15 Aralık 2016 Perşembe

DEDE KORKUT HOMER'DEN DAHA KADİM





Almaniya diplomatı və şərqşünas H.F.F.Ditsin (1751-1817) «Təpəgöz»lə bağlı araşdırmaları da o cümlədən. Bütün bunlar onu göstərir ki, türk xalqına məxsus şifahi xalq ədəbiyyatının sərhədləri hüdudsuzdur.


Bütün dünya alimlərinin diqqətini türkologiyaya, türk mədəniyyətinə, etnoqrafiyasına və folkloruna yönəldən «Kitabi-Dədə Qorqud» dastanı Azərbaycanda nə qədər tədqiqata cəlb olunsa da, yenə də dünya ədəbiyyatında bu mövzuda yazılanların sayından azdır. H.F.F.Ditsin «Təpəgöz»ü elm aləminə tanıtmasından sonra bu boy üzərində dünya ədəbiyyatında onlarla tədqiqat işi meydana çıxdı. Elə F.Ditsin özünün də bu boyun təhlilinə həsr etdiyi yazıları az deyil. 


Qeyd edək ki, F.Dits Təpəgözün Homerin «Odisseya»sındakı Polifemdən daha qədim olduğunu söyləyir. Ə.Sultanlı (1906-1960) «Dədə Qorqud»u qədim yunan eposları «İlliada» və «Odisseya» ilə paralellərinin 7 ümumbəşəri motivə («ata ilə oğulun vuruşu», «qardaş ilə qardaşın üz-üzə gəlməsi», «ər öz nişanlısının toyunda», «qəhrəmanın Təpəgözlə vuruşu», «oğula ana haqqında şər atmaq», «ölməli olan ərin ata-anaya müraciəti, rədd cavabı alması, arvadı əri üçün ölümə gedir», «qəhrəmana fövqəladə güc aşılamaq») əsaslandığını xüsusi vurğulamışdır.


Bir qədər sonra isə E.Rossinin Vatikan kitabxanasında aşkarladığı F.Ditsdən bir az fərqli, amma yeni variantı dünya alimlərinin bu dastana olan marağını bir az daha artırdı. Tələbəsi İ.Kunoşa «türklərin «Molla Nəsrəddinin lətifələri»ndən başqa folklor nümunələri yoxdur» deyən A.Vamberi belə türk xalqlarının bu cür zəngin mədəni abidəsi qarşısında aciz qaldı. «Dədə Qorqud» abidəsindəki bir sıra motivlər dünya xalqlarının qədim və möhtəşəm dastanları ilə səsləşir, hətta türk dünyasının zəngin, çoxşaxəli tarixi və mədəni ənənələrini özündə əks etdirən qədim və orta əsrlərdə yaranmış yazılı dastanlarla da maraqlı və nəzərə çarpacaq qədər oxşar, paralel məqamlar vardır. 


Belə ənənəvi oxşarlıqlara «Bilqamıs», «Nart», «Mahabharata», «Şahnamə», Füzulinin və Nizaminin poemalarında, «Əhməd Harami», «Vərqa və Gülşa», «Mehr və Müştəri, «Alpamış», «Manas», «Rüstəmxan», «Qurbani», «Aşıq Qərib», «Tahir və Zöhrə», «Abbas və Gülgəz», «Şah İsmayıl və Güllüzar», «Koroğlu» kimi məhəbbət və qəhrəmanlıq dastanlarında rast gəlmək olar.


«Kitabi-Dədə Qorqud»un bütün dünyaya bu qədər səs salması dünya alimlərinin türk folkloruna olan marağını artırdı. Bütün dünyada bir-birinin ardınca türk ədəbiyyatı, türk tarixi ilə bağlı sanballı əsərlər ortaya qoyuldu. Mövzu rəngarəngliyi həddən artıq çoxdur. Tədqiqata cəlb olunan janr yalnız dastan deyildi. Türklərin şifahi xalq ədəbiyyatına məxsus türkülər, ninnilər, nağıllar və s. janrlar da dünya alimləri tərəfindən dəfələrlə tədqiq olunmuş, dəyərli əsərlər ortaya qoyulmuşdur.


