27 Ağustos 2017 Pazar

As ve Oğuz Türkleri - Azerbaycan ve Türkiye





* Azlar və Quzlar (yəni biz və Anadolu türkləri)

[Az/Aslar ve Guzlar (Oğuz) (yani biz ve Anadolu Türkleri)]

[Az/As people and Guz (Oghuz=Oğuz), (so us (=Azerbaijan Turks) and Anatolian Turks)]


* Tonyukuk abidəsi:  “Çölgi az əzig bultım” “Özüm Az yirim.. anı bilim ..ermış” yəni “çöllü azlardan bir ər tapdım. ,,Özüm Azyerim.. onu.. bilm imiş”. Yəni özüm Azyer olduğum üçün onu tanıyırdım, bilirdim .

[Tonyukuk Abidesi: "Çölgi az ezig bultım" "Özüm Az yirim..anı bilim..ermiş" yani "çöllü azlardan bir er buldum" "özüm Azer.. onu bilirim" Yani özü Azer olduğu için onu tanıyorum, biliyorum.]

[Tonyukuk Monument (on of the Orkhun Monuments): "I have found an az (tribe name=as/az) man from desert" " My origin is Az man (=er) .. I know him.." That means, He knowns him because he is also from Az Tribe.  


* Quzlar, Hunlar, Saklar, Skiflər, Qıpcaqlar, Kimmerlər, Subarlar və sairə kimi Azlar da türk boyudur, türk xalqıdır.

[Guzlar, Hunlar, Sakalar, İskitler, Kıpçaklar, Kimmerler, Subarlar v.s. gibi Azlar da Türk Boyudur, Türk Halkıdır.]

[Like the Oghuz (Guz-Ghuz-Oğuz), Huns, Sacae, Scythians, Kipchaks, Kimmerians (Cimmerians), Subars (Sibir-Suvar), etc. are the As/Az people are Turkish tribes, Turkish People.]


* Öyrənsək görəcəyik ki, Anadoluda türkcə yazılar miladdan öncə XXII-XVII əsrlərə gedib çıxdığı halda niyə Anadoluda Türk varlığını 1071-dən başlayırıq.

[Öğrensek göreceğiz ki, Anadolu'da Türkçe yazılar milattan önce 27.-22. asırlardan beri geldiği halde, niye Anadolu'da Türk varlığını 1071'den başlatıyoruz?]

[ We will see, if we learn, that Turkish inscriptions has been in Anatolia (Asia Minor) from the 27th-22th century BC, but why do we start the history of the Turkish people in Anatolia from 1071 AD ?]


Hikmet Babaoğlu / Azərbaycan
24 Avqust 2017 /link






Azərbaycan, yoxsa Az Ər Bay Tayqan – Yaxud, “azəri” sözü doğrudanmı Stalinin uydurmasıdır?!

Daşlarda nə yazılıb yaxud azəri sözü doğrudanmı Stalinin uydurmasıdır?!

Azərbaycan, yoxsa Az Ər Bay Tayqan…?! Azərbaycan sözünün etimalogiyasının izahında yeni elmi versiya …..



Son günlər sevdiyimiz və hörmət etdiyimiz türkiyəli tarixçi İlber Ortaylının azəri sözü Stalinin uydurmasıdır fikri sosial şəbəkələrdə və mətbuatda geniş müzakirə olunur. Bu barədə dilçilərimiz, tarixçilərimiz müxtəlif fikirlər səsləndirirlər. Prosesi səbirlə izlədim və söylənilən bütün fikirlərlə tanış oldum. Ancaq təəssüf ki, tarixçilərimiz ümumi ictimai rəyi qəne edəcək heç bir fikir söyləyə bilmədilər, yaxud söyləmədilər. Belə olduqda tarixçi olmadığım üçün hazırkı vəziyyətdə mənim də işimə yarayan “tarixçi olmayan” böyük tarixçi Samuel Kramerin “Tarix o qədər ciddi şeydir ki, onu tarixçilərə tapşırmaq olmaz” fikrini xatırladım və bir daha Krameri rəhmətlə anaraq onun bu fikrinə bəraət verdim. Çünki apardığım müşahidələr və gəldiyim nəticə odur ki, hətta gerçəklik də ondan ibarətdir ki, tarixi öyrənməkdə inqilabi hadisə hesab ediləcək araşdırmalar və tədqiqatlar tarixçilər tərəfindən deyil, qeyri-tarixçilər tərəfindən aparılıbdır. 


