbiyyatını müxtəlif qisimlərə bölmək olar. Erməni əlifbası deyilən əlifba əslində Həbəş əlifbası, dini mətnlərin yazılmasında istifadə edilən şərq xristianlarının əlifbasıdır. Bu dildə qalın kitablar, xristian mətnləri yazılıb. Həmin mətnlər belə başlanır: “Bizim tilimizdə...”. Allah əvəzinə Tenqri sözü işlənir. Eyni zamanda Qıpçaq dili nadir dillərdən biridir ki, hələ orta əsrlərdə bu dilin Avropa dilləri ilə müqayisəsində lüğətlər yaranıb. Məsələn, “Kodeks Kumanikus”, yəni Kumanların kodeksləri. Eyni zamanda XV-XVI əsrlərdə Latın-Qıpçaq lüğəti çap edilib.



Tarixdə İlk Türkiyə Adlı Dövləti Qurmuş Qıpçaqlar

Qıpçaq Türklərinin qurduqları ən möhtəşəm müsəlman-Türk dövlətlərindən biri Misir-Məmlük sultanlığıdır. Bu dövrdə sarayda ərəbcə-Türkcə, yəni ərəbcə-Qıpçaqca lüğət işıq üzü görmüşdü. Misir-Məmlük sultanlığı tarixdə ilk dəfə Türkiyə adını daşıyan dövlətlərdən biridir. Belə ki, tarixdə rəsmi adı “Dövlət ət Türkiyə” deyə keçir.



Mənşəyi Qıpçaq olan Xalqlar - Macarlar, Ukraynalılar, Moldovalılar...

Soykökündə Qıpçaqların iştirak etdiyi xalqları çeşidləsək, demək olar ki, bu Türk etnosu təkcə, Yaxın və Orta Şərqdə deyil, eyni zamanda Avropada bir çox xalqların soykökünün formalaşmasında iştiram edib. Bu xalqlara misal olaraq təkcə Macarları deyil, eyni zamanda Ukraynalıları, Moldovalıları göstərmək olar. Məsələn, Bessarabiya öz ərazisində Qıpçaqların yaşadığı ən böyük ərazilərdən biridir. Bugünkü Moldova Respublikasının böyük bir qismi 1940-cı il Rumıniyadan qoparılmış Bessarabiya ərazisidir. Bu onu deməyə imkan verir ki, Qıpçaqlar indiki Bolqarıstan, Rumıniya Türkləri, hətta Litva Tatarlarının soykökündə yaxından iştirak etmiş xalqlardan biridir. Azərbaycan Türkləri ilə eyni etnogenik prosesləri keçənlər isə Krım Tatarlarıdır. Onları bölsək, sahilboyu yaşayanlar əsasən Oğuzlardır, orta təbəqədə və dağlarda yaşayanlar isə Qıpçaqlardır. Bu gün Krım Türklərinin dili ilə Azərbaycan Türklərinin dilindəki oxşarlıq daha çox bununla bağlıdır.


Qıpçaqların Azərbaycana, ümumiyyətlə, Yaxın və Orta Şərqə gəlişini Rus tarixşünaslığında bir qədər “cavanlaşdırıblar”. Gürcü mənbələri isə bu prosesin eranın ilk əsrlərindən başlandığını yazırlar. Hətta Gürcü xronikalarında sonradan gələn Qıpçaqlarla əvvəlki Qıpçaqlar arasında termin formasında fərq qoyulur. Belə ki, qədim Qıpçaqlar Qaqani Kivçaki, XI əsrin sonu, XII əsrlərdə gələn Qıpçaqlar isə Axali Kivçaki, yəni “yeni Qıpçaqlar” adlandırılır.



