19 Şubat 2017 Pazar

Troyalılar Türktür.




" Artıq elmi ədəbiyyatda troyalıların türk olduğu sübut olunmuşdur."
" Trak sözü «türk» sözünün fonetik variantıdır."
" Pelaskların da türk tayfalarından olduğu məlumdur."
" Tor oğlu Odinin başçılığı altında türklər Asiyadan (Kiçik Asiya nəzərdə tutulur) Avropanın şimalına gəlmişlər."
" Kimmerlər saklar və skiflərlə bir kökdən olub, ən qədim türk tayfalarındandır."


Hektor'un naaşı, atlı araba tarafından çekilirken.
Pantalonlu Troyalı Esir, Aşil'in önünde öldürülürken.
"Aşil'in Efsanesi" Lahitinden Detay, 
MS 2.yy, Roma Dönemi - Tyre [(Sur)
[TOR'shaların (Etrüskler /Sea People/) bir kısmı buraya yerleşmişti...]
Beyrut Ulusal Müze, Lübnan










HOMERİN POEMALARI VƏ «KİTABİ-DƏDƏ QORQUD»



Bütün bunlar göstərir ki, e.ə. 1260-1240-cı illərin hadisələrindən bəhs edən «İliada» və «Odisseya» əsərləri ilə bizim 1300 illiyini qeyd etdiyimiz «Kitabi-Dədə Qorqud» yaşıddır, eyni dövrdə, eyni real və mifik hadisələr zəminində yaranmışlar. 

"Artıq elmi ədəbiyyatda troyalıların türk olduğu sübut olunmuşdur."

Lakin onların müttəfiqləri qarışıq qəbilələrdən ibarət idilər. Müttəfiqlər müxtəlif olduğu kimi, dilləri də müxtəlif olmuşdur:

Priamın paytaxtında çoxdur bizim müttəfiqlər,
Burda çoxdur qəbilələr, hərənin də öz dili var. 

Və ya:
Troyanın qoşunu da eynən belə bağrışırdı.
Ancaq hərə başqa cürə çığrışaraq danışırdı:
Qarışmışdı bir-birinə başqa-başqa xalqın dili… 

Aydın olur ki, troyalılar yekcins olmamışlar. Lakin, şübhəsiz, onların əsas kütləsi türklərdən ibarət olmuşdur, çünki Priamın xalqı Troyada üstünlük təşkil etmişdir. Bu cəhətdən aşağıdakı misralarda «barbar dilli Karlar» ifadəsi çox maraqlıdır:

Barbar dilli Karların da sərkərdəsi mərd Nast idi.
Onlar Milet şəhərində dik Mendra sahilində
Bol meşəli Ftirosla qarlı Mikal dağlarında yaşardılar.

Şumerlər özlərini kar-rir, yəni «qarabaşlar» adlandırırdılar. Bu da Kenqir- şumer sözünün bir oxunuş variantı idi. Kar-r-ir sözündə «qara» sözü aydın seçilir. Şumer tayfaları e.ə.23-cü əsrdə Akkad istilasından sonra ətraf ərazilərə dağılmışdılar və onlar Troya ətrafına da asanlıqla gələ bilərdilər.

Eyni zamanda, axeylilər də müttəfiqlərdən, qəbilələr ittifaqından, müxtəlif dilli qəbilələrdən ibarət olmuşlar; məsələn, təkcə Krit adası sakinlərinin təsvirinə baxaq:

Tünd suların qucağında Krit adlı bir ada var;
Çox zəngindir gözəlliyi, vəsfə gəlməz həmin ada.
Şəhərlərin sayı doxsan, xalqı saysız-hesabsızdır.
Neçə dilə rast gələrsən. Axeylilər, kidonlular,
Eteokrit tayfasına rast gələrsən o adada;
Düz üç dori sülaləsi, pak pelask tayfası var.

Buradakı pelaskların da türk tayfalarından olduğu məlumdur. Lakin bu hələ axeylilərin hamısı deyildir.

Bütün bunlar göstərir ki, e.ə. 1260-1240-cı illərin hadisələrindən bəhs edən «İliada» və «Odisseya» əsərləri ilə bizim 1300 illiyini qeyd etdiyimiz «Kitabi-Dədə Qorqud» yaşıddır, eyni dövrdə, eyni real və mifik hadisələr zəminində yaranmış dastanlardır. Lakin poemaları yunanlar yazıya alıb saxlamışlar, təbii ki, əlavələr də etmişlər, dastanı isə ya vaxtında yazıya almamışlar, yaxud da vaxtaşırı üzərində işləmiş, ilkin formadan fərqli bir formaya salmışlar. Hətta hiss olunur ki, bu və ya digər boyu atmış, yeni boylar yaratmışlar. Və ya obrazların adlarını, bəlkə arxaik rəng aldığını görərək lap səciyyəsini də dəyişmişlər. Nə qədər dəyişmiş olsa da, yenə izlər qalmışdır. 

Poemalarda, xüsusilə «İliada»da türk mənşəli xeyli toponim, etnonim, hidronim və antroponim işlənmişdir. Doğrudur, poemalarda, xüsusən də «Odisseya» əsərində mifik adlar da çoxdur, lakin Malay burnu, Krit adası, İardançay mənsəbi, Misir sahili, Afina, Sparta, Frakiya, Kipr və s. kimi real tarixi toponimlər göstərir ki, poemalarda işlənmiş hər xüsusi adı mifik ad hesab etmək olmaz.

Xüsusi adların bir qismini nəzərdən keçirək. Məqsəd yunanlarla türklərin mədəni yaxınlığını qeyd etməkdir. Troya. «İliada» və «Odisseya» toponimləri içərisində ən çox işlənəni və «İliada»da hadisələrin cərəyan etdiyi məkanı göstərən söz İlion və Troya sözləridir. Əsərdən belə duymaq olur ki, Troya həm axeylilərin dağıtmaq və qarət etmək istədikləri mərkəzi şəhərin, həm də padşahlığın, troyanların hökmü çatan ərazilərin ümumi adıdır. Elmi ədəbiyyatda troyalıların Kiçik Asiyanın qərbində, Egey dənizinin şərq sahillərində çox qədim dövrlərdən məskunlaşdığı qeyd edilir. 

İngilis alimi K.Blegen troyalıların e.ə.3000-2500-cü illərdə Şərqi Avropadan gəlmiş trakların nəsilləri olduğunu qeyd etmişdir. Trak sözü «türk» sözünün fonetik variantıdır. Türk sözündə –k cəm şəkilçisidir ; tor, tur - «doğmaq», «törəmək» mənasında eyni sözün qədim variantlarıdır. Troya sözündə -oya yunan elementidir, sözü nominativ formaya salan şəkilçidir – türk yurdu, türk şəhəri deməkdir. 

Antik ədəbiyyatda qohum və müttəfiq olduqları daim vurğulanan traklar və troyalılar eyni etnosun daşıyıcılarıdır. 

«Qərbi Avropanın tires-turşa mənşəli xalqları (etrusklar, traklar, pelasklar), Kiçik Asiyada isə troyalılar (turşa) prototürklərin qərb qolunun nəsilləri idilər. Avropanın şimalında Tor oğlu Odinin başçılığı altında troyalıların məskunlaşmasından bəhs edən qədim Skandinaviya coğrafiya əsərləri bu xalqı həm də türklər adlandırır. Burada göstərilir ki, Tor oğlu Odinin başçılığı altında türklər Asiyadan (Kiçik Asiya nəzərdə tutulur) Avropanın şimalına gəlmişlər. Gələnlərin «Priamın xalqı» adlandırılması onların Kiçik Asiyadan – əfsanəvi Troyadan gəldiklərinə aydınlıq gətirir… İtaliyaya köçmüş troyalılar orada etrusk xalqının əsasını qoymuş, Avropanın şimalına gələnlər isə sonralar Skandinaviya saqalarının surətlərinə çevrilmişlər». 

«Atoynadan Troil yox, allahsifət Mestor yoxdur, Hektor da yox!» - sözlərindən göründüyü kimi, Tor (-o-il) adı hadisələrin cərəyan etdiyi dövrdə antroponim kimi də işlənməkdə imiş. 

İlion. Poemalarda Troya şəhəri eyni zamanda İlion adlanır... Fikrimizcə, İlion yalnız qalanın adını bildirir, Troya isə geniş mənaya malikdir və bütün müttəfiq ərazilərini əhatə edir. Təbii ki, konkret halda şəhərin adı kimi də çox işlənmişdir. İlion – «İl» sözündəndir; -ion yunan elementidir. «İliada» əsərində İl düzü, İlin qoca məzarı kimi ifadələr vardır: «İl düzüylə qaça-qaça, İda dağı ətəyində sıx meşədə… gizlənərəm». «Qocalarsa ötmüşdülər İlin qoca məzarını».

Aydın olur ki, İl troyanların görkəmli dövlət xadimlərindən olmuş, onun dəfn edildiyi düzü İl düzü adlandırmış, şəhərə onun adını vermişlər. İl xalis türk sözüdür. Poemanın adı da buradandır: İl-iada – «İl (haqqında) oda», «İlnamə, İl nəğməsi» mənasında. İl//el qədim türklərdə xüsusi ad və titul bildirən söz kimi işlənmişdir: İl bilge qadun.

Yunan dilində Kimmerioi, Kimmerii şəkillərindədir. Kimmerlər saklar və skiflərlə bir kökdən olub, ən qədim türk tayfalarındandır.

Qam (kahin) ər mənasında olan kimmer sözünün daşıyıcıları geniş ərazilərdə yayılmış, Azərbaycanda dərin izlər qoymuşlar. 

Troya şəxs adlarını diqqətlə nəzərdən keçirdikdə, yunan tələffüzü ilə təhrif edilməsinə baxmayaraq, onların bir çoxunun türk mənşəli olduğunu üzə çıxarmaq olur.... Troya, İlion, Qarqar, İda, Skamandr, Skandiya, Askaniya, Skey, Pelask, Ksanf, Dardaniya, dardanlar, Batı, Kimmerlər, Priam, Hektor, Eney, Paris və s.


Qəzənfər KAZIMOV / PDF
Filologiya elmləri doktoru, professor




"Troyalılar Türktür." 
Prof.Dr.Firudin Ağasıoğlu, Prof.Dr.Çingiz Garasharlı
Azerbaycan







___ENG___


"Troya is a Turk town, and the Troyans are Turk tribes."

Homer’s Poems and ”Kitabi-Dede Qorgud” (Book of Dede-Korkut)
Professor Gazanfar Kazimov

In his article professor Kazimov investigates the Troyan events of the 50s of the XIII century B.C. and topic relations between the poems of “Iliad” and “Odyssey” and “Kitabi-Dede Qorgud”. Such chapters of “Dede Qorgud” as “How does Basat kill Depegoz”, “Gam Bore’s son Bamsi Beyrek”, “Salur Qazan’s house theft” and in some other chapters in the depiction of political events, in composition and structures, in the ways of depiction, in religious world outlook one can find a very close coincidence between “Iliad” and “Odyssey” and “Dede Qorgud”.

These once again show that though “Kitabi-Dede Qorgud” later was brought to Islam isues, and some modernizations were done in poem, this work is a good example of military democratic period, and it is the monument of Homer’s period and of his age. Both Homer’s poems and “Kitabi-Dede Qorgud” took their beginning from the same root. It becomes clear that Indo-europeans and turks lived together and side-by-side and created original masterpieces of art on the basis of the same social events.

The second major reason is that the investigation of Troya toponyms, etnonyms, hidronyms, and antroponyms show that they are of turk origin. And it once more proves the thesis that the Troya is a turk town, and the troyans are turk tribes. 

Photo: The corpse of Hector and killing a Trojan prisoner (with pants!) Detail from "Legend of Achilles" Sarcophagi, 2nd AD, Roman Period - Tyre, National Museum Beyrut, Lebanon.







İlgili: