17 Temmuz 2016 Pazar

Karamazov ve Dostoyevski








"Her şeyden önce, kendine yalan söyleme. 
Kendisine yalan söyleyen ve söylediği yalanları dinleyen kişi bir noktaya gelince, etrafındaki veya 
kendi içindeki gerçeği ayırt edemez. 
Ve böylece hem kendisine hem de diğerlerine bütün saygınlığını yitirir."
Fyodor Dostoyevsky - Karamazov Kardeşler





* KARA kelimesinin kökeni Türkçedir. Renk belirtmesi dışında , gözü kara, cesur, yürekli, atılgan anlamına da gelir. Romanda kavgacı ve ahlaksız tiplerdir, bu yüzden olumsuz ek olan MAZ ile KARAMAZ kelimesi olumsuz davranışlarını belirtir. Çok Yaramaz'lar çok. (Karamaz=Yaramaz ;) )

* -ov Rusçada erkek adlarında kullanılan iyelik ekidir. -ov -ev aynı zamanda oğul anlamını da taşır. 
Örn: Karamaz+ov/ev = Karamazevi - Karamazoğlu - Yaramazoğlu





Sürgünden sonra Dostoyevsky'in Türklere bakışı olumsuzdur, ancak köken olarak da Türk'tür.





ALÇALDILMIŞ VƏ TƏHQİR EDİLMİŞ
İNSANLARIN DOSTU DOSTOEVSKİ (1821-1881)

Dostoevskinin müasiri rus riyaziyyatçısı Rusiya EA-nın ilk qadın akademiki yazıçı Sofya Kovalevskaya xatırlayır: Bir dəfə Dostoevski bizdə öz köhnə dostu ilə qarşılaşdı. Onlar çoxdan görüşmürlərmiş, indi bu iki dost ətrafdakılara fikir vermədən yalnız hər ikisinə zövq verən mövzulardan danışırdılar. Çox keçmədi ki, onların sənətdən, ədəbiyyatdan başlayan söhbətləri gedib din üzərinə çıxdı.

Dostoevski mömin, dostu ateist idi. Söhbət qəlizləşmişdi; Dostoevski "Allah vardır!" deyə xüsusi vəcdlə qışqırırdı. Biz də unutmuşduq ki, bayram axşamıdır, söhbətə elə aludə olmuşduq ki... Birdən yaxın kilsənin fərəhli zəng səsləri içəriyə doldu. Dostoevski elə ehtizaza gəldi ki: Sanki göylə torpaq birləşərək məni uddu və mən allahın özünə qovuşdum deyə həmin andaca deyə bildi. Siz sağlam adamlarsınız, məni anlamazsınız. Məhəmməd inandırır ki, cənnətdə olmuş, onu görmüşdür. Siz ağıllı dəlilər isə ona şübhə edirsiniz. Amma o sızə düzünü deyir. O həqiqətən cənnəti görmüşdür. Dostoevski artıq bu sözləri sehirli pıçıltılarla deyirdi (15, s.27).

Dostoevski ədəbi mühitə qədəm qoyanda Krılov, Puşkin, Lermontov kimi "bahadırlar" yenicə əbədən susmuşdular. Bununla da rus ədəbiyyatında lal bir boşluq açılmışdı. Belə bir zamanda hərbi qulluqdan istefaya çıxan Fyodor Mixayloviç Dostoevskinin "Yazıq adamlar" əsəri rus oxucularının qulağına yazıqların, binəsiblərin ah-nalələrini çatdırdı və bu qulağı ağlaşma səsləri ilə doldurdu; bu acıma və mərhəmət xristian mühitində dərhal əks-səda verdi. Elə bu ilk əsəri də Dostoevskinin bütün gələcək yaradıcılığının epiqrafı ola bildi. Bütün yaradıcılığı boyu belə dərdli və yazıq adamlar onun ədəbi qəhrəmanları oldu. Onların fəlakətli həyatı - həbsxanaya bənzər güzəranı və bu hıçqırıqlar, bu fəryadlar qəlbdən kənar keçilə bilməzdi.