Qipçaqlarin Yazılı Abidələri
   
Qıpçaqların yazılı abidələrinə gəlincə, bu abidələr istər epos formasında, istər Altay Türklərinin şah əsərlərindən sayılan “Maday Kara”, istərsə də “Alpamış” dastanı formasında olub. Bu abidələr dövrümüzə Qıpçaq dilində gəlib. Eləcə də, “Manas” eposu. Çünki Qazaxlar, Qırğızlar Qıpçaq dil qrupuna daxildir. Eyni zamanda çox sayda dini ədəbiyyat da dövrümüzə Qıpçaq dilində gəlib çatıb. Həmin Qıpçaq dilində olan mətnlər hazırda Qazaxıstanda xüsusi olaraq işlənib hazırlanır. Ukraynalı alim A. Qarkavets bu mətinlərin üzərində işləyir və “Kipçakskie tekstı” adı altında qalın kitablar çap etdirib. Təəssüf ki, orada “Kodeks Kumanikus” öz əksini tapmayıb. Yəqin ki, yaxın zamanda o da tərcümə olunar. Dövrümüzə qədər Qıpçaq dilində kifayət qədər ədəbiyyat gəlib çıxıb.



Dinin Etnosu Sıradan Çıxarması – Adları Türk, Özləri Xristian Olan Bolqarlar

Elmdə xristian Qıpçaqların etnik kimliyini itirməsinə dair məqamlara da rast gəlmək olar. Bəzən müəyyən bir dinin qəbul edilməsi sonradan etnosun milli kimliyindən uzaqlaşması ilə nəticələnir. Bunun bariz nümunəsi olaraq, Bolqarları misal çəkmək olar. Faktiki olaraq, Bolqarlar Volqa Bulqarları ilə eyni kökdəndir və Türkdürlər. Xristianlığın qəbulu nəyə gətirib çıxardı? Bolqarıstan ərazisində yerləşən Bulqar tayfaları xristianlığı qəbul etdikdən sonra Asparux dövründən Slavyanlarla evlənməyə qoyulmuş qadağa aradan qalxdı. Çünki hər ikisi eyni dinə xidmət edirdi. Bu qarışıq nikahların nəticəsində bu gün Bolqarların simasında Slavyan xalqlarından birini meydana çıxdı. Özləri xristian, xalqın adı isə Türk.



 Hayların Sahibləndiyi Qıpçaq Maddi-Mədəni İrsi

Vaxtilə, Qıpçaqların, xüsusilə, xristian Qıpçaqların yaratdıqları ədəbiyyata, maddi mədəniyyət nümunələrinə, məbədlərə XIX əsrdə buraya köçürülmüş, özləri deofizit olmayan monofizit haylar sahib çıxıblar. Ermənistanda indi də Qıpçakavanq adlı abidə var. Kilsənin Qıpçaq və ya Haylara aid olduğunu nədən bilmək olar? Təbii ki, onun memarlıq quruluşundan. Qıpçaq Türklərinin monofizitə keçməsinin səbəblərindən biri də bu idi ki, Türklərdə tək Tenqri prinsipi var idi. Pravoslavlıqda olan Ata ruh,  Oğul ruh və Allah - bu üçlük Qıpçaqlarda yox idi. Bu da onların yaratdıqları mirasa Hayların sahib çıxması ilə nəticələndi. Bu gün istər cənub-şərqi Gürcüstan, istərsə də Ermənistanın böyük hissəsində, Dağlıq Qarabağda olan Qıpçaq abidələri sahibini gözləyir.



Qıpçaq Kilsələrində Rəsmlər: Qıyıqgözlü İsa Peyğəmbər, Qüdrətli Hökmdar Yusif Sacoğlu

Həsən Calalyanın təmir etdirdiyi Qanzasar, Qıpçakavan abidələri, Üçmüəzzinin (Eçmiədzin) özü öncədən Ermənilərə mənsub deyildi. Bu abidələr Albanlara, xristian Qıpçaqlara aid olan abidələrdir. Hətta Van yaxınlığında Akdamar monastırında çox qəribə faktla rastlaşırıq. Orada insanlar qıyıq gözlü, atın üzərində tərsinə oturaraq ox atan şəkildə təsvir ediliblər. Bu rəsmlər Haylara aid ola bilməzdi. Ustalar abidədə sifariş verən xalqı təsvir edir. Onların əksəriyyətinin Orta Asiya, yəni Türk xalatlarda nə qədər rəsmləri var. Uzunmüddətli təhlil nəticəsində o rəsmlər arasında hətta Azərbaycanın qüdrətli hökmdarlarından olan Yusif Sacoğlunun rəsmini tapırıq. Rəsmdə Arsurinin nəslindən olan Qakinin hökmdar Yusif Sacoğluna təzim etmə səhnəsi var. Eləcə də, Qanzasar monastırında Həzrəti İsa qıyıqgözlü təsvir edilib. Hətta xristianlığın rəsmi peyğəmbərini belə Qıpçaq şəklində təsvir etmişdilər. Bəzi müəlliflər hesab edir ki, bu, Monqollar dövründə baş verib. Lakin o abidənin tarixi xeyli qədim dövrə gedib çıxır.