Hazırlayıb araya-ərsəyə gətirdiyimiz bu kitabda türk dilində ilk dəfə tam mətnlə çap edilən «Kitabi-Dədə Qorqud»un nəşrinin 100 illiyi ilə bağlı Kilisli Müəllim Rifətin xatirəsini əziz tutaraq dastanla bağlı tədqiqatlara geniş yer vermişik. Kitabda toplanan məqalələr Azərbaycan dilində tərcümə edilərək nəşr olunur. Burada «Kitabi-Dədə Qorqud»un tədqiqi ilə bağlı dünya ədəbiyyatında yayınlanan bir neçə maraqlı hesab etdiyimiz məqalələrə xüsusi yer verilmişdir.


Tərcümə zamanı mətnlərin orijinallığını saxlamaq məqsədi ilə «şahzadə Selcan», «kral Salur», «autochon» («avtoxon»), «kor-kut» kimi sözlər olduğu kimi saxlanılmış, «Kavella», «Beovulf» kimi dastanlara şərhlər verilmişdir. «Ağ imiqrantlar», «podpolkovnik» kimi sözlər dövrün tələbinə uyğun olaraq o şəkildə verilmiş, Samtsixe-Cavaxeti diyarı, Abhazia bəyi, Avnik, Hiunq-Nu, Erdel Orosztelke, mişərlər, Semipalatensk kimi bölgə və tayfa adlarına, eyni zamanda manixeizm, nestorianlıq, hagioqrafiya kimi terminlərə, demək olar ki, zəruri hesab etdiyimiz bütün xüsusi isimlərə şərhlər və izahlar yazılmışdır. 



Qumru Şəhriyar, 2016 - AZERBAYCAN
TÜRK FOLKLORU DÜNYA ALİMLƏRİNİN GÖZÜ İLƏ, CİLT I
“Kitabi-Dədə Qorqud”la bağlı məqalələri yer almışdır. / PDF






«Bamsı Beyrək boyun»da....... Homerin «Odisseya» poemasında

Qoyun çobanları ................... Donuz çobanları
Çobanlardan daş toplanılır..... Çobanlar daş atırlar
Daş yığırlar .............................Daşdan divar hörülür
Beyrək köhnə qaftan geyinir... Odissey çobandan yeni köynək və yapıncı alır
Beyrəyi bacıları yedirir........... Odisseyi çoban yedirir
Beyrək bacıları ilə çay kənarında görüşür.... Odisseyin evinin yanında çeşmə var
Beyrək əski dəvə dərisini geyinir..... Odissey əski cırıq paltarını geyinir
Onu tanımayanların məqsədidir....... Onu tanımayanların məqsədidir
Toy mərasimində zurnaçılar, nağaraçılar çalırlar.......Əyləncədə oxuyub rəqs edirlər
Beyrəyi tanımırlar................... Odisseyi tanımırlar
Qızları narahat edir................. Qadınları qovur
Sərt yayı sadəcə sahibi çəkə bilir...........Sərt yayı sadəcə sahibi çəkə bilir 
Ox yarışmasında nişangah bir üzük dəliyidir.....Ox yarışmasında nişangah 12 balta dəliyidir
Əhvalatın sonunda yanğın............ Əhvalatın sonunda yanğın
Beyrəyin nişanlısını istəyən ölür....... Odisseyin arvadını istəyənlər öldürülür



Bunların arasında ən əhəmiyyətli məqam ox yarışması zamanı istifadə edilmiş «sərt» yaydır. Kirişi böyük qüvvə ilə gərginləşdirə bilən yay (refleks yayı) yalnız şərqli köçəri xalqlarının silahı idi. Avropalı yunanlar isə bu çox təhlükəli, uzaqdan öldürən silahın sahibi olmadılar. Bu yay yunan rəssamlar tərəfindən hər zaman «skit tipli yay» kimi təsvir etmişlər. Sərt yayın skit mənşəli olduğu qədim yunan tarixçisi Herodotun yazdığı «Skit şəcərəsi» də təsdiqləyir. 