Onda uşaqlıqdan ürəkkeçmə xəstəliyi vardı. Yüksək emosiyalar onu özündən çıxarırdı. Bu ən çoxu acımadan, rəhmdillikdən doğulduğu kimi, gözəlliklər qarşısında ağır heyrət nəticəsində də baş verə bilərdi. Fövqəladə gözəl qadın qarşısında, çoxlarının gözləri önündə bir ziyafətdə o qəşi edərək özündən getmişdi
(9, s.386).

Bu çılğınlıq onun "bəzəyi" idi. Moskvada Puşkinin abidəsinin açılışında elə həyəcanlı nitq söyləmişdi ki, ondan sonra gözəl ədəbiyyatşünas sayılan İvan Aksakov öz sözündən imtina etmişdi. Bu çıxışdan sonra elə alqışlar qopur ki, onun əllərini təşəkkür üçün əllərinə alan gənc də çıldırıb bayılır (9, s.581).

Bu ürəkkeçmə onun qəhrəmanlarının da bir çoxunda var idi. Ömrü boyu alçaldılan və təhqir edilən bu insanlar yarımdəli idilər. Yazıçının özünün duyduğu əzabları və iztirabları zavallı qəhrəmanları da təbii bir tərzdə - dəlilik içində daşımaqda idi. Əsil əzabkeş idi; gənclik havasına uyub qoşulduğu gizli təşkilatın fəal üzvü kimi ölümə məhkum olması, son anda əfv olunmaq, həbsxana, sürgün, daha sonra isə sarayda qəbullar, ehtiram ehtişam, ona büt kimi baxan şahzadələr, yüksək saray əyanları.

Taleyə bax, necə amansız, necə də lütfkar, səxavətli! Qumarbaz idi: asan, yüngül yolla qazanılan pul ona ağır, müdhiş nəticələr bəxş edirdi. Arvadının paltarlarına qədər uduzurdu (30, s. 156-167). Ağlayırdı, tövbə edirdi, təkrar qumar masasına dönürdü, yenidən and-qəsəm. Onu yalnız özündən 24 yaş kiçik olan arvadı - son məhəbbəti Anya başa düşüb bağışlaya bilirdi.

...Dostoevskilər nəslinin gerbi ay-ulduzludur; bu gerbdə çalın çarpaz qoyulmuş yatağan və ox təsvir olunmuşdu. Bu təsvirin hər iki tərəfində çiynində oxla dolu sadağı olan, kaftanı qurşaqla bağlanmış, şalvarının balağını yumşaq sapoqlara (uzunboğaz çəkmə) salmış iki silahlı türk əks olunmuşdu (9, s.68)Belə bir gerb özü bu ailənin birbaşa pravoslav nəsillərə mənsub olmadığını aydın göstərməkdədir.

Dostoevskinin kiçik qardaşı hələ yazıçının sağlığından yazmağa başladığı xatirələrində özlərinin Litva zadəganlarından olduqlarını göstərir. Sonradan Ukraynada məskunlaşdıqlarını və ruhani babalarınadək bu şəcərənin tarixini uzada bilir. Əsl mənşələri haqqında bilərəkdən və ya bilməyərəkdən susur (15,s.31).

İnqilabdan hələ çox əvvəldən xaricdə yerləşən yazıçının öz qızı Lyuba da özlərinin mənşəcə ruslara mənsub olmalarını bilmərrə inkar edir. Hər yerdə atasının Norman-Litva əsilli olduğunu israrla qeyd edir. Zira ana nənəsi də İsveçdən gəlmişdi bu qızın. Dostoevskilər nəsli əvvəllər İrtiş adlanırdı. Bu familiya müxtəlif mənbələrdə müxtəlif şəkillərdə - Rtişeviç, İrtişeviç, Artışeviç yazılır. Sonralar güclü və nüfuzlu rus familiyası kimi tanınan Rtişev belə yaranır (44, s.84). Bu familiya Azərbaycanın taleyində görünür: Rusiya və İran arasında Gülüstan müqaviləsi bağlanarkən rus höküməti tərəfdən aktı imzalayan həmin soydan olan baş komandan Nikolay Rtişev idi.