Birincisi elə Kramer özü, ikincisi Radlov, Bartold, Baskakov, Qumilyov və s. Bu siyahını istənilən qədər uzatmaq olar. Kramer, Radlov, Bartold, Baskakov şərqşünasdırlar, Qumilyov coğrafiyaçıdır və s. Ancaq tarixi öyrənərkən biz bu böyük şəxsiyyətlərin tədqiqatlarını, əsərlərini ən mötəbər mənbə kimi nəzərdən keçiririk. Xüsusilə türk tarixinin öyrənilməsində bu dahilərin hər birinin çox böyük rolu var. İxtisaslı tarixçilərdən bunları fərqləndirən ən səciyyəvi cəhət isə odur ki, bu böyük alimlər heç vaxt özlərini “akademik” tarixin sərt çərçivəsinə məhkum etməyiblər. “Akademik” tarixin tarixi öyrənmə metodu çox məhduddur. Mütləq dəqiq mənbə, yazılı abidə, arxeoloji tapıntı, numizmatik material və s. axtarır. 


Ancaq təəssüf ki, onları tapanda da etnoqrafik baxımdan düzgün şərh etmirlər. Ən azı bizim tarixçilərin böyük bir qismi belədir. Məsələn, bu yaxınlarda Şəmkir rayonunda tapılan ilkin orta əsrlərə aid şəhərcikdə Sasani dövrünə aid sikkələr tapdıqlarına görə bu şəhərciyi Sasani şəhərciyi kimi şərh etdilər. Onda belə çıxır ki, şərti bir azərbaycanlı Afrikaya gedən zaman özü ilə xeyli miqdarda Azərbaycan manatı apararsa, 1000 il sonra həmin pullar arxeoloqlar tərəfindən aşkarlanarsa, deməli, Afrikanın həmin şəhərciyini Azərbaycan şəhəri elan etmək olar. 


Tarixin atası Heredot deyib ki, tarix qədər subyektiv elm yoxdur. Bu fikrə inansaq, onda elə yazılı mənbələrə də şübhə ilə yanaşa bilərik. Çünki bu yazılar da kiminsə subyektiv mövqeyini ifadə edib. Bütün hallarda demək olar ki, bu, belədir. Ona görə də tarixi öyrənən zaman akademik metodları doqmatik olaraq qəbul etmək olmaz. Burada mütləq məntiq silahından istifadə etmək lazım gəlir. Yəni tarixçinin tarixi məntiqi onun ən böyük silahıdır.Tarixçilərimiz isə əksər hallarda bu effektiv silahdan könüllü şəkildə imtina edirlər. Ona görə də çərçivədən çıxa bilmirlər. Beləliklə, tarix elmimiz qısırlaşır. Kim bilir, bəlkə də, tarixçi olmadığım amma tarix haqqında danışmağıma bəraət qazandırmaq üçün tarixşünaslıqdan bu qədər geniş danışdım. Amma hər halda inandıqlarımı və təsbit etdiklərimi dedim.


İndisə qayıdaq günümüzün əsas mövzusuna. Azəri sözü nədir? Etnik addırmı, Farscamı, yoxsa türkcədirmi? Bu söz söz birləşməsidir, yoxsa, sadəcə, sözdür? Əvvəla onu deyim ki, azəri sözündə farslara aid olan bircə hərf var. Bu “İ” hərfidir. Farslar öz dillərinə farsi, ərəb dilinə ərəbi, türk dilinə də türki deyirlər. Deməli, onda belə çıxır ki, azər dili də var və azər dilinə də azəri deyirlər. Ancaq məsələ bu qədər sadə deyil. Azər dilinin olması üçün, ilk növbədə, Azər xalqı olmalıdır. Bəs belə bir xalq varmı…?! Əlbəttə, var. Gəlin lap başdan başlayaq…


Beləliklə, Azər sözü Az yaxud As etnik adına Ər sifəti əlavə edilməklə yaranıb. Az xalqı Az boyu VI-VII əsrlərdən bəri mənbələrdə qeyd olunur. Ər isə ilkin mərhələdə döyüşçü, savaşçı, sonralar isə kişi mənasında işlənib. Bu gün də öz ilkin mənasını Türkiyə ordusunda saxlayan bu söz sıravi əsgəri, yəni rütbəsi olmayan əsgəri ifadə etmək üçün istifadə edilir. Deməli, Az+Ər Az savaşçısı deməkdir. Yəni Az-Ər xalqı var və o bizik. Və bizə aid olanlara da farslar Azəri deyiblər. İndi isə Azər sözünün və ya AZ+ƏR+BAY+CAN sözünün daha dəqiq izahı üçün daha dəqiqi mənbələrə üz tutaq. Belə mötəbər mənbələrdən birincisi elə Orxon-Yenisey abidələridir. Az+Ər birləşməsinə də ilkin olaraq burada rast gəlirik. 


Bizimlə bağlı qeydlər daha çox Orxon daş yazılarındadır. Ən azı iki yazılı daşda Azlardan bəhs edilir. Bunlardan biri Kül Tigin abidəsidir. Abidənin şimal tərəfində Kül Tiginin Azlarla savaşından bəhs edilir. Qeyd edilir ki, Az bodun yağı boltı yəni Az xalqı yağı oldu, düşmən kəsildi. Daha sonra savaşdan və Az xalqının məğlubiyyətindən söhbət gedir. Qeyd edilir ki, ” Kül Tigin bir kırk yaşayur erti ,Alp Şalçı akın binip oplayu təgdi ,Az eltəbərig tutdı, az bodun anda yok boltı”. Mətndə qeyd edilir ki, bu zaman Kül Tigin 31 yaşında idi. Alp Şalçının ağ atını minib hücum etdi, “Az eltəbərini tutdu, Az xalqı onda yox oldu”. Deməli əgər bu döyüşdə Kül Tigin 31 yaşında olubsa o zaman Kül Tiginin 685-ci ildə doğulduğunu nəzərə almaqla həmin döyüşün tarixini də müəyyənləşdirə bilərik. Bu 716-cı il edəcək. 


Diqqət etdinizsə Azlardan bodın yəni xalq deyə söhbət açırlar. Bodın, bütün kəlməsinin arxaik ifadə formasıdır. Bu gün bütün əvəzinə biz ərəbcə cəmiyyət sözünü işlədirik. Deməli VII əsrdə xalqı, cəmiyyəti ifadə etmək üçün daha səlist türkcəmiz varmış. Az ların özlərinin ayrıca eltəbərinin olması isə o demək idi ki, Azlar Göytük İmperatorluğunda imperiyanı təşkil edən yarım müstəqil subyektlərdən biri olublar. Ona görə də kitabda əvvəlki müttəfiqliyə işarə edərək yazılır ki, Azlar yağı boldu. Yəni bizim bilmədiyimiz hansısa səbəbdən əvvəlcə müttəfiq olan azlar sonradan düşmən oldu. Eltəbərin tutulması onun öldürülməməsi isə o deməkdir ki, başqa cəza ilə cəzalandırılacaq. Az xalqı Eltəbərsiz yəni başçısız qaldığı üçün “yox oldı” yəni artıq xüsusi subyekt hüququ əlindən alındı, statussuz olaraq İmperiyaya qarışdı. 


Amma başqa mənbələrdən biz bilirik ki, bu hadisədən sonra Azlar və Quzlar (yəni biz və Anadolu türkləri) ya da onların böyük bir hissəsi Göytürk İmperatorluğundan ayrılaraq Qərbə doğru hərəkət edirlər. İrəlidə bunu təsdiq edən fikirlər söyləyəcəyik.Yaxşı axı mən dedim ki, Azər birləşməsinə də ilkin olaraq Orxon abidələrində rast gəlinir. Bəs, o hansı daşda yazılıb? Bunun üçün gəlin bərabər Tonyukuk abidəsini oxuyaq. 




Tonyukukun dilindən təqribən belə bir hadisə nəql edilir ki, Tabgac Xaqanı (Çin Xaqanı) qırğızlar və oğuzlar vasitəsilə üsyan hazırlayırmış o, bundan xəbər tutur. Ancaq xəbəri bir az ərindən alır. “Çölgi az əzig bultım” “Özüm Az yirim.. anı bilim ..ermış” yəni “çöllü azlardan bir ər tapdım. ,,Özüm Azyerim.. onu.. bilm imiş”. Yəni özüm Azyer olduğum üçün onu tanıyırdım, bilirdim .Düşünürəm ki, elə buradaca məsələni uzatmadan Tonyukukun “özüm Az yerim” sözünə diqqət yetirməliyik. Böyük vəzir deyir ki, mən özüm Az yerim yəni Azəryəm Az-əri-yəm, yəni bugünkü tələffuz formasıyla desək Azəriyəm deyir. Biz bu daşların harayını niyə eşitməzdən gəlməliyik ki?! Tonyukuk qışqırır ki, mən Az-Əri-Yəm. Az xalqının döyüşçü oğluyam



Bilmirəm bu izahat kifayətdirmi ki, Azər adını qəbul edək ya da heç olmasa Stalinlə Farslarla bağlı olmadığına inanaq. Amma məncə ortaq fikir belə ola bilər ki, Quzlar, Hunlar, Saklar, Skiflər, Qıpcaqlar, Kimmerlər, Subarlar və sairə kimi Azlar da türk boyudur, türk xalqıdır. Ona görə də burada mübahisə etməli heç nə yoxdur. Deyək ki, bunu qəbul etdik. O zaman belə bir sual ortaya çıxa bilər, yaxşı bəs Azərbaycan nə deməkdir. İstəyirsiniz ona da qısaca cavab verək. 