Hüseyn Məhəmmədzadə Sadiq.





«QORQUD» XÜSUSİ İSMİ ÜZƏRİNDƏ ETİMOLOJİ MÜBAHİSƏ


Kür-kut (=kor-kut) ifadəsini aldığımız və «kut»un «xoş- bəxtlik» və «bolluq» mənasını bildirən «Özbəkcə-rusca lüğət» bizə «kür» (=kor) kəlməsi üçün (I: s.637a) aşağıdakı izahı verir: «Xəfif küllə örtülü yanan kiçik kömürlər; köz». Bu, eyni zamanda «qor»un Osmanlıca qarşılığıdır: «yanan halda kömür» (Sami bəy) müasir türkcədəki (Türkiyə tütkcəsindəki – Q.Şəhriyar) «kor»dur: «Hər tərəfi yanıb atəşə çevrilmiş kömür və ya odun parçası» (T.K. Türkçe Sözlük); türkməncədə «kör»: «otdan galyan ovnuk koz, ovnuk koz gatişikli kul» – atəşdən sonra qalan yanan kiçik köz, küllə qarışıq yanan kiçik köz (Türkmen tilinin sözlügi. Türkmenistan SSC. Bilimler Akademisi, Aşkabat 1962, s.180b)


Qor – «Azərbaycan dilinin izahlı lüğəti»ndə isə bu söz «ocaq və ya təndirdə odun yandıqdan sonra qalan xırda od parçaları, kül arasında işıldayan xırda kömür parçaları» kimi izah olunmuşdur.- Q.Şəhriyar


... «kor-kut»un (qor-qut – Q.Şəhriyar) özbək dilində «zənginlik, sərvət» ifadəsinin, bizcə, etimoloji bir mənası var və bu məna haqqında danışılan şairin qədim türk anlayışı ilə də uyğun gəlir. Bu ifadə zənginliyi və Tanrı lütfünü əks etdirən iki kəlimənin «qor» və «qut»un yan-yana durması ilə əmələ gəlir (klassik tip: ev-eşik).


İkinci kəlimə olan «kut» («qut» – Q.Şəhriyar) müxtəlif formalarda qədim türk ad və ünvanlarına daxil olur (iduk-kut, kutluğ, kut-bulmiş və s.) və burada diqqətə çarpan bir dini və sosial məna ifadə edir: «Kut» ilahi mənşəli xeyirxah güc mənasındadır və bu adı daşıyan hər kəs gördüyü işlərdə uğur qazanır (Dədə Qorqudda bu güc açıq şəkildə müşahidə olunur). Bu kəlmə türkcədir və başlanğıcından etibarən qısa saitlə söylənilir. 








EK:

1-

Sabir Rüstəmxanlı yunan mifologiyası ilə qədim türk dastanlarını müqayisə edir, Homerin əsərlərində olan bəzi süjetlərin türk xalqlarının dastanlarındakı süjetlərlə oxşarlığını onunla əlaqələndirir ki, qədim yunanların bəziləri Kiçik Asiyada yaşayarkən saq-iskit adlandırılıblar, bu motivlərin də onlardan gəldiyi iddiasını irəli sürür. Müəllif müxtəlif araşdırmalardan bəhs edərək qeyd edir ki, iskitlərin öz yurdlarını tərk etməsinin səbəbi armaste tayfalarının hücumları olmuşdur, iskitlər bu düşmən qüvvəlləri qeyri-adi və təpəgöz hesab edirmişlər. Ola bilsin ki, onların bu bənzətmələri sonralar Yunan mifologiyasına və Azərbaycan dastanlarına öz təsirini göstərmiş və “Təpəgöz” obrazı məhz saqlar vasitəsilə onlardan gəlmişdir. 