Tarixdə Alban Deyilən Xalq, əslində Türk Etnosudur

Albanların etnik mənşəyini araşdırsaq, bununla bağlı müxtəlif versiyaların olduğunu görərik. Daha çox Albanların Qafqaz dilli xalq olması ilə bağlı fikirlər səslənib. Digər tərəfdən deyirdilər ki, Albanlar qədim mədəniyyətə malik idilər. Əgər Albanlar qədim mədəniyyətə malik Qafqazdilli xalq idilərsə, o zaman bütün mənbələrdə vəhşi, dağıdıcı, mədəniyyət yaratmayan Türklər necə oldu ki, bunları öz içlərində “əritdilər”? Albanlardan heç bir iz qalmadı? Bunun üçün mənbələrə müraciət etmək yaxşı olardı. XIX yüzillikdə bir neçə dəfə təhrif olunmasına baxmayaraq,  hətta 50-ci illərdə yenə də təhrif olunmasına rəğmən, Albanlar haqqında ən mükəmməl informasiya “Alban tarixi” əsərində öz əksini tapır. Qısa bir epizodu qeyd edək. Xəzər xaqanlığının qoşunları Mədaini tutduqdan sonra geri dönərkən Alban əsirlər və Alban katalikosu Xəzər xaqanının sərkərdəsi ilə söhbət edir. Şaqnan Xəzər xaqanının oğlu idi. O, Viro adlı katalikosa deyir ki, “sən üzdən atama çox bənzəyirsən, nurani üzün var. Biz qardaş xalqlarıq”. Sonra əmr edir ki, bütün əsir götürülmüş Alban döyüşçüləri azadlığa buraxılsın. Yəni, ali təhsili olmayan Xəzər xaqanının oğlu Albanları özlərinə qardaş hesab edirsə və onların katalikosu ilə tərcüməçi olmadan danışırsa və xəzərlərin Türk olduğu hamı tərəfindən təsdiq edilibsə, bu halda Albanların kimliyini müəyyən etmək tamaşaçıların ixtiyarına qalır.



Qıpçaqların Monqoloid Olmadığına Dair Elmi Sübutlar

Çox zaman Qıpçaqları qapa sifətli, qara qaşlı, qara gözlü təsvir edirlər. Bu, yanlışdır. Türk xalqlarında ölünün yanına balballar düzmək dəbdə idi – daşlara insan rəsmləri həkk olunmuşdu. Qəribəlik nədir? Bəzi alimlər belə hesab edirdilər ki, bu, məhrumun təsviridir. Etnoqrafik materiallar isə bunun əksini göstərir. Belə ki, Türk xaqanlarını dəfn edəndə daşda təsvir edilənlər çox zaman düşmənlər olurdu. Buna görə də həmin təsvirlərdəki monqoloid cizgilərini çox təəssüf ki, Qıpçaqlara aid edirlər. Qıpçaqların babaları Çin mənbələrində dindin adlanan xalqdır. Dindinlər antropoloji baxımdan göy göz, sarı saç təsvir edilirlər və sifətləri ensizdir. Qıpçaqların izlərini Ukraynada araşdıran antropoloqlar da Qıpçaq qəbirlərindən tapılan bütün insan skeletləri üzərində araşdırma apararkən belə nəticəyə gəlirlər ki, bu adamların sifətləri o qədər enli deyildi. Qıpçaqlarda monqoloid elementlərinin güclənməsi daha çox monqol yürüşləri dövründə olmuşdu. Həm də qıyıq gözlülüklə badam gözlülüyü qarışdırmaq lazım deyil. Gözün qıyıqlığına təsir edən əsas amil gözün daxili bucağını örtən və epikantus adlanan qırışdır. O qırışları təbii ki, skelet materialında tapmaq mümkün deyil. Lakin təsvirlər sübut edir ki, Qıpçaqlar monqoloid üz quruluşuna malik olmayıblar. Qıpçaqlar Ruslardan ən azı uca boyluluqla seçilib. “Rus” sözünü izah edərkən deyirlər ki, bu sarışın mənasını verir. Əgər Ruslar özləri də Qıpçaqlara “Polovoqo çveta”, yəni sarışın deyirsə, o zaman hansı monqoloidlərdən danışmaq olar? Antropologiya elmində sarı saçlı, göy gözlü monqoloidə rast gəlinməyib.



