2 Temmuz 2016 Cumartesi

Arkaim ve Türkler







ARKAİM
resmi farklı açarak büyütebilirsiniz.




... 1987-ci ildə UralQazaxıstan müştərək arxeoloji ekspedisiyası Rusiyanın Çelyabinsk (qədim adı: «Çələbi») vilayətinin Kizil rayonunda, yerli əhalinin «Arkaim» (əski türkcədə «Arqayım»/dağın arxası) adlandırdıqları ərazidə qədim və unikal yaşayış məntəqəsinin qalıqlarını aşkar etmişlər. Elm aləmində sensassiya doğurmuş bu tapıntı iç-içə iki dairəvi qala divarının əhatəsində radial şəkildə planlaşdırılmış tikililərdən ibarətdir. Tədqiqatlar nəticəsində Arkaim qala-dövlətinin Orta Tunc dövründə, eramızdan əvvəl III-II minilliklərdə salındığı və unikal mədəniyyət mərkəzi olduğu müəyyən edilmişdir.


Arxeoloji qazıntılar zamanı burada hər biri bir neçə mənzildən ibarət xeyli bir mərtəbəli yaşayış evləri ilə yanaşı, dəmirçi, dulusçu emalatxanalarının, ərzaq anbarlarının bünövrələri, saxsı kanalizasiya sistemi, qala divarlarından kənarda isə məzarlıqlar və mal-qara saxlamaq üçün tövlələrin qalıqları tapılmışdır. Rus xalqının genezisini saka-skiflərlə bağlamağa, perspektiv etnosiyasi məqsədləri hədəf götürərək Şərqi Sibirin və Altayları rusların tarixi vətəni elan etməyə çalışan bəzi Rusiya alimləri hələ SSRİ dönəmində ləngimədən Arkaimi «qədim ari-slavyan şəhər-dövləti», «rus mədəniyyətinin beşiyi», Yaxın və Orta Şərq, Misir, Aralıq dənizi sivilizasiyalarının ilkin mənbəyi elan etməyə başladılar.


Tədqiqatçı Zira Novruzbayevanın yazdığı kimi «Atın hələ əhliləşdirilmədiyi bir dövrdə guya sürətli döyüş arabaları ilə dünyanı fəht edən, Xəzər dənizinin sahilləri boyu irəliləyərək geridə qalmış xalqlara mədəniyyət bəxş edən fövqəlinsanların - ari-rusların missiyası haqqında qondarma nəzəriyyələr uydurulur və yayılırdı.


Halbuki Orta əsrlərin sonuna kimi Ural dağlarından şərqə döğru uzanan ərazilərdə nə «rus», nə «slavyan», nə də «Rusiya» anlayışları yox idi. Dəgər tərəfdən, arxeoloji faktlar bu şəhərin Andronov (eramızdan 2000-1000 il əvvəl) və saka mədəniyyəti ilə üzvi şəkildə bağlılığını və onların prototip sivilizasiyası olduğunu sübuta yetirmişdir».


Qazax alimi Amangəldi Narımbayeva da «Arkaim. Prototürklərin yaratdığı dünya sivilizasiysının ocağı» kitabında da adı çəkilən qala-dövlətin ərazisindən tapılan arxeoloji materialların, dəfn mərasimi atributlarının, rəmzlərin və ornamentlərin təhlili sayəsində saka-skif, Andronov, Pazırıq mədəniyyəti daşıyıcılarının, Şərqi Sibirin və Mərkəzi Asiyanın qədim türk xalqlarının birbaşa Arkaim mədəniyyətinin etnik varisləri olduğunu göstərmişdir.


Arkaimin maddi-mədəni irs nümunələrinə əsasən, tam yəqinliyi ilə demək olar ki, qədim türklərdə olduğu kimi, onun sakinləri arasında da at və qoç kultları yayılmış, dəfn mərasimləri, yaşam tərzləri, inancları Şimali və Cənubi Qafqazda, Mərkəzi Asiyada, Altaylarda yaşayan əski tayfaların adətləri ilə eyni olmuşdur.


Bütün bunlarla yanaşı, Arkaim və Xəzər dənizi sahillərində yaşayan qədim xalqların mədəniyyətləri arasında bağlılığın olmasına dair Rusiya alimlərinin qənaətlərində həqiqət vardır. Bu iddiaların gerçəkliyə uyğun olmasını təsdiqləyən amillərdən biri Qobustanın nadir qayaüstü təsvirləridir. 