Subarlar və hurrilər haqqında məlumat verən müəllif bəzi mülahizələrə görə, İrəvanın əsasının da hurrilər tərəfindən qoyulduğu yazır və fikrini əsaslandırmaq üçün tarixi mənbəyə istinad edərək bildirir ki, o zamanlar ermənilər Balkan tərəflərdə yaşadığından bu fikri ağlabatan hesab etmək olar. Sabir Rüstəmxanlı kitabda həmçinin qaraqalpaq muytenlərin və özbək mitanların Cənubi Azərbaycanla bağlılığı məsələsinə toxunaraq, ərəb tarixçisi Mədqusinin fikirləri, bir sıra elmi ədəbiyyatlar əsasında onların Cənubi Azərbaycandan, Mesopotomiyadan getdiklərini təsbit etdir. 

Müəllif burada erməni məsələsinə geniş yer vermiş, bu mənfur düşmənlərin iç üzünü açan, yaratdıqları “yalançı tarixi” darmadağın edən maraqlı fikirlər irəli sürmüşdür. O, Strabonun fikrinə istinad edərək bildirir ki, hələ e.ə.V əsrdə Herodotun vaxtında Ermənistanın Şimal-qərb hissəsində ermənilər yaşamayıb, Azərbaycana sərhəd olan vilayətlər, “Van” gölü ətrafı , Vaspurakan (Ararat vadisi və s. nəzərdə tutulur) kiçik Midiyadan alınıb Ermənistana b.e.ə. II əsrdə qarışdırılmışdır”. 

Müəllif Ermənistan və Azərbaycanın qərbində Hind-Avropa dilli tayfalar gəlməzdən öncə başqa tayfaların yaşadığını qeyd edir və saspirlər, taoxlar, skiflər, xaliblər, basillər, arxonlar kimi adları çəkilən bu tayfaların çoxunun adının türk adları olduğunu göstərir. Və bununla da Azərbaycanlıların təxminən 3000-3500 il öncə də mövcud olduğunun alimlər tərəfindən müəyyənləşdirildiyini göstərir. ... / link




2-

HOMERİN POEMALARI VƏ «KİTABİ-DƏDƏ QORQUD»

«Kitabi-Dədə Qorqud» sonralar islam dininə uyğunlaşdırılsa da, dastan üzərində dəfələrlə müasirləşdirmələr aparılsa da, bu əsər hərbi demokratiya dövrünün xüsusiyyətlərini daşıyır və Homer dövrünün yadigarı, Homerin yaşıdıdır. Həm Homerin poemaları, həm də «Kitabi-Dədə Qorqud» eyni mif və hadisələrdən qaynaqlanmışdır. Aydın olur ki, hindavropalılarla türklər birlikdə və yanaşı yaşamış, eyni folklor materialları, eyni ictimai hadisələr əsasında orijinal sənət nümunələri yaratmışlar.

İkinci bir mühüm cəhət də budur ki, Troya toponim, etnonim, hidronim və antroponimlərinin tədqiqi onların türk mənşəli olduğunu göstərir. Bu hal elmi ədəbiyyatda qeyd edilən bir cəhəti – Troyanın türk şəhəri, troyalıların türk tayfalarından ibarət olduğunu bir daha təsdiq edir.





3-

Prof.Dr.Firudin Ağasıoğlu'da Hitit yazıtlarındaki KUT sözcüğünü hatırlatır. "Hitit yazıtlarında "KUT" sözüne rastlayan alim, bunu Sibir Türklerinde de görür. Bu bizim kullandığımız KUT ile aynı anlamdadır." (video)

Ağasıoğlu'nun söylediği diğer önemli bilgiler: 

"Atayurttan iki büyük Türk göçü olmuştur. 
İlk büyük Türk göçü MÖ 4.bin yılın ortalarında
İkinci büyük göç ise MÖ 2.bin yıllın ortalarında olmuştur ve bu göç daha büyüktür. Çünkü artık atlara biniyor ve daha uzak mesafe katediyorlardı.
İlk Atayurdu buralarıdır. 
İkinci Atayurdu Orta Asya'dır.