Peçenek Qırğını - Bizans Qıpçaqları Anadolu Qıpçaqlarına Qarşı

Təəssüf ki, Qıpçaqlar Türk tarixində mühüm rol oynamaqla yanaşı, ayrı-ayrı imperiyaların əlində alətə çevriliblər. Bununla bağlı söhbət açacağımız faciəvi hadisələrdən biri Peçenek qırğınıdır. Bizans tərəfindən qızışdırılan Qıpçaqlar indiki Ön Asiyada, yəni Anadoluda yaşayan Qıpçaqları bir gecədə məhv etmişdilər. Ola bilər bu, ictimai-siyasi maraqlarla, məsələn, daha çox coğrafi ərazini ələ keçirmək uğrunda  mübarizə aparmaqla bağlı ola bilər. Bununla yanaşı, Türk tarixində Misir-Məmlük Xaqanlığını qurmuş, Xəzər Xaqanlığının qurulmasında, Hindistanda Türk dövlətinin yaradılmasında iştirak etmiş xalq kimi Qıpçaqların xidmətləri danılmazdır. Orta əsrlərin coğrafiyasına nəzər yetirsək, Qıpçaqlar təkcə, Oğuzlarla qarışma və konfrontasiya şəklində deyil, eyni zamanda Türkün digər qolları ilə təmasda olub. Onlardan biri də bugünkü Volqaboyunda yaşayan Türk xalqlarıdır. Onların etnogenezində isə Bulqarlarla yanaşı, eyni zamanda  Qıpçaqlar da böyük rol oynayıblar. Cənubi Qafqazda, Mərkəzi Asiyada Oğuzlarla Qıpçaqlar qarışıblar. Bu qarışmaya ən çox təsir edən Qıpçaqların İslamı qəbul etməsi olub. Bu proses XI əsrin sonlarından başlasa da, xeyli çəkmişdi.



Müsəlman Qıpçaqlarla Xristian Qıpçaqların Baş Tutmayan İki Döyüşü - Malazgirt və Qarni Savaşları

Qıpçaqlarla qeyri-Qıpçaqların (Qıpçaqların xristian səfi) döyüşdükləri iki səhnə var, daha doğrusu, bu döyüşə hazırlıq səhnəsidir. Bunlardan biri Malazgirt döyüşü ərəfəsində olmuş hadisə idi. Bizans Qıpçaqlardan və Peçeneklərdən Oğuzlara qarşı istifadə etmək istəyirdi. Lakin Qıpçaqlar qarşılarında onlarla eyni dildə danışanların olduğunu görüb Bizansın səfində döyüşmədilər. İkinci belə hadisə 1225-ci ildə Qarni döyüşündə baş verib. Bu dəfə  Erməni və Gürcü feodalları Qıpçaqlardan Cəlaləddinə qarşı istifadə etmək istəyirdi. Lakin böyük sərkərdə Xarəzmşah Cəlaləddin Türk adəti ilə onlara duz və çörək göndərir. Türklər isə duz-çörəyi heç zaman tapdalamır. Bundan sonra İvane və Zaxare Xarqırtseri qardaşlarının tərəfində vuruşan bütün Qıpçaqlar Xarəzmşah Cəlaləddinin tərəfinə keçirlər. Sanki bununla Türklüklərini unutmadıqlarını qeyd etmək istəyirdilər. 



linkten alıntıdır APA TV








Elazığ Teslim Abdal Köyü ve Ukrayna Kıpçak Türkleri Taşnine/Taşbabaları



6 Kasım 2015 Cuma

Turkish Directions and Color System / Türklerde Yön ve Renkler



Kara Deniz - Black Sea
Ak Deniz - White Sea ; Mediterranean
Kızıl Deniz - Red Sea
Gök Deniz - Sky Sea or Blue Sea



In old Turkish direction system, geographical directions were indicated by colors.