Məsələ ondadır ki, qədim zamanda hər türk boyunun öz yurdu vardı. Bir növ bizim indiki rayonlarımızın inzibati-siyasi ərazisini xatırladırdı. Göytürk İmperiyasının tərkibində qurucu ünsür kimi yaşayan azərlərin də yaşadığı coğrafiya Yenisey çayının Qərbi, Alaş çayı və Bay-Tayqa ətrafında idi. Ona görə də həmin coğrafiyada yaşayan Azərlər digər ərazilərdə yaşayan Azərlərdən fərqlənmək üçün özlərini Az+Ər+Bay+Tayqa adlandırırdılar. Yəni Bay-Tayqada yaşayan azərlər təqribən indi dediyimiz kimi, Anadolu türkü, Azərbaycan türkü kimi bir tanıtım vasitəsi idi. Azərlər Şumerdən başlamış altaylara qədər olan geniş bir ərazidə yaşadıqları üçün onlara bəzən müxtəlif adlar verilirdi. Bu zaman məskun olduqları coğrafi ərazi də nəzərə alınmaqla fərqli ifadə formaları ortaya çıxırdı. Ona görə də təqribən həmin əsrlərdə ərəblər də Az+Ər+Bay+Tayqanı Adurbadaqan yazırdılar. Və Adurbadaqandan haqlı olaraq bir türk ölkəsi kimi bəhs edirdilər. Nəzərə alsaq ki, ərəbcədə d – dz kimi tələffüz edilir Ramadan-Ramazan sözlərindəki kimi d-nın z-ya çevrilməsi baş verir. Deməli, əminliklə söyləyə bilərik ki, Adurbadaqanı elə Azurbazaqan və nəhayət, Azərbaycan kimi oxumalıyıq. Ancaq əlbəttə, sözün özü etnotoponimdir və Az etnik kökündən yaranıb. Az+Ər+Bay+Tayqan.


İlber Ortaylıya və onun şərhinə gəldikdə isə, mən bu böyük tarixçini zərrə qədər də qınamıram. Çünki biz tariximizi və adımızın mənasını bilmədiyimizə görə onu qəbul etmək istəmirik. Azəri adına etiraz edirik. İlber Ortaylı da bizim könlümüzü şad eləmək üçün deyir Azəri sözü Stalinin uydurmasıdır. Ancaq unutmaq olmaz ki, tarixi yaddaş milli yaddaşın ən başlıca komponentidir. Tariximizi öyrənib ona sahib çıxsaq daha güclü millət ola bilərik. Bunun üçün də tariximizi öyrənməyin yeni konsepsiyasını müəyyənləşdirməliyik. Bu zərurətin nə qədər aktual olduğunu bilən Ulu öndər Heydər Əliyev hələ 1996-cı ildə tarixçilər qarşısında məsələ qaldırdı ki, Azərbaycan tarixi yenidən yazılmalıdır. Yazıldımı…?! Bilmirəm. 


Əgər tariximizi yenidən yazsaq öyrənəcəyik ki, nəyə görə İbrahim Peyğəmbərin atasının adı Azər idi. Nəyə görə Sümər, Subar, Sibir sözləri bu qədər oxşardır və yaxud eyni sözlərdir. Sadəcə tarixçilər onu qəsdən fərqli oxuyub, fərqli yazırlar. Öyrənəcəyik ki, nəyə görə İlber Ortaylı da daxil olmaqla bütün türk tarixçiləri tariximizi Altaysentrzim nəzəriyyəsi əsasında öyrənir, niyə bundan imtina etmirik? 


Öyrənsək görəcəyik ki, Anadoluda türkcə yazılar miladdan öncə XXII-XVII əsrlərə gedib çıxdığı halda niyə Anadoluda Türk varlığını 1071-dən başlayırıq. Öyrənsək görəcəyik ki, Ərməniyyə haradı və nə deməkdi və s. Əziz dostlar, mən bəzi əsərlərimdə və məqalələrimdə bu məsələlərin bir qisminə toxunmuşam. Ancaq tariximizin öyrənilməsi elə bərbad vəziyyətdədir ki, onu xüsusi konsepsiya ilə sistemli şəkildə öyrənməsək ciddi elmi nəticələr əldə edə bilməyəcəyik. Bəlkə hələ gec deyil… Gəlin başlayaq…!


Hikmet Babaoğlu







ilgili: