semboller etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
semboller etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

26 Ekim 2016 Çarşamba

Runik Yazılar





Ön Asiyada m.ö. III-II minillərin qovuşuğunda mixi yazı sistemindən fərqli olaraq, başqa bir yazı sistemi də formalaşırdı. Bu sistem də mixi yazı kimi loqoqramlar əsasında yaranıb get-gedə sillaboqram (hecalı yazı) xarakteri alırdı, lakin söz-heca xarakterini dəyişə bilməyən mixi yazıdan fərqli olaraq, buradakı loqoqramlar tam və yarıheca bildirən işarələrə çevrilirdi. Artıq II minilliyin ortalarında Aralıqdənizinin doğu bölgələrində hecalı yazılar yayılır, onların az saitli sami dilləri üçün münasib olan samit hərfli variantları ortaya çıxırdı. Bunlara paralel olaraq, sait səsləri də bildirən türk runik əlifbası abc tipində müxtəlif dillər üçün əlifbaları yaranırdı.


Türkologiyanın bir nömrəli problemi sayıla bilən türk runik əlifbasının mənşəyi məsələsinə onlarla yazı həsr olunsa da, bugünə qədər doğru həllini tapmamışdır. Türk runik yazıların xronoloji həddinin hələ aydın olmadığını, qaynağı və gerçək yaşı haqqında baxışların yanlış olduğunu vurğulayan A. S. Amanjolov düzgün olaraq qeyd edir ki, türkologiya elminin perspektivi runik yazının mənşəyi və genetik əlaqəsi probleminin düzgün həllindən asılıdır. Bu problemin çözümü prototürklərin ilkin Atayudu coğrafiyasına işıq tutan Urmu teoriyası üçün yeni bəlgələr ortaya çıxarır. Türk runik əlifbasının daxili strukturu, qrafik fondu onun mənşəyi və genetik əlaqəsini Orta Asiya, Türküstan və Güney Sibirdə deyil, Aralıqdənizi yaxalarında yaranan hecalı yazılar içində axtarmağı zəruri edir. Bu yöndə A. S. Amanjolovun tədqiqatı və apardığı müqayisələr aydın göstərir ki, türk runikasının yaranması birbaşa Aralıqdənizi əlifbaları ilə bağlıdır. Bu regionda yaranıb yayılan hecalı əlifbalar haqqında yazı uzmanlarının verdiyi məlumat diqqətə alınsa, Kiçik Asiyanın batı, Suriyanın quzey bölgələrində və Bibl, Finikiya, Fələstin, Krit, Kipr, Miken, Yunan, İtaliya ərazilərində tapılan qədim yazı örnəklərinin Orxon-Yenisey yazıları ilə eyni mənşəli olub, qarşılıqlı təsirlə formalaşdığını görmək olar. Lakin bu yazıların bir qismi yalnız samit hərfli, bir qismi də əlavə sait işarələri olan fonetik əlifba istiqamətində inkişaf etmişdir.


Yalnız samitləri yazılan sözlərin oxunuşu qarşıya hədsiz çətinliklər çıxarır. Belə əlifba sait səsləri az olan sami dilləri üçün nisbətən yararlı idi, lakin türk dilinə yaramırdı. Xüsusilə hərf düzümündə söz sərhədləri bilinməyən srdnlslcnxtn tipli yazıları oxumaq çətin olurdu. Belə yazını həm srdnl slcn xtn hissələrinə ayıra bilmək, həm də bu yazının sarıdonlu selcan xatun kimi oxumaq üçün xüsusi bilik və vərdiş tələb olunurdu. Bu problemi aradan qaldıran türk runikasında saitlər üçün 4, samitlər üçün 30-a qədər işarədən, söz sərhədini bildirmək üçün isə ayrıca işarə və nöqtələrdən istifadə olunurdu. Burada da samit hərflərin çoxu həm heca, həm də ayrıca fonem kimi oxunurdu. Məsələn, azər və üzrə sözlərindən birincisi zr (azər], ikincisi isə ÜzrE [üzrə] şəklində yazılırdı.



