20 Ekim 2015 Salı

Homer ve Dede Korkut






HOMERİN POEMALARI VƏ «KİTABİ-DƏDƏ QORQUD»

Qəzənfər KAZIMOV
Filologiya elmləri doktoru, professor


Məqalədə Homerin e.ə. XIII əsrin 50-ci illərinə dair Troya hadisələrindən və sonrakı onillikdə Troya qəhrəmanlarından Odisseyin başına gələn macəralardan bəhs edən poemaları («İliada» və «Odisseya») ilə «Kitabi-Dədə Qorqud» dastanı arasındakı süjet uyğunluqları araşdırılmışdır. «Dədə Qorqud»un «Basatın Dəpəgözi öldürməsi», «Qam Börənin oğlı Bamsı Beyrək», «Salur Qazanın evi yağmalandığı» boylarında və bir sıra başqa boylarda ictimai hadisələrin təsvirində, kompozisiya və quruluş məsələlərində, təsvir üsullarında, ctimai-siyasi quruluşun görüntülərində, dini görüşlərdə «İliada» və «Odisseya» əsərləri ilə çox mühüm uyğunluqlar vardır.


Bunlar göstərir ki, «Kitabi-Dədə Qorqud» sonralar islam dininə uyğunlaşdırılsa da, dastan üzərində dəfələrlə müasirləşdirmələr aparılsa da, bu əsər hərbi demokratiya dövrünün xüsusiyyətlərini daşıyır və Homer dövrünün yadigarı, Homerin yaşıdıdır. Həm Homerin poemaları, həm də «Kitabi-Dədə Qorqud» eyni mif və hadisələrdən qaynaqlanmışdır. Aydın olur ki, hindavropalılarla türklər birlikdə və yanaşı yaşamış, eyni folklor materialları, eyni ictimai hadisələr əsasında orijinal sənət nümunələri yaratmışlar.


İkinci bir mühüm cəhət də budur ki, Troya toponim, etnonim, hidronim və antroponimlərinin tədqiqi onların türk mənşəli olduğunu göstərir. Bu hal elmi ədəbiyyatda qeyd edilən bir cəhəti – Troyanın türk şəhəri, troyalıların türk tayfalarından ibarət olduğunu bir daha təsdiq edir.



*


Məşhur yunan şairi Homerin dünya ədəbiyyatının ən qədim inciləri olan. e.ə. XIII əsrin 50-ci illərinə dair Troya hadisələrindən və sonrakı onillikdə Troya qəhrəmanlarından Odisseyin başına gələn macəralardan bəhs edən poemaları («İliada» və «Odisseya») ilə bizim «Kitabi-Dədə Qorqud» dastanı arasında çox mühüm süjet uyğunluqları, ideya və üslub yaxınlığı mövcuddur.


«Dədə Qorqud»un «Basatın Dəpəgözi öldürməsi», «Qam Börənin oğlı Bamsı Beyrək», «Salur Qazanın evi yağmalandığı» boylarında və bir sıra başqa boylarda ictimai hadisələrin təsvirində, kompozisiya və quruluş məsələlərində, təsvir vasitə və üsullarının strukturunda, ictimai-siyasi quruluşun görüntülərində, dini görüşlərdə «İliada» və «Odisseya» əsərləri ilə çox mühüm uyğunluqlar vardır.


Yazıya alınma tarixləri arasında uzun zaman fərqi olsa da, hər iki əsərdə ictimai-siyasi quruluş, demək olar ki, eynidir. «Dədə Qorqud»da xanlar öz mülklərini idarə edirlər və vahid bir xana – xanlar xanı Bayındıra tabedirlər. Hər kəsin öz tac-taxtı var. Oğul həsrətilə çırpınan Baybörə bəy Bayındır xanın ulu məclisində birdən-birə ağlamağının səbəbini belə izah edir: «Bəglər, tacım-təxtim içün ağlaram. Bir gün ola, düşəm öləm, yerimdə-yurdımda kimsə qalmıya».


Ölkənin mühafizəsi, qənimətlər əldə edilməsi Bayındırın kürəkəni baş sərkərdə, vitse kral Qazan xana mənsubdur. İç Oğuz, Taş Oğuz iki tayfadır, hər tayfa qəbilələrdən ibarətdir və bir ittifaqda yaşayırlar. Bir sıra boyların sonunda döyüşdən qayıdan və ya döyüşə girən qəbilə başçıları öz titulları ilə bir-bir qeyd olunur, sadalanır. Eyni quruluş axeylərdə (yunanlarda) və troyanlarda da mövcuddur.


Hər iki tərəfdə vahid hakimiyyət var, padşah-hökmdar vardır, eyni zamanda hər bir ölkə qəbilələr ittifaqından ibarətdir. Məsələn, Troya qoşunlarında çox müxtəlif qəbilələr iştirak edir, onlar müttəfiqdirlər, ümumi hökmdar İlion hakimi Priamdır, baş sərkərdə isə Hektordur – Priamın oğlu. Axeylilər də müttəfiq qəbilələrin birliyindən ibarətdir, baş hakim Aqamemnondur, baş sərkərdə isə Axillesdir.


Bu əsərlərin sayəsində biz ədəbiyyatda bir-birinə çox yaxın olan yunan və Azərbaycan Təpəgöz surətləri ilə tanış oluruq. Hər iki əsərdə işin icra vasitə və üsulları, insanların yaşayış tərzi eynidir.


Əsərlərdə sadiq çoban surətləri vardır və hər iki əsərdə sədaqətli sadə adamlara qayğı ilə yanaşılır. Həm «Odisseya»da, həm də «Dədə Qorqud»da qadınlar axıra qədər öz ərinə sədaqətlə yaşayır, 16-20 illik ayrılıqdan sonra qayıdıb gələn ərini ciddi sınağa çəkirlər. Penelopanın sehrli çarpayı, Banıçiçəyin üzük əhvalatları kimi.


Hər iki əsərdə ağaca müqəddəs varlıq kimi baxılır.
Hər iki əsərdə hadisələr əvvəlcədən yuxu vasitəsilə xəbər verilir.
Hər iki əsərdə qəhrəmanı əvəz etmək istəyən düşmən qüvvə əvvəl sınağa çəkilir, sonra məhv edilir.
Hər iki əsərdə oğlunu tanımaq üçün sınağa çəkən əzabkeş ata obrazı vardır.
Hər iki əsərdə əsas döyüş alətləri qalxan, ox, qılınc və sapanddır.
Homerin təsvir etdiyi qəbilə və tayfalar müxtəlif bəhanələrlə daim birbirini qarət edir, bu yolla var-dövlət əldə edirlər. Bu cəhət eyni dərəcədə Oğuz qəhrəmanlarına da aiddir.
Axeylərin və troyanların dini görüşləri şumerlərin görüşlərinə uyğundur: çoxallahlılıqdır və allahların ulu əcdadının Okeanın dibində olduğu təsəvvürü vardır.


Bütün bunlar göstərir ki, e.ə. 1260-1240-cı illərin hadisələrindən bəhs edən «İliada» və «Odisseya» əsərləri ilə bizim 1300 illiyini qeyd etdiyimiz «Kitabi-Dədə Qorqud» yaşıddır, eyni dövrdə, eyni real və mifik hadisələr zəminində yaranmışlar. Lakin poemaları yunanlar daha əvvəllər yazıya alıb saxlamış, təbii ki, yeri gəldikcə əlavələr də etmişlər; dastanı isə vaxtında yazıya almamış, sonralar - yazıya alındığı dövrlərdə isə ciddi dəyişikliklərə uğratmışlar, ilkin formadan fərqli bir formaya salmışlar. Hətta hiss olunur ki, bu və ya digər boyu atmış, yeni boylar yaratmışlar. Və ya obrazların adları, bəlkə arxaik rəng aldığı üçün səciyyəsi də dəyişdirilmişlər. Lakin nə qədər dəyişdirilmiş olsa da, yenə ilkin izlər əsaslı şəkildə qalmışdır.