Tanınmış Azərbaycan arxeoloqu, Qobustan təsvirlərinin tədqiqatçısı professor İshaq Cəfərzadə hələ ötən əsrin ortalarında aşkar etdiyi yüzlərlə unikal petroqlif içərisində «Böyükdaş» adlanan ərazidə, 99 saylı yazılı daş üzərindəki rəmzin uzaq keçmişdə Abşeron yarımadası ilə Ural dağlarının Şərq ətəkləri arasında genetik əlaqə qurmasına və Cənubi Qafqazda Arkaim qala-dövlətindən daha qədim olan prototip yaşayış məntəqəsinin mövcudluğuna dair ehtimallar irəli sürməyə imkan verir.


Əlavə arxeoloji tədqiqatlar tələb edən bu ehtimalların sübuta yetirilməsi isə türklərin tarixi vətənləri, miqrasiya istiqamətləri və köç dövrləri haqqında qurama «Altay nəzəriyyəsinin» siyasi məqsədlər daşıdığını, tarixi faktlara söykənmədiyini göstərəcəkdir. Böyükdaşdakı «sxem» heyrətamiz dərəcədə Arkaim qalası planını xatırladır. Burada da iç-içə iki dairəvi qala divarları, radial şəkildə bölünmüş məhəllələr və yaşayış evləri, mərkəzi meydan və çevrə boyu paralel küçələr, qədim türklərin «temirkapu» (dəmir qapı) adlandırdıqları müdafiə xarakterli tələ-giriş hissələri həkk olunmuşdur.


Kür-Araz mədəniyyətinə aid tikililərin təkcə regionda deyil, Xəzər dənizinin şərq sahillərində də yayılmasını nəzərə alsaq, Böyükdaş sxem-təsviri həmin çağlarda təkcə Cənubi Qafqazda deyil, digər Avrasiya ərazilərində yaşayış məntəqələrinin eyni tip üzrə salınmasına dair qənaətləri əsaslandırmağa şərait yaradacaqdır.


Prof.Ramiz Əskər
Damğalar, rəmzlər... mənimsəmələr,Syf 73-75 - 2013 /PDF
TAMGALAR








"...yapılan araştırmalar Hindistan'daki Avrupa dilleriyle akraba dilleri konuşanların oraya sonradan, MÖ.1500 civarında gittiklerni, istilacı olduklarını gösterdi. İran'a da aynı şekilde sonradan gelmişlerdi (MÖ.9.yy)."

İran ile Turan: hayali milletler çaǧında Avrasya ve Ortadoǧu,  syf 117
Doç.Dr.Osman Karatay







"...Hint- Avrupalıların “İran’a ulaşması” 1500 değil, MÖ.800 yıl olarak kabul edilmektedir.- MÖ.8. yüzyıla ait edilen bu tarihi E.A.Grantovski her ne kadar çalışsa da, MÖ.9. yüzyıla bağlayamadı."

Prof.Gazanfer Kasimov - link








"... bugün tarih bilimi, Hint-Avrupa dilli Perslerin 10 boyunun ilk kez doğumdan 900 yıl önce doğu yönünden İran çölüne geldiklerini ve Elam şehzadelerinin egemenliği altında olan çağdaş Fars ve Kirman vilayetlerinde, Elam yönetiminin izniyle, yurt edinip, yaşadıklarını kesin olarak gösteriyor."

İran Türklerinin Eski Tarihi
Prof.Dr.Muhammed Taki Zehtabi (Kirişçi)






* Buna göre, Persler MÖ.1500'lerdeki Hint-Avrupa dilli istilacılardan çıkma! -SB
* Elamlar Türk'tür - Aşurbanipal'e yenilen Elam kralının adı Te'umman'dır. Asya Hunlarının kurucu atası Teoman gibi....





-Truva Şehir Planı
-Arkaim qala-şəhərciyinin bərpa olunmuş maketi ve Arkaim şəhərinin yuxarıdan çəkilmiş planı;
-Qobustan qayaüstü təsvirlərində (Böyükdaş) eyni tipli qədim yaşayış məntəqəsinin sxematik planı;
-Erkən Tunc dövrünə aid Dəmirçihüyük (Türkiyə, Əskişəhir) arxeoloji abidələri içərisində aşkar olunmuş qədim tikilinin planı.(Prof.Remiz Asker)





Çelyabinsk Oblastı - Ural






// "Truva Savaşı Helen-Türk savaşıydı"
// Arkaim - Eski Türkçe'de Arkayım - Dağın Arkası
// Pelasgların yaşadığı dağlık bölge "Arcadia" 
// Latince'de "Archus" "yay-sadak" anlamı ve "okçu" anlamına gelen "Archer" = 
Hepsi Türkçe'den türeme kelimelerdir.









// Türklerin Tarihi
// Arkaim belongs to ancient Turkish People.
// Arkaim is Turkish