 Bibl yazısı.Tunc lövhə üzərində yarıloqoqramyarıhecalı sağdan sola oxunan yazı.
Bibl işarələri. Bibl yazılarında Göytürk hərflərilə eyni işarələr.


Finikiyanın quzeyində qədim Bibl şəhərindən tapılan daş və tunc lövhə üzərində müxtəlif həcmli 10 yazını nəşr edən M. Dünan burada loqoqram və heca bildirən 115 işarə olduğunu aşkar etmişdir. Sonra bir çox əlifbaların törəməsinə təkan verən Finikiya əlifbasının məhz Bibl yazıları bazasında yaranması və bunların türk runikası ilə eyni işarələrə malik olması faktını nəzərə alanda Bibl yazıları böyük əhəmiyət daşıyır.... 


Bu yazılar yaranma tarixi baxımından da maraq kəsb edir. Belə ki, m.ö. III minilin sonu, II minilin əvvəlinə aid arxeoloji qatda tapılan yazılı lövhələrin bəzisi m.ö. XXII əsrə aid edilir. Həmin çağlarda sönməkdə olan Kür-Araz arxeoloji kulturunun lokal variantı məhz bu bölgələrdə ortaya çıxır və maraqlıdır ki, ilk dəfə sami mühitində işlənən Azər adına da Bibl yazılarında ('Azar-ba'l yazısı) rast gəlirik.


Hələlik şifrəsi açılmayan Bibl yazıları şərti olaraq sami dilinə aid edilir. Halbuki, bu yazı texnikasını mənimsəyən və sonralar samiləşmiş finikiyalıların ilkin dil mənsubiyəti də hələ müəyyən olunmayıb. Bibl heca yazısında işlənən işarələrin çoxu türk runik yazısının qrafik fondu ilə eynidir. Bu oxşarlığa əsaslanıb dil eyniliyi və yaxud eyni hərflərin eyni səsi bildirməsi haqqında fikir söyləmək olmaz. Lakin bu da aydındır ki, hər iki əlifba eyni mənşəli olub, yaranma tarixi baxımından da eyni dövrə aiddir. Bibl yazılarından törəyib, m.ö. XII-I əsrlər arasında Aralıqdənizi adalarına, Yunan və İspan ərazilərinə qədər yayılan finikiya əlifbası müxtəlif bölgələrdə tapılmışdır. Dəniz ticarəti ilə məşğul olan finikiyalılar bu əlifbanı ayrı-ayrı ölkələrə yaymış, Finikiya əlifbasını öz dillərinə uyğunlaşdırmağa çalışan ayrı-ayrı xalqların çeşidli əlifbaları ortaya çıxmışdır.


[Türk boyları ilə də Finikiya dənizçi-tacirlərinin kontaktı mümkün idi. Dolayı bəlgələrdən biri Kilikiyanın Əyricətəpəsi bölgəsində qədim Misir mənbələrində Qaratepe(t) adlanan indiki Qaratəpədə m.ö. VIII əsrə aid Finikiya yazısının tapılmasıdır]


Finikiya əlifbasının ilkin yayılma çağında İkiçayarasının quzey-batı bölgələrinə gəlib yerləşən samidilli arameylər burada işlənən sumer-akad mixi yazı sistemini yox, Finikiya əlifbasını mənimsədilər və m.ö. IX əsrdən bu əlifbanın samit hərfli variantını inkişaf etdirib bütöv regiona yaya bildilər. Hələb, Zəncirli, Dəməşq, Karkemiş bölgələrində kiçik bəylikləri olan arameylər buradakı sələfləri kimi qüdrətli dövlət qurmasalar da, onların yazısı fonetik əlifbaya yaxın olduğu üçün müxtəlif dilli xalqlar onu asanlıqla mənimsəyir, müəyyən əlavələr edib yerli variantlarını yaradırdılar. Bu əlifbadan törəyən Parfiya (parth), Siriya əlifbaları lokal bölgələrdə işlənsə də, missionerlərin Babildən tutmuş İran, Orta Asiya, Hindistana qədər aparıb çıxardığı soqd əlifbası doğu ölkələrdə daha çox yayıldı və bir çox yeni əlifbaların yaranmasına səbəb oldu. Soqd və ondan törəyən manixey, uyğur əlifbaları ilə türkcə yazılmış abidələrin olması bəzi yazı uzmanlarını türk runik əlifbasının mənşəyini də aramey-soqd xəttinə bağlamağa sövq etmişdir. Halbuki, türk runik əlifbası daxili strukturu, qrafik fondu və yazı texnikası ilə soqd əlifbasından ən azı 1500 il qədimdir.