* Black Snake-Black Tortoise Constellation; placed in North - color Black

* Red magpie in Turkish but called as Vermilion Bird constellated; placed in South - color Red

* White Panther/Leopard in Turkish, but called as White Tiger constellation; placed in West - color White

* Sky Dragon in Turkish, but called as Azure Dragon; placed in East - color Sky Blue



So the first Turks were located between 

* Black Sea (Karadeniz - Kara=Black ; deniz=sea) in the North - BLACK,
* Red Sea (Kızıldeniz - Kızıl=Red ; deniz=sea) in the South - RED,
* Mediterranean Sea (Akdeniz - Ak=White ; deniz=sea) in the West - WHİTE
* Caspian Sea (Gökdeniz ;or later Hazar Denizi because of the Hazar / Khazar 

Turks who lived there ; Gök = Heaven, Sky ; deniz=sea) in the East - SKY BLUE
has been named by our ancestors.



"Directions-Colors in Turkish Culture" info by Prof.DrFirudin Celilov
Trans.in English by Semra Bayraktar




NOTE:

It is also called as Chinese constellations which was developed in the 5th c BC, but remember, that there was many Turks in Central Asia and China, like the Great Huns Turks (Xiongnu) led by Mete (Mao-tun).

The Chinese started building their Great Wall to defend themselves against the Hun Turks in the 4th-3th c BC !..

Attila the Hun in Europe and Mete the Hun in Central Asia are related with blood and tribe.

Although the Chinese may have been earlier mutual influence, suggested by parallels to ancient Babylonian astronomy... And again, there was many Turkish tribes like Subar, Turukku, Kut, Saka in Mesopotamia and in the Middle East....immigrated to all directions between 4000-2000 BC....

If we can say, that there was a Turkish language influence on Akkadian language....We can also say; Cultural Influence....;)








İSKENDERUN - ISSIKOS - TÜRKİYE
ESİK / ISSYK - ORTA ASYA


"Bilindiği gibi halklar muhaceret etmişlerse, gittikleri yeni topraklara eski yurtlarındaki coğrafi adların bazılarını taşırlar.  Orta Asya'daki Issık-Göl'ün adının eski çağlarda İskenderun Körfezi'nin İssikos Denizi (Strabon) şeklinde görülmesi, insanın aklına ister istemez böyle bir ihtimali getirmektedir." 
D.Ahsen Batur / Kürdoloji Yalanları kitabından


....Aleksandros ile Dareios arasındaki mücadele burada olmuştur ve koy İSSİKOS Körfezi olarak adlandırılır... 
Strabon:XV;19



İhtimal değildir, Doğru bir tespittir.
"Türkler ilk kez 11.yy'da geldi" lafı daha birçok belgelerle çürütülmüştür. Biz hep buradaydık.
SB






 ...It was here that the struggle between Alexander and Dareius occurred; and the gulf is called the Issic Gulf. .... 



ISSIKOS is TURKiSH
People who immigrate to anotherland take the geographical names with them. So if Strabo writes about ISSIC GULF (today's iskenderun gulf) 2000 years ago, that means with no doubt; 
"The Turks were already here, and did not come in the 11th c AD for the first time."


OCHUS - OXUS - AMUDARYA - CEYHUN RIVER
The name comes from 
OGHUZ TURKS - OĞUZ TÜRKLERİ - OĞUZLAR

"As one proceeds from the Hyrcanian Sea towards the east, one sees on the right the mountains that extend as far as the Indian Sea, which by the Greeks are named the Taurus. Beginning at Pamphylia and Cilicia they extend thus far in a continuous line from the west and bear various different names. In the northerly parts of the range dwell first the Gelae and Cadusii and Amardi, as I have said, and certain of the Hyrcanians, and after them the tribe of the Parthians and that of the Margianians and the Arians; and then comes the desert which is separated from Hyrcania by the Sarnius River as one goes eastwards and towards the Ochus River. "

"From the same Indian mountains, where the Ochus and the Oxus and several other rivers rise, flows also the Iaxartes, which, like those rivers, empties into the Caspian Sea and is the most northerly of them all."










"Japon yazarı Fuyumi Ono paralel dünyadan bəhs edən “Oniki krallıq” romanında bu türk boya sistemininə əsaslanmışdır"

"Japanese writer Fuyumi Ono, used this Turkish direction system in her book "Twelve Kingdom"" - Prof.Dr.F.Celilov



"Bu bədizlər yıllar önce yazdığım "Türk Atayurdu renglerin dilinde" adlı makaledendir"

"These are from the article "Turkish motherlands collers" I wrote, years ago"
Prof.Dr.Firudin Ağasıoğlu Celilov







The Hun Turks / Gokturks (Kokturks) ; Uigur Turks - Colors/Directions







"Hun Türkleri ordularını dünya anlayış ve tasavvurlarına uygun bir şekilde düzenlemişlerdir. Zira, Türklerin düşünce ve tasavvurlarında, dünya dört köşe (bucak) idi. Dört köşe olarak düşünülen dünyanın merkezinde ise, Türk hükümdarı bulunuyordu. Hükümdarın altında da, yine dört yönü temsil eden dört büyük memuriyet yer almakta idi." (*)

Prof. Dr. Salim Koca
(*) De Groot, a.g.e., s. 55 vd.; M. Mori, a.g.m., s. 213; Koca, a.g.e., s86. Türklerde sadece ordu birliklerinin atları değil, şahıslara ait mallar da birbirinden belirli renklerle ayrılmaktaydı. Mesela Uygurlar, at sürülerini birbirinden renklerine göre ayırt ediyorlardı. Başka bir deyişle Uygurlarda her boy kendine has renkte at yetiştirmekteydi. 

Ayrıca, Oğuz Türklerinde de aynı anlayış hakimdi. Özellikle Oğuzların “Alayundlu” (yund=at) boyu, 
sadece ala atlar beslemekteydiler. Bundan dolayı bu Oğuz boyu Alayundlu adıyla anılmıştır.



__________________________




18 Ekim 2014 Cumartesi

AMU DERYA (OXUS) HAZİNESİNDE İSKİT TÜRKLERİ




İskitlere ait buluntular Oxus Hazinesi diye geçiyor....bunlar Ahameniş İmparatorluğuna ait değiller.....İskit Türklerine aittir.

Atların Kuyrukları bağlı Atlı/Avcılar

*Amu Derya-Oxus 
Aslı Oğuz'dur, hatta bazen Oghuz veya Ouzes diye de geçer


................


"...The Apā Sakā ('Water Sacae'; or Pausikoi as Herodotus prefers to call them). They must be situated along the ancient lower reaches of the Amu Darya...."

"Pechenegs (Turkish tribe Peçenek) and Scythians had the same language."

Pechenegs and the Cumans, both of whom she regards as Scythian tribes and refers to most frequently with the general ethnonym Skythai. Anna's second reference to the Sauromatai (Sarmantians) allows a more certain association of the ethnonym with the Ouzes.

"Sauromatai allows more certain association of the ethnonym with the Ouzes". 

Prominent in the skirmish was a certain Ouzas, son named because of his genos. Anna's third reference to the Sarmatians has them in the role of the Getai, driving a further group of nomads, a genos Skythikon, towards the Danube. Here she is decribing the migration of a tribe of Pechenegs who were driven south by the Ouzes in around 1070. Sarmatians were a component of the confederate army commanded by Tzelgu and the Hungarian Salomon in 1087.

Pechenegs = Patzinakos /Turks.
Cumans = Komanos = Komanikos / Turks.
Ouzes = Oghuz = Oğuz Turks

Anna Comnena (1083-1153) 
She was a Byzantine historian and daughter of the emperor Alexius I Comnenus.


................


Objects of Scythian Type in Oxus Treasure


There are a few objects of Scythian type in the Oxus Treasure.This hoard of gold and silver objects, now in the British Museum, was recovered between about 1877 and 1880 from the area of Takht-i Kuwad on the north bank of the River Oxus, in ancient Bactria (modern Tajikistan) (Dalton 1964; Curtis 1997). 

It consists of about 180 items (excluding coins), mostly dating from the 5th–4th centuries BC during which time Bactria was part of the Achaemenid Persian empire. 

The collection includes gold votive plaques, a model gold chariot, gold and silver statuettes and figurines, a gold scabbard, gold and silver vessels, bracelets, gold roundels, gold signet rings and seals. Many of these items are Achaemenid in style, but there are some other influences. 

Some of these pieces have Greek connections, and others look as if they are local Bactrian products. Lastly, evidence of Scythian art can be seen in some of the objects, which is scarcely surprising in view of the north-easterly location of the find-spot of the Treasure.

British Museum




























12 Ağustos 2014 Salı

KAZAKHSTAN TURKS







The "Princess" of Urdzhar 4th-3th c BC. - Kazakhstan

Remains of the young woman of a notable origin under a barrow embankment in a stone sarcophagus under massive granite plates, depth level on - 1,70 m were researched. In the chamber with the buried ceramic and wooden vessels and bones of a sacrificial animal – remains of a sheep were found. 

Remains of fabric of clothes of blue and green color remained on bones of a human skeleton. Old earrings and a stone altar - indispensable attribute of female burials of that time were found at the head of buried woman.

The greatest value is represented by the peaked gold headdress ornamented with vegetable patterns and a zoomorphism ornament. The top part, decorated with a spiral from a gold wire has a headdress also arrow-shaped. The lower part of a product was decorated by ancient jewelers (zergers) with corrugated suspension brackets. In a form and an ornamental embodiment, the find reminds national Kazakh female headdresses saukele and borik. 

Similar headdresses as it is supposed were accessory of a full dress of Saka tribes of Kazakhstan. The similar find in Kazakhstan is known only in the well-known Issyk barrow relating to the same time, as the burial in the Urdzhar area. 

The "Princess" from Urdzhar is preliminary dated back to the IV-III centuries BC.
link




Saka tribes (east Scythians) + Kazakhs = Turks.







the Republic of Kazakhstan - a Turkish Republic

Is a contiguous transcontinental country in Central Asia, with its smaller part west of the Ural River in Europe. Kazakhstan is the world's largest landlocked country by land area and the ninth largest country in the world; its territory of 2,727,300 square kilometres (1,053,000 sq mi) is larger than Western Europe.



*
"Kazakhstan has a population of 17.7 million, with 131 ethnicities, including Kazakh, Russian, Ukrainian, German, Uzbek, Tatar, and Uyghur"...

*Stop saying "131 ethnicities"...Kazakh, Uzbek, Tatar, Uyghur are Turks of ethnic!

And we do know that, back in the centuries, many of Turkish tribes lived in Russia, Ukraine and Germany....and still living..... There are many Turkic Tribes , stop calling as "different ethnics"!...

What did Napoleon say : " Crash the Russians and beneath you will see the Tatars" which is Turk......



*
"The territory of Kazakhstan has historically been inhabited by nomadic tribes" "nomadic horsemen"...

*Stop saying "Nomadic Tribes" "nomadic horsemen" ... they have a name; Turks. "Nomadic tribes""nomadic horsemen", who made such a beautifull art pieces and build many states and empires....!



*
"Kazakh language"...

*Stop saying "Kazakh language"... that's Turkish.
SONG FROM KAZAKHSTAN  LİNK

Be honest and say the truths: BBC NEWS LİNK !



Turkish Petroglyph from Bayan Zurek (Bayan Yürek)- Kazakhstan



"ALL TURKISH PEOPLES, 
UIGHURS, KÖK-TURKS, OTTOMAN TURKS, 
BELONG TO THAT CENTRAL GROUP OF EURASIAN HUMANITY WHICH WE ARE CALLING 
"SCYHTIAN"."

Prof.Dr.Ida Bobula, Hungary


EAST SCYTHIANS ARE NAMED "SAKA"
ASSYRIAN CALLED ASHGUZ
= SKUZ (later SKIT-SCYTH) = GUZ = OGUZ = OGHUZ = OĞUZ.....
ALSO ; ASHGUZ=ASHKENAZI .....


THE TURKS and TURKISH REPUBLICS




Don't be afraid to use the word Turk....
We don't bite :)
That's just the facts....

_________________