Bunları – bu uyğun cəhətləri artırmaq da olar. Lakin o tarixi səviyyədən nəzər saldıqda hiss edilir ki, dastanı işləyə-işləyə epizodlarda müasirləşdirmələr aparmışlar. Dili də dəyişmiş, dini də dəyişmişdir. Lakin daim köklü türk dilində olmuş və türk varlığını saxlamışdır. Fikrimizcə, onun başdan-binadan mənzum olduğunu iddia edinlər doğru fikirdədir. Homerin əsərləri və bizim dastan eyni miflərdən, eyni tipik qarət döyüşlərindən, qəbilələrarası müharibələrdən bəhs etsə də, orijinal olmuş, yunan və türk təfəkkürünə uyğun yaradılmışdır.


Qeyd etdiyimiz uyğun detalların heç birini təsadüfi saymaq olmaz. Bunlar minilliklər boyu vahid mənbədən hər bir xalqın özünə məxsus götürdükləridir. Ağla bu da gələ bilməz ki, bu cür süjet eynilikləri biri digərindən köçürmənin nəticəsidir. Sadəcə olaraq, bunlar məntiqi şəkildə aydın göstərir ki, türklər və axeylilər çox qədim dövrlərdən yanaşı yaşamış, bir-biri ilə son dərəcə yaxın münasibətdə olmuşlar. Axeylilər troyanlara qarşı ittifaqla vuruşduqları halda, onların qonşuluğundakı frakiyalılar troyalıların müttəfiqi idilər.


«Kitabi-Dədə Qorqud» sonralar islam dininə uyğunlaşdırılsa da, dastan üzərində dəfələrlə müasirləşdirmələr aparılsa da, bu əsər hərbi demokratiya dövrünün xüsusiyyətlərini daşıyır və Homer dövrünün yadigarı, Homerin yaşıdıdır. Həm Homerin poemaları, həm də «Kitabi-Dədə Qorqud» eyni mif və hadisələrdən qaynaqlanmışdır. 


Troya, İlion, Qarqar, İda, Skamandr, Skandiya, Askaniya, Skey, Pelask, Ksanf, Dardaniya, dardanlar, Batı, Kimmerlər, Priam, Hektor, Eney, Paris və s. Troya toponim, etnonim, hidronim və antroponimlərinin türk mənşəli açılışı göstərir ki, ellinlərlə yanaşı yaşayan troyalıların türk tayfalarından ibarət olduğu, Troyanın türk şəhəri olduğu barədə elmi ədəbiyyatda söylənilən fikirlər doğrudur.


Bunlar bir daha təsdiq edir ki, bir kökdən olan insan eyni real hadisələr, eyni mif və əfsanələr əsasında dastanlar yaradır və həmin dastanları tədricən öz səciyyəsinə, öz təfəkkür tərzinə müvapfiq şəkildə cilalayır. 




*



Troya. «İliada» və «Odisseya» toponimləri içərisində ən çox işlənəni və «İliada»da hadisələrin cərəyan etdiyi məkanı göstərən söz İlion və Troya sözləridir. Əsərdən belə duymaq olur ki, Troya həm axeylilərin dağıtmaq və qarət etmək istədikləri mərkəzi şəhərin, həm də padşahlığın, troyanların hökmü çatan ərazilərin ümumi adıdır. Elmi ədəbiyyatda troyalıların Kiçik Asiyanın qərbində, Egey dənizinin şərq sahillərində çox qədim dövrlərdən məskunlaşdığı qeyd edilir. 


İngilis alimi K.Blegen troyalıların e.ə.3000-2500-cü illərdə Şərqi Avropadan gəlmiş trakların nəsilləri olduğunu qeyd etmişdir. Trak sözü «türk» sözünün fonetik variantıdır. Türk sözündə –k cəm şəkilçisidir ; tor, tur - «doğmaq», «törəmək» mənasında eyni sözün qədim variantlarıdır. Troya sözündə -oya yunan elementidir, sözü nominativ formaya salan şəkilçidir – türk yurdu, türk şəhəri deməkdir. 