Bəs Rtişevlər (əslində Artışevlər: rus danışıq dilinə xas olaraq söz başındakı sait səs düşür) kimdir?

Bilindiyi üzrə Qızıl Orda öz qüdrətini Əmir Teymurun ardıcıl hücumları nəticəsində itirməyə başlamışdı. Qızıl Ordadakı parçalanmanı daxili çəkişmələr də sürətləndirirdi. Rus zadəganlarının şəcərə kitabında da göstərildiyi kimi 1389-cu ildə Qızıl Ordadan ayrılaraq Arslan Çələbi-Murza başında 30 əyan əşrəfi və yaxınları ilə öz bayrağının altında böyük knyaz Dmitri Donskoya sığınır. Arslan (rus mənbələrində Orslan) Çələbi Mirzə pravoslavlığı qəbul edərək xaçlanır və Prokopi adını alır. 

Böyük knyaz özü belə bir türk əyanını xaçlanmasında iştirak edir və mükafat olaraq bu yeni xristiana dolanmaq üçün Kremenetsk şəhərini bağışlayır. Öz əyanı Zotin Jitovun qızı ilə onu evləndirir (9, s.9, 49). Arslan Mirzə (Prokopi) oğlu doğularkən ona Lev adı verir  yəni oğluna öz Arslan adının rus variantını qoyur. Lev artıq İrtişev yazılır. Sonrakı nəsillər də bu adı unutmurdular; bu ailədə Lev (Arslan) adı tez-tez qoyulurdu. Nüfuzlu əyan, böyük nəsil başçısı olan Arslan Çelebi Murza həm də Arsenyevlərin, Somovların, Rtişevlərin və daha bir neçə rus ailəsinin nəsil başçısı (sələfi) olmuşdur (27, s.292).

Bəs onda Arslan Çələbinin oğullarının Dostoevski familiyası haradandır? necə yaranmışdır?

1456-cı ildə Moskva knyazı Vasili Temni ilə yola getməyən İrtişevlər öz tərəfdarları olan knyaz ailələri ilə, başlıcası isə öz nəsillərinin vəlineməti olan Dmitri Donskoyun əmisi uşaqları ilə Litva torpaqlarına köçür. (indi onların yaşayış məskənləri müasir Belorusiya ərazisindədir). Düz bu tarixdən 50 il sonra Minskdən 282 verst aralı olan, onlara knyazın bağışladığı həmin Dostoev kəndinin adından da yeni familiyalarını götürürlər. Odur ki, bu nəsil hələ bir müddət müxtəlif familiya ilə - bəziləri Artış, bəziləri isə yeni familiya ilə - Dostoevski çağırılır (9, s.59). Yazıçı
özü etiraf edirdi ki, o Artişevlərdəndir və Dostoevski familiyası soy qohumlarının yaşadığı Dostoevo kəndinin adındandır (27, s.292).

Yazıçı özü də, ailəsi də nəsillərindən çıxmış 1577-ci ildən Minskin Rozesensk monastrının yepiskopu olan Stefan Dostoevskini əslində özlərinin pravoslav qolunun əcdadı sanırdı və onun adını fəxr və ehtiramla anırdı. Çünki bu nəsildən ilk dəfə bu kişi rus dilini öyrənməyə və yazmağa başlamışdı. Bu torpaqlar hələ Rusdan çox aralı idi; istila tarixi hələ qabaqda idi. Bəlkə buna görə Dmitri Karamazov (yazıçının "Karamazov qardaşları" əsərinin qəhrəmanı) sabiq sevgilisinin dalınca gələn polyaklarla mehmanxanada Rusiyanın şərəfinə badə qaldıranda onlar inadla bu sağlığı rədd edirdilər?!  Onlar 1772-ci ilə qədərki Rusiyanın şərəfinə! Deyə güzəştli tost irəli sürəndə özlərinin köhnə yurd qayğısını çəkirdilər bəlkə?! Axı ortada tarixi həqiqət dururdu: 

Rusiya Polşanı istila edib - o zaman Ukrayna, Belorusiya da Reç Pospolitaya daxil idi, - bölmüşdü dəfələrlə.

...1620-ci ildə türklər və Kırım tatarlarının Polşa ilə müharibəsində Stefan Dostoevski türklərə əsir düşür. 1624-cü ildə əsirlikdən qayıdaraq kilsələrdə minnətdarlıq ziyarətləri keçirir (9, s.58). Ailə sonralar Ukraynaya köçməli olur. II Yekaterinanın apardığı rus-türk müharibələrinin nəticəsində xeyli Osmanlı torpaqları Rusiyaya ilhaq edilirdi.

Yazıçının atası isə 15 yaşında məskunlaşdıqları Kamenetsk Podolsku öz başına, xeyir-duasız tərk edir. Moskvada yerləşir, həkimlik sənətinə yiyələnir. Əsrlərlə Belorusiya, nisbətən sonralar Ukraynada (əvvəl bu torpaqlar Rusiya imperiyasına daxil idi) güzəran keçirən bu Qızıl Ordalı ailəsindən ilk kişi yazıçının atası olur ki, nəhayət paytaxtda - Moskvada yerləşir. Uşaqları doğularkən o, kilsə nəzdindəki Yoxsullar xəstəxanasında həkim işləyirdi. Lakin bu xəstəxana padişah himayəsində idi. 

Əvvəlcə çar I Aleksandr və I Nikolayın anası buraya qəyyumluq edirdi, onun ölümündən sonra isə çar özü anasının adını daşıyan bu xəstəxananı öhdəsinə götürmüşdü. Düzdür, əli çörəyə çatandan sonra yazıçının atası nə qədər kəndlərinə məktub yazsa da, hətta qəzetlərdə elan versə də, valideynlərindən bir xəbər çıxmayır. Nəhayət, ata-anasının öldüyünü güman edən gənc həkim axtarışlarını kəsir. Amma valideynlərinin sadəcə naxələf övladlarından inciyə bilmiş olmaları nədənsə onun ağlına gəlmir.

Sonralar Dostoevskinin atası öz kəndliləri tərəfindən öldürülür. Bu barədə uşaqları daim xəcalətlə susurdu. Amma çoxları belə güman edirdi ki, o öz arvadbazlığının qurbanı olmuşdu. Arada bic doğulan uşşaq da var idi. Öz zülmkarlığının bəlasına tuş olduğunu deyənlər də tapıldı. Axır ki, kəndlilərinin onu görməyə gözü yox idi. Deyirdilər ki, yazıçı "Karamazov qardaşları" əsərindəki ata Karamazovda - şərab düşkünü, şehvətpərəst və xəsis Fyodor Pavloviç Karamazov surətində öz atasının obrazını yaratmışdı.

Lakin haqq üçün deməliyik ki, bu ata ağır işdən sonra hər axşam balalarını başına yığıb Karamzinin tarixini onlara oxuyardı. Yazıçı gələcəkdə tez-tez bu səbəbdən rus tarixini əvvəldən axıradək bildiyini qürurla qeyd edəcəkdi (9, s.157).

Varlı və övladsız xalalarının nəzəri hələ çox kiçikkən anasız qalan bu uşaqların üstündə olsa da, eləcə də hələ analarının sağlığından onlarda qalan mehriban dayələrinin nəvazişini hiss etsələr də zalım atanın qəddarlığı onlara öz yetimliklərini daim hiss etdirməkdə idi. Bunlarla bərabər, oğul - gələcəyin yazıçısı isə qəlbində qızılgülləri qönçələndirirdi. Qəlblərə soxulan iblisin boğulmasını, insan ürəyinə daim fərəh bəxş edən gözəlliyin isə var olmasını istəyirdi. "Dünyanı yalnız gözəllik xilas edəcək!" deyir, özü də buna hər kəsdən artıq inanırdı. Yeganə xilaskar olaraq gözəlliyi qəbul edirdi. Ürəkləri fəth edən, iblisi diz çökdürən gözəlliyi. Axı öz insanlıq simasını itirən, içində gözəlliyi boğan, şər qüvvələrə təslim olan və çirkinləşən yalnız bədbəxtlərdir.

Yazıçı beləliklə əsirlikdə qalan, çarmıxa çəkilən ruhani gözəlliyin azad olmasını bəşəriyyətin xilasının başlıca şərti olaraq qəbul edirdi. Mitya Karamazov da belə düşünür. Bu natural gözəllikdən kənar və uca tutulan mənəvi gözəllik, ürəklərin, düşüncələrin gözəlliyidir. Bu gözəlliyi - nəfsdən uzaq gözəlliyi o dəhşətlər içində öz ürəyində daşıyırdı.

Əslən fransız olan sevimli arvadının ölümü, ölmüş qardaşının boynuna çəkdiyi ailəsinin xərcləri, boğazadək girdiyi borclar onu bədbəxt edirdi. Onun katorqa cəzası bitmişdisə də masa arxasında əsil katorqaçı kimi işləyirdi. Yeni arvadı - atası xaxol, anası alman qızı olan Anya daim təşviş içində idi. Xəstə kişiyə güvənə bilmirdi. Onu uşaqlarının gələcəyi dərdə salırdı. Odur ki, o, xəstə yazıçını ciddi rejimli iş şəraitinə salmışdı. "Alman dəqiqliyi" bu qızın öz cəza metodu idi.

Yazıçı isə çəkdiyi qayğının dəhşətindən fantastikaya qapılırdı, xəyallara güc verirdi. Ən qəribəsi o idi ki, İstanbula qaçıb getmək istəyirdi. Hətta bu məqsədlə İstanbuldakı rus konsuluna tövsiyə məktubu da almışdı (14, s.81)Artıq bu fakt bunun əyləncə, xəyal yox, ciddi məqsəd olduğunu göstərirdi. Kilsə əsiri idi və imanında, sevgisində ifrata varırdı, dərvişlər kimi vəcdə gəlirdi. Bir dəfə belə olur: arvadı ilə ciddi bir iş dalınca gedirlər. Küçədə yığıncaq olduğunu görüb dayanırlar. Müharibə başlamış, 12 apreldə (1877) rus ordusu türk sərhədlərini aşmış, indi qəzetlərdə çap olunmuş müharibənin elan olunduğu manifest əllərdədir. Manifesti müjdə kimi əlində tutan yazıçı ekstaz içində: kilsəyə! Deyə sürücüyə əmr edir. Düşüb özü kimi ağlını itirmiş kütləyə qarışır və sidq-ürəklə rus silahının şərəfinə duaya başlayır. Həmin gün aldığı həmin manifesti göz bəbəyi kimi qoruyur. İndi arxivində mühüm sənədlər arasında həmin manifest də vardır (14, s.340).

Ölümündən 4-5 ay əvvəl naşir Suvorinin arvadını kilsədə cani dildən ibadət edərkən görüb dərhal ona yaxınlaşır, and-aman edib yalvarır ki, söz ver mən öldükdə məndən ötrü belə dua edəcəksən. Qadm Suvorinin ikinci arvadı idi; çox cavan və təravətli idi. Belə qadınlar dua edərkən mələyə oxşayarlar...

Qəribəlikləri çox idi. Təbiətən həssas olan Dostoevski elə buna görə də teztez mənzil dəyişirdi. Bu zaman ona fikir verirdi ki, evin pəncərələrindən dünyanın əbədi mənası olan kilsə qübbələri və xaçları görünsün; bu harmoniya ona dinclik, rahatlıq verirmiş. Bir vaxt Sibir katorqasında onunla birlikdə cəza çəkən, xüsusən öz mənəvi təmizliyinə və eləcə də öz aralarında bir-birinə mehri-ülfəti ilə nəzərləri cəlb edən Qafqazlı müsəlmanları (Qafqazda milli azadlıq müharibəsi gedirdi və Sibir həbsxanaları müsəlmanlarla dolu idi) böyük ehtiramla yad edir.

...Ölüm hökmü katorqa ilə əvəz olunduqda qəlbi əfvin riqqəti ilə dolan yazıçı elə o edam kürsüsündən yeni adam kimi düşür. Bu minnətdarlığı ömrü boyu özü ilə gəzdirir. Sonrakı dinc həyatında onu çarpərəstlikdə məzəmməd edənlərə: mən çara qarşı çıxa bilmərəm, o mənə həyat bəxş etdi, - deyir. Həmişə padşahı yerdə allahın kölgəsi sanmağında qalır. Çox gec ata olmuşdu, daim onların fikrini çəkir, onların sabahını düşünürdü. Anasının çox varlı bacısı övladsız ölərkən var-dövlətini bacısı uşaqlarına vəsiyyət etmişdi. Artıq onuncu il idi ki, vərəsələr arasında miras davası gedirdi; hər kəs öz payının az olduğunu, aldadıldığını düşünürdü.

Belə "ailə" davalarının birində ən çox sevdiyi bacısı ilə aralarında düşən mübahisə yazıçının ölümü ilə nəticələndi. Qədimi türk ailəsinin axırına sevdiyi pul çıxdı. ... Oktyabr çevrilişinin yaratdığı o müdhiş hərc-mərclikdə yazıçının dul arvadı Adler yaxınlığında aldıqları torpaqlarındakı malikanəsində yaşayırdı. Bu malikanəyə o "Otrada" adı vermişdi. İndi gəlini və nəvələri də onunla idi. Amma onun öz dalandarı müharibədən qayıdıb elə baş-gözlə ona hücum çəkdi ki, bu təhdid və qorxudan sonra o evdə qalmaq olmazdı. Yazıq Anna Yaltada "Fransa" otelində xəstə yatırdı. Vətəndaş müharibəsi gedirdi. Oğlu onu itirmiş, qızı isə unutmuşdu.

Oğlunun var qüvvəsini sərf etdiyi, sevdiyi və öyündüyü atçılıq idi; indi o özünün at zavodunu itirmişdisə də, atlarından ayrılmır, müsadirə edilmiş at zavodunda mehtərbaşı işləyirdi. Görünür ömrü at belində keçən babalarının - Qızıl Orda xanı Arslan Çələbinin ruhu ölüb itməmişdi. Anna isə özü ilə bir səbət götürə bilmişdi. Bu səbətdə Dostoevskinin ona, onunsa Dostoevskiyə məktubları vardı. Ölümqabağı Anna ərinin məktublarındakı bir çox sözləri, cümlələri bərk-bərk pozdu. Elə pozdu ki, kimsə onu təkrar oxuya bilməsin. Yarımdəli yazıçı Təpəgöz gücündə bir məşuq idi; arvaddan uzaqda bu ehtirası o sözlərə köçürürdü. O yazmağı yaxşı bilən türk idi...


.Prof.Dr.Minexanım Nuriyeva-Tekleli, Türkolog-Azerbaycan 
"Türk asıllı Ruslar"