Qaynağı uzaq keçmişdə olan türk runikası da zaman-zaman geniş ərazilərə yayılmışdır. Müxtəlif dövrlərdə onun izinə Azərbaycan, Quzey Qafqaz, Avropa, Orta Asiya, Sibir və Doğu Türküstan bölgələrində rast gəlmək olur. Bu əlifba əksər türk boylarının gündəlik yazı sisteminə çevrilməsə də, bir çox boylar müxtəlif çağlarda ondan istifadə etmiş, böyük zaman kəsiyini əhatə edən yazıların çoxu məhv olsa da, müəyyən qismi bu günəcən Avrasiyanın ayrı-ayrı bölgələrində qalmışdır. Türk əlifbasını Aralıq dənizi hövzəsində yayılmış əlifbalarla müqayisə edəndə aydın olur ki, türk əlifbası xeyli ortaq qrafik fondun daha qədim qismini saxlamışdır. Bu sxemdə yarıheca və fonematik əlifbaların yaranmasındakı ardıcıllığı və əlaqələri belə vermək olar:


[Məncə, Avropaya türk runik yazılarını hunlardan öncə saqa-qamər boyları aparmışdır, burada german və macar runik yazılarının qrafik fondu türk runikası ilə eyni olsa da, eyni hərflərin bildirdiyi səslər xeyli fərqlənir. Bu təbii olaydır, çünki əlifbanın ifadə etdiyi dil və ya dialekt fərqli olanda və ya eyni dilin daxilində səs quruluşu inkişaf edib dəyişəndə işarələrin bir qismi əvvəlki dildə olmayan səsləri bildirməyə xidmət edir. Hətta Göytürk xaqanlığının bir qolu olmasına baxmayaraq, Xəzər dövlətində istifadə edilən runik əlifbada da bir neçə hərf Orxon-Yenisey yazılarından fərqlidir.]






Əlbəttə, bu sxemdə bütün əlifbalar yox, yalnız türk boyları ilə birbaşa və dolayı əlaqəsi olan əlifbaların inkişaf xətti verilmişdir. Sxemdə verilən xətlər boyu biri digərinin yaranmasına səbəb olan və bir-birinə qarşılıqlı təsirlə yeniləşən hecalı, yarıhecalı və fonematik əlifbaların inkişafı üç əsas istiqamətdə inkişaf etmişdir. Sağ və orta cinahda Finikiya əlifbasından törəyən, sol cinahda isə türk runikası və ondan törəyən əlifbalar yer tutur. Yuxarıda deyildiyi kimi, bir əlifbadan digərinə keçəndə müəyyən fərqin ortaya çıxması zəruridir, lakin eyni mənşəli əlifbalar üzərində nə qədər dəyişmə əməliyatı aparılsa da, ümumi qrafik fondun xeyli hissəsi mühafizə olunur. Bunu biz 1991-də bərpa etdiyimiz latın qrafikalı Ortaq Türk əlifbasında gördük. Əslinə baxanda, biz bugün türk runikası ilə eyni mənşəli olan bir yazı sistemindən istifadə edirik. Finikiya əlifbasının bir qolu da yunan əlifbasının formalaşmasına təkan vermişdi. Əvvəllər bu bölgədə işlənən heca yazılarından fonetik əlifbaya yaxınlığı ilə fərqlənən yeni yunan əlifbası aramey yazısı ilə eyni çağda təşəkkül tapdı. Xristianlığın yayıldığı çağlarda isə yunan və aramey əlifbalarının təsiri ilə gürcü və hay əlifbaları yarandı.


[Hay əlifbasının mənşəyi barədə müxtəlif fikirlər vardır. M. Maştosun V əsrdə yunanlı kalliqraf Rufanın köməyi ilə tərtib etdiyi bu əlifbanın orijinal olmadığı, türk, yunan və aramey hərfləri əsasında yarandığı barədə ötəri şərh vermişdim («Azər xalqı», 295). Tanrının yardımıyla vaxt tapsam, gələcəkdə həmin şərhin geniş variantı, alban yazısının mənşəyi, nə üçün gürcü əlifbasının xutsuri (kilsə yazısı) qolundan fəqlənən ərən yazı qolunun mxedruli (baxadur) adlanması haqqında ayrıca məqalə yazmaq fikrindəyəm.]


Bir zamanlar uyğur boyları da türk və soqd əlifbalarından istifadə etmişlər. Əlifba dəyişikliyi dövrün siyasi-iqtisadi durumundan asılı olaraq baş verir. Bu olayda yazı texnikasının təkmilləşməyə olan meyli, mədəni səviyə və zamanın tələbi də mühüm rol oynayır. Bu baxımdan, bugün dünya xalqlarının ən çox istifadə etdiyi latın qrafikalı əlifbaların yayılma səbəbi qərb elmi və texnologiyasının müxtəlif ölkələrə ekspansiyası ilə bağlıdır. Ola bilər ki, yaxın gələcəkdə dünya xalqları vahid əlifbaya doğru axtarışlarda bulunacaqlar. Müasir əlifbalardan çoxunun qaynağında finikiya, onun da qaynağında Bibl yazıları durur. Bibl yazıları ilə eyni qaynaqdan törəyən türk runik əlifbası isə arxaik formasını və əsas qrafik fondunu saxlamaqla ayrı-ayrı lokal bölgələrdə kiçik fərqlərlə işlənmişdir. Bu əlifbanın Azərbaycan üzərindən Quzey Qafqaz və Orta Asiya-Qazaxstan-Güney Sibir istiqamətində aparılma tarixi m.ö.II minilin ortalarından başlanan quzey və doğu köçlərlə bağlı ola bilər. Hər halda, İrtış və İli çaylarının yaxınlığında tapılan sümük toqqa və gümüş qab üzərindəki arxaik türk runik yazısı m.ö.V əsrə aid olduğundan onun bu bölgələrə daşınması həmin tarixdən gec ola bilməzdi. 


Nəzərə almaq lazımdır ki,Yenisey yazılarının bir qismi m.ö.VII-IV əsrlərə aid olan balıq formalı daşlar üzərində yazılmışdır. Bu əlifba həm də ona görə qədimdir ki, ən qədim cızma-döymə yazı texnikası ilə ilkin ağac-daş yazı materialı üzərində yazılan düzxətli işarələrdir. Türk boylarının yazısı barədə qədim mənbələrin verdiyi məlumat məhz bu runik əlifba haqqında ola bilərdi, çünki m.ö. III-I minillərdə bir sıra türk boyunun Aralıqdənizi qıyılarında görünməsi arxeologiya, tarixi onomastika və başqa qaynaqlarda var. Tutarlı faktlardan biri də elə runik əlifbanın özüdür. Belə ki, türk runikası ilə eyni qaynaqdan yaranmış Finikiya əlifbası əsasında formalaşan Aralıqdənizi bölgələrində abc ilə başlanan əlifbaların qrafik fondu xeyli dəyişikliyə uğrasa da, onlardan bir çoxunun türk runikası qrafik fondu ilə eyniliyi və yaxın səsi bildirməsi faktı bu cədvəldəki müqayisədə aydın görünür.






Müqayisədən görünür ki, türk, etrusk, finikiya, aramey əlifbalarında eyni səsi bildirən çoxlu ortaq hərflər vardır. Bəzi hərflərin fərqlənməsi də təbii haldır, çünki əlifbalar dildən-dilə keçdikcə müəyyən dəyişmələrə məruz qalır. Türk işarələrinin yunan hərflərindən daha çox finikiya hərflərinə yaxınlığı hər ikisinin yunan əlifbasından daha əvvəllər yaranma tarixinin xronoloji yaxınlığı ilə bağlıdır. Türk yazısının sonralar İtaliyaya gedib, əsasən Toskana bölgəsində yerləşən etruskların əlifbası ilə yaxınlığı isə qədim türk (etrusk) boylarından birinin bu əlifbanı Kiçik Asiyadan ora aparması ilə əlaqəlidir. Etrusk əlifbası deşifrə olunsa da, ifadə etdiyi dil hələ açılmamışdır. Etrusk yazılarının yeni açımı və türkcə oxunuşu barədə «Azər xalqı» kitabında məlumat verdiyim üçün burada həmin məsələ üzərində geniş dayanmaq istəmirəm. Lakin bir şeyi burada qeyd etmək vacibdir ki, etrusk yazıları yaxın qonşuluğundakı yunan əlifbasından fərqli olaraq, türk yazılarında olduğu kimi, əsasən sağdan sola və bəzi yazılarda birinci sətir sağdan, ikinci sətir soldan, yəni bustrofedon üsulla oxunur. İndiyə kimi bu yazılarda etruskoloqların duya bilmədiyi imla qaydalarından biri də

işarəsinin sözayırıcı funksiyasıdır. Durğu işarəsi kimi nöqtə ilə yanaşı, həmin işarənin türk runikasından qalan bu
imla xüsusiyətini nəzərə alanda bir çox etrusk yazıları rahat oxunur.





[«Azər xalqı», 149-153; Bu məsələlər çapa hazırlanan «Etrusk-Türk bağı» bitiyində daha geniş şərh olunmuşdur.]  


Tas və gümüş qab üzərində yazılmış bu etrusk və türk yazısı təxminən eyni vaxta (m.ö.VI-V əsr) aid olsa da, türk yazısı əlifba sisteminin daha arxaik forması ilə seçilir: Etrusk-türk dil paralelliyi yazı qaydalarında da özünü göstərir. Məsələn, oğlan sözünün etrusk dilində sağdan sola oxunan (o)klan variantı yazılma qaydasına görə türk yazısından fərqlənmədiyi kimi, bəzi məqamlarda sait səslərin işarə olunmaması da hər iki əlifbada keçmiş yazı gələnəyidir:






[Yazılar bu mənbədən alınmışdır: Немировский, 1983, 69; Аманжолов, 1978, 83. Etrusk qabında mənim oxuduğuma görə, tasın (qabın) üzərindəki yazının qara it ilində çızılması (eşilməsi) və bu tasın yiyəsi Qunum adlı ərin (döyüşçünün?) Tuskak elindən olması məlumatı yazılmışdır («Azər xalqı»,152). Issık yazısını da biz belə oxumuşuq: «Koçu añısı ağ ebi oğuz ər için Uquzgü çizib».]


Azərbaycanda türk runik yazıları fraqmentlər şəklində tapılsa da, onların qrafik fondu arxaikliyi ilə diqqəti çəkir. Ə. Şükürlünün nəşr etdirdiyi Cəlilabad bölgəsində tapılmış ağırşak üzərindəki yazıda, həmçinin Yanıqlı kəndində tapıb üzünü köçürdüyüm yazı ilə İ. Doğanın verdiyi Qarakənd abidəsi arasındakı oxşar üslubda bu qədimlik aydın görünür:






Runik yazının mənşəyi haqqında söylənmiş fikirlər üç qrupa ayrılır: Birinci qrup türk runik yazının m.s. IV-VI əsrdə doğuya gətirilmiş parth, aramey və ya soqd əlifbasıından törədiyini, ikinci qrup türk damğalarından yarandığını, üçüncü qrup isə m.ö. II-I minillərdə Aralıqdənizi hövzəsində işlənən hecalı yazıdan törədiyini söyləyir. Birinci fikrin tərəfdarları faktlara deyil, gümanlara söykənir. Damğa xəttini müdafiə edənlər epizodik şərhlərlə kifayətlənməli olurlar. Faktik materiala söykəndiyi üçün əvvəllər tərəfdarı olduğum üçüncü fikri isə ilk dəfə elmi əsaslarla S. A. Amanjolov irəli sürmüşdür. Yuxarıda verdiyim Bibl-Türk işarə paralelliyi və finikiya, etrusk, yunan, aramey işarələri ilə türk runik işarələrinin müqayisəli cədvəli runik yazının Aralıqdənizi bölgəsində yaranması fikrini qüvvətləndirir. Lakin bu, runik əlifbanın türk damğalarından yaranması ehtimalını inkar etmir.


XIX əsrdən üzübəri V. Tomsen, A. Şifner, İ. A. Aristov, N. Q. Mallitski, E. D. Polivanov, A. C. Emre, İ. A. Batmanov, A. Bekmıradov və bir çox başqa alimlər runik əlifbanın qədim türk damğalarından yaranması fikrini bəzən güman, bəzən də qəti şəkildə söyləmiş və bir neçə örnəklə bu fikri əsaslandırmaq istəmişlər. Lakin onlardan daha əvvəl damğa-əlifba xəttini türkmən şairi Əndalıp «Oğuznamə» əsərində qələmə almışdır, çünki xalq arasında qədim çağlardan yazının 24 boyun damğasından törəməsi, boylara isə damğaların Oğuz-xan tərəfindən verilməsi inamı vardı.


Ümumiyətlə, əksər xalqların əlifbası bu və ya digər şəxsin adı ilə bağlanır. Doğrudur, bəzi tarixi şəxslər müəyyən milli əlifbanın yaranması və təkmilləşməsi üzərində işləmişlər. Belə ki, hay əlifbası Maştos-Rufan, kiril əlifbası Kiril-Mefodi və I Pyotr, qot əlifbası Vulfil tərəfindən işlənib cilalanmışdır. Lakin daha qədim çağlarda ortaya çıxan əlifbaların tanrı və ya ulu boybaşı tərəfindən yaranması mifi müxtəlif xalqlarda geniş yayılmışdır.


Bu miflərə görə, Oğuz-xan türk yazısını, Musa peyğəmbər yəhudi əlifbasını, Tot və İside Misir heroqlifini, Hermes yunan əlifbasını yaradıb. Belə miflər bəzən yarıgerçək şəkildə qədim tarixçilərin əsərlərinə də yol tapmışdır. Herodot yazır ki, yunanlılar yazı sənətini finikiyalılardan öyrəndilər, bu məlumatı təkrar edən Tasit etrusk əlifbasının da Demerat tərəfindən yaradıldığını qeyd edir. Əlbəttə, bütün bu məlumatlar diqqətə alınası qaynaqlardır, lakin gerçəklikdən uzaq olduğu üçün elmi tutalqa ola bilməz. Bu baxımdan, türk runik yazının Oğuz-xan tərəfindən yaradılması fikri yalnız xoş bir mifik güvəncdən başqa bir şey deyildir. Oğuzxan türk yazısının yaradıcısı yox, artıq ortalıqda olan bu yazını təkmilləşdirən və ya qədim türk mənbələrində deyildiyi kimi, runik yazı işarələrini 24 oğuz boyuna damğa kimi verilməsini gerçəkləşdirən ulu öndərdir. Məsələyə bu yöndə yanaşanda bəzi boy damğalarının doğrudan da, onların adındakı ilk səsi bildirən runik işarələr olduğunu aydın görmək olur:






Buradakı sxemə damğalara aid əvvəlki bölmədə verdiyim 11 oğuz boyunun damğaları ilə Azərbaycan damğaları