Antik ədəbiyyatda qohum və müttəfiq olduqları daim vurğulanan traklar və troyalılar eyni etnosun daşıyıcılarıdır. «Qərbi Avropanın tires-turşa mənşəli xalqları (etrusklar, traklar, pelasklar), Kiçik Asiyada isə troyalılar (turşa) prototürklərin qərb qolunun nəsilləri idilər.


Avropanın şimalında Tor oğlu Odinin başçılığı altında troyalıların məskunlaşmasından bəhs edən qədim Skandinaviya coğrafiya əsərləri bu xalqı həm də türklər adlandırır. Burada göstərilir ki, Tor oğlu Odinin başçılığı altında türklər Asiyadan (Kiçik Asiya nəzərdə tutulur) Avropanın şimalına gəlmişlər. Gələnlərin «Priamın xalqı» adlandırılması onların Kiçik Asiyadan - əfsanəvi Troyadan gəldiklərinə aydınlıq gətirir… İtaliyaya köçmüş troyalılar orada etrusk xalqının əsasını qoymuş, Avropanın şimalına gələnlər isə sonralar Skandinaviya saqalarının surətlərinə çevrilmişlər».


«Atoynadan Troil yox, allahsifət Mestor yoxdur, Hektor da yox!» - sözlərindən göründüyü kimi, Tor(-o-il) adı hadisələrin cərəyan etdiyi dövrdə antroponim kimi də işlənməkdə imiş. İlion. Poemalarda Troya şəhəri eyni zamanda İlion adlanır. Yəni bu sözlər bir növ sinonim kimi işlənmişdir. Zevs Troyanın qəddar düşməni olan arvadı Heraya deyir:


Qəribədir!.. Priamın nəsli sənə neyləyib ki,
Fikrin-zikrin gözəl, abad İlionu dağıtmaqdır?..
Qəlbən razı olmasam da, verdim sənə Troyanı,
Günəş ilə ulduzların altındakı gen dünyada
İnsanların yaşadığı şəhərlərin hamısından
Ürəyimdə İlionu ən müqəddəs sayıram mən;
Priam da, əhali də hamısından xoşdur mənə. 


Elə bil, bugünkü vəziyyətdir: biz hamıya, bütün millətlərə yaxşı olduğumuz və yaxşılıq etdiyimiz halda, Yer üzünün bütün allahları bizim əleyhimizədir; Hera Axillesə qüvvə vermək üçün deyir:


Qoy bilsin ki, Olimpdəki allahlardan onu sevən
Ən qüdrətli allahlardır, troyalı qoşunlara
Kömək edən allahlarsa,zəif, gücsüz allahlardır. 


Fikrimizcə, İlion yalnız qalanın adını bildirir, Troya isə geniş mənaya malikdir və bütün müttəfiq ərazilərini əhatə edir. Təbii ki, konkret halda şəhərin adı kimi də çox işlənmişdir.


İlion – «İl» sözündəndir; -ion yunan elementidir. «İliada» əsərində İl düzü, İlin qoca məzarı kimi ifadələr vardır: «İl düzüylə qaça-qaça, İda dağı ətəyində sıx meşədə… gizlənərəm». 


«Qocalarsa ötmüşdülər İlin qoca məzarını».  Aydın olur ki, İl troyanların görkəmli dövlət xadimlərindən olmuş, onun dəfn edildiyi düzü İl düzü adlandırmış, şəhərə onun adını vermişlər. İl xalis türk sözüdür. Poemanın adı da buradandır:


İl-iada – «İl (haqqında) oda», «İlnamə, İl nəğməsi» mənasında. İl//el qədim türklərdə xüsusi ad və titul bildirən söz kimi işlənmişdir: İl bilge qadun.


Qarqar. Məşhur tayfa adını bildirən qarqar sözünə «İliada»da toponim kimi bir neçə dəfə rast gəlmək olur: 


Hera isə çıxdı İda dağındakı təpələrin
Qarqar adlı zirvəsinə. 
Uca Qarqar zirvəsində qucaqlayıb arvadını
Yuxu ilə eşqə uyub şirin-şirin yatdı Zeves. 
Bir az sonra yetişdilər suları bol pak İdaya,
Qarqarın dik zirvəsində oturmuşdu Şimşəksaçan.


Poemaya əlavə edilmiş qeydlərdə Qarqar sözü «İda dağının bir yüksəkliyi» kimi izah edilmişdir,  Qarqarlar artıq sübut edilmiş çox qədim və çox geniş yayılmış türk tayfalarındandır. Azərbaycanda da geniş məskən salmışlar və izləri bu günə qədər qalmaqdadır. Onlar albanlardan sonra Azərbaycanın ən böyük tayfası olmuşlar. Təkcə Cənubi və Şimali Azərbaycan, Şimali Qafqaz ərazilərində deyil, Mərkəzi Asiyada da geniş yayılmış bir tayfa olmuşlar Türkmənistanda iki Qarqar çayı, Qazaxıstanda Qarqar rayonu vardır. V əsrdə ölkəmizdə Qarqar əlifbasının yaradıldığı məlumdur. Qarqarlar şimala, qərbə və şərqə Azərbaycan ərazisindən yayılmışdır. Anadolunun qərbində Homerin təsvir etdiyi İda dağında Qarqar zirvəsi onların bu ərazilərdə daha qədimdən məskunlaşdığını göstərir.


Gəldi İda təpəsinə, heyvanı bol Qarqaraya –
Bura onun meşəsiydi, ətir saçan qurbangahı – misralarından (Zevs haqqında) aydın olur ki, Qarqara yalnız boş zirvə, təpə deyil, həm də yaşayış məskənidir. Tərcümədə İda təpəsi ifadəsi düz deyil, Qarqar təpəsi işlənib, İda dağın adıdır: 


On ustremləl ix na İdu, zverey mnoqovodnuö materğ,
K Qarqaru xolmu, qde roha eqo i altarğ blaqovonnıy


İda. «İliada»da tez-tez adı çəkilən İda Troyanın qarşısındakı uca dağın adıdır. Troya onun ətəyindəki düzənlikdə salınmışdır. Tədqiqatçıların fikrincə, qədim yunan dilində iki sait arasındakı d səsi qədim türklərdəki ş səsinə uyğun gəlir. Odur ki ida/idi sözü işi, yış, yiş kimi təsəvvür edilir ki, bu da «meşə», «meşə ilə örtülmüş dağ» mənasını verir.  Poemada İda dağı həqiqətən bol sulu, meşəli bir dağ kimi təsvir edilmişdir.















Homer’s Poems and ”Kitabi-Dede Qorgud”
Professor Gazanfar Kazimov

In his article professor Kazimov investigates the Troyan events of the 50s of the XIII century B.C. and topic relations between the poems of “Iliad” and “Odyssey” and “Kitabi-Dede Qorgud”.

Such chapters of “Dede Qorgud” as “How does Basat kill Depegoz”, “Gam Bore’s son Bamsi Beyrek”, “Salur Qazan’s house theft” and in some other chapters in the depiction of political events, in composition and structures, in the ways of depiction, in religious world outlook one can find a very close coincidence between “Iliad” and “Odyssey” and “Dede Qorgud”.

These once again show that though “Kitabi-Dede Qorgud” later was brought to Islam isues, and some modernizations were done in poem, this work is a good example of military democratic period, and it is the monument of Homer’s period and of his age. Both Homer’s poems and “Kitabi-Dede Qorgud” took their beginning from the same root. It becomes clear that Indo-europeans and turks lived together and side-by-side and created original masterpieces of art on the basis of the same social events.

The second major reason is that the investigation of Troya toponyms, etnonyms, hidronyms, and antroponyms show that they are of turk origin. And it once more proves the thesis that the Troya is a turk town, and the troyans are turk tribes. 











WHO WERE THE TROJANS?


One of the factors to prove the Turkic origins of theTrojans is the Etruscan writings that has been deciphered by Prof. Chingiz Garasharli through Old Turkic languages. The Etruscans are known to have descended from the Trojans who had migrated to Italy after the collapse of Troy.


Chingiz Garasharli, professor of the Azerbaijan University of Languages, answers this question in his newly published book “The Trojans wereTurks”.


His conclusion is based on four factors:


1.Information of Old European authors, who write about the Turkic origins of the Trojans.


2. to prove the Turkic origins of the Trojans is the Etruscan writings that has been de cip he red by Ch. Garasharli through Old Turkic languages.


3. to prove the Turkic origins of theTrojans: Priam, the name of the last Trojan king, is obviously the same Priyam, the name of a Turanian commander, described in an old Turkic (Kazakh) epic. It should be mentioned that the Kazakhan throponomy is particularly distinguished among Turkic languages for containing evidentearly Mediterranean (Trojan, Pelasgian) names.











from his book:


Some Germanic sources write about the old kings of Sweden and Norway as Turkic kings and the royal nobility of Scandinavia as being of Trojan origin .


The northward migration of the Trojans also found its reflection in the «Saga about Nibelungs» where the Trojans are called albs («heroes») and their king – Alberikh .


Alb is derived from the old Turkic alp, alb («brave», «daring») .


As to Alberikh, it consists of the same alb and old Turkic – erik («swift», «energetic») ...


The first element of erig (er «brave», «warrior») was used in combination with alb/alp as a personal name: Alber, a Trojan personal name in the «Iliad», Alper – an Old Turkic personal name with the meaning «brave warrior», «brave man» and «daring man».


A 13th century Scandinavian author, S.Sturluson, refers to the Trojan migration to the north of Europe as the beginning of a new era. According to V. Sherbakov, the valley of the Alp mountains, in the beginning of the new era, was settled by a people who spoke the Etruscan language.



*


Alber, the name of a Trojan commander, is the same old Turkic Alper, denoting «hero», «brave» (O.Turk. alp, alb, «hero», «brave» - er «man») .


Alper was widely used as a component of Old Turkic personal names, and in the name of Alper Tonga, a Turanian ruler .


The Trojans, who settled in North Europe after the collapse of Troy, left this name in old Germanic sagas. «The saga about Nibelungs» tells us about the albs («heroes») and their king Alberikh - Trojan by origin.


Askan, the name of a Trojan hero , is completely consonant with an Old Turkic personal name – Askan, used by the Huns. Today it is observed in the anthroponomy of the Turkic Altays .


Its origin stems from the appellative askan («violent», «naughty») , the Chuvash variant of the Turkic azhgın .


Atas, the name of another son of Priam, can be compared with Atas, a Kazakh personal name , derived from the Turkic ata («father») with the unproductive suffix s, denoting likeness, similarity: ata-s «like father», «similar to father». The analogical word is observed in the Bashkir language (atas «like father») .



Chingiz Garasharly
Professor, Doctor of Philological sciences 
The Turkic Civilization Lost in the Mediterranean Basin
BAKÜ 2011 ,Azarbaijan President Library e-book : 




*



NOT:
Homer'in İlyada ve Odyseia eserlerini, MÖ.3.yy'da İskenderiye Kütüphanesi'nin ilk müdürü olan gramer bilgini Efesli Zenodotus toplayıp, derlemiştir. Zamanın baskın olan kültürü yüzünden "kuşku" uyandıran dizelerin bile değiştirilmiş olma olasılığı da yüksektir. Nitekim, bu destanları Homer'in yazıp yazmadığını Heredot bile sorgular.... Ayrıca Prof.Yegorov Nikolay İvanoviç Oğuzların MÖ:1000 de ikiye ayrıldığını söylememiş miydi?.....SB