Dostoyevski’nin Eserlerinde Türklere ve İslâma Bakış
Selahattin Çiftçi

Fransız İhtilali’nden sonra Avrupa’da başlayan milliyetçilik akımları zamanla Slav halkları arasında da etkili olur. Slavlar arasında dil ve kültür birliği olarak başlayan Panslavizm, 1848 İhtilali ve Kırım Savaşı’nın etkisiyle siyasî bir birliğe döner. Panslavizm, 1860’lardan sonra Rus aydınları arasında hızla yayılır. Pogodin, Katkov, Khamyakov ve Danilevskiy Panslavizmi savunup Rus halkını ve Çarı Türklere karşı kışkırtırken Tolstoy ve Granovskiy de Panslavizmi eleştiren yazılar yazarlar. Hayatı boyunca Hıristiyan teolojisini sorgulayan ve Çara isyan ettiği için Sibirya’ya sürülen Dostoyevski, hayatının son yıllarında halkçı, çar taraftarı ve Ortodoks olarak karşımıza çıkar. Ölü Bir Evden Hatıralar, Karamazov Kardeşler ve Bir Yazarın Günlüğü adlı eserlerinde Türklere ve Müslümanlara olumsuz bir bakışı vardır. Devrin sosyal ve politik olayları Dostoyevski’nin bazı hadiseler karşısında objektif kalmasını engellemiştir. Dostoyevski, insan tabiatını anlatmada ne kadar realistse, devrin sosyal ve politik olaylarını değerlendirirken de o kadar romantiktir.







“Above all, don't lie to yourself. 
The man who lies to himself and listens to his own lie comes to a point 
that he cannot distinguish the truth within him, or around him,
and so loses all respect for himself and for others.”
Fyodor Dostoyevsky, The Brothers Karamazov







* Etymology of KARA is Turkish = Black
Except to specify color, it means also brave, fearless, courageous and reckless. In the novel they are brawler and immoral types. With the negative additional -MAZ in Turkish, we can read KARAMAZ, as negative behavior. They are very naughty too...(instead of K using Y = YARAMAZ - Naughty) 

* - ov is Russian possessive endings to use on male name. -ov -ev also carries the meaning "sons" and house (ev).
Example: Karamaz+ov/ev =  Karamaz+the house of  - Karamaz+the son of


* Although the negative attitude of Dostoyevsky against Turks, he was a Turk of origin.
(rev:Prof.Dr.Minexanım Nuriyeva-Tekleli, Turcologist-Azerbaijan "Turkish origin Russians")








EK:
" -maz, -mez ekinin -ma,-me olumsuzluk eki ile -z partisip veya fiilden isim yapım eki ile oluştuğu görüşü, bilim adamlarınca kabul edilmiştir. " - Yrd.Doç.Dr.Ali Cin , 
-mAz+lAn- YAPISI VE KULLANIMI
Turkish Studies - International Periodical For The Languages, Literature and History of Turkish or Turkic Volume 6/2 Spring 2011, p. 297-306, TURKEY - pdf


"The scientists came to the common opinion, that the suffix “-maz,-mez” was the result of the combination of privative suffix “-ma, -me” and the participle or preformative suffix “-z”. " - Ass.Prof.Dr.Ali Cin





*

Bu arada...
Beethoven 7.senfoni - 2.kısmı - Orkestra şefi H.Karajan

- Avusturya doğumlu Herbert von Karajan'ın kökeni Makedonya Kozani'dendir (Osmanlı dönemi). Dedesinin adı Georgios Karajánnis'tir , zamanla Karajan'a dönüşür. 18.yy Viyana'ya göçmüşler ve Yunan veya "Aromani" (Makedon Rumenleri) 
yani Çingenelerden olduğu söylenir.

Şimdi, "Kara" (Qara) kelimesi eski Türkçede "boy adı" "fakir, sıradan halk, avam", "gözü pek,cesur", " kuzey veya batı" veya "siyah renk" anlamlarına gelir ki Orhun abidelerinde de geçer. Soyadı Türkçe olan birinin etnik kimliği ne olabilir?

Ha bunun yanında, Kara-Qara'nın mecazi anlamı "üzüntü veren, utandıran"dır. Galiba her şekilde adına yakışıyor...
Çünkü Herbert von Karajan Nazi partisi üyesidir. (D.1908-Ö.1989)

Bizim, bizden başka düşmanımız yoktur kardeş !...
Bu kadar basit.
Dünya'nın içinde bulunduğu ruh hali,
SB.

Karajan-Karacan.

______________________
______________________