Türklere konar-göçer olarak bakmak cinayettir. Göçen Türkler olduğu gibi yerleşik Türkler de var. Göçler batıdan doğuya olmuştur. Sonraki göçle tekrar atayurduna geri gelmiştir.
Subar - Aratta - Turukku hep Türk devletleridir.
Kurganlara sürekli Tümülüs diyorlar. Kurgan deseler Türklere bağlanacak, bu yüzden Tümülüs diyorlar. Türk gittiği yerlere Kurganı da götürmüştür. Eski Türkler ölülerini basılı, dizleri karnına çekilik cenin pozisyonunda (Hocker pozisyonu-SB) ve kızıla boyar vaziyette gömerdi.
Bütün belgeler Altay teorisini çürütür.
Hakkari'de MÖ 2000 ortalarına ait Taşbabalar var, Orta Asya'da ise MS dönemine ait Taşbabalar var. Hangisi daha eski?"



Prof.Dr.Firudin Ağasıoğlu Celilov ve Prof.Celil Garipoğlu Nağıyev




*




Ben de Hitit yazıtlarında geçen ve Türkçe olan kelimeyi ekleyeyim.


ANA - ATA


... anna- ‘mother’...
... Old Hittite at-ta-aš-ša-an ‘his father’...
... at-ta-aš-mi-iš ‘their father’ as attaš⸗(š)miš ).... 


... b) In the Neo-Hittite era, the separation between the two elements is less and less felt. Following constructions like attas-sis "his father" (Nom. Sg.) : attassin < *attan-sin "his father" (Acc. Sg.), one builds the Nom. Sg. attas-mis "my father", but the Acc. Sg. attasmin and attasman "my father", as well as attastin "your (sg.) father", as if the inflection only affected 
the end of the group....link



"Tarihî ve çağdaş Türk Lehçelerinde, “baba” kavramı daha çok “ata” ( ada / eti / aça), “dede” ve “aba” kelimeleri ile karşılanmaktadır." 


Eğer Hitit yazıtlarında ATTA ve ANA ya rastlanıyorsa ve de aynı anlamda kullanılıyorsa, Hititlerin Türkçe konuşan halklarla etkileşim halinde olduğunu ve hatta aynı topraklarda yaşadığı bir gerçektir. ATA kelimesi ÖZ Türkçedir, "batılılar"ın -her şeyde- iddia ettiği gibi ATA kelimesi Hint-Avrupa dili falan değildir. Tüm Türk dünyasında ATA anlamındadır ve halen isimlerde kullanılır. Hitit metinlerinde geçen WATER kelimesi yüzünden Hitit dilini Hint-Avrupalı yapanlar, ATA ve ANA kelimesini es geçer... Halbuki Anadolu'daki Hitit Devleti bir ulus devletidir ve "Hint-Avrupa dili konuşmayan" Hattilerin ülkesini istila etmiştir. Onlardan önce ve sonra bu topraklarda yaşayanlar Türkçe konuşur. 




ATA
ARATTA (ER-ATA)
ALMA-ATA
ATİLLA
ATABEY
ATABERK
ATAMAN
ATAŞE
ATASÖZÜ
OĞUZATA
ATATÜRK

gibi...







"ATAVUS, a fourth grandfather."
An Etymological Dictionary of the Latin Language
Francis Edward Jackson Valpy

or like in:
ATApuerca Dağları - ATApuerca Mountains / Kuzey İspanya
(North Spain) link for Turkish toponyms in Spain

* Etymology of ATA is Turkish. Father, forefather, ancestor.
ATAVUS - ATA+VUS 
in Turkish = ATAMIZ - ATA+MIZ (Our Ancestor)
like in ATATÜRK (Father/Ancestor of the Turks)


SB.


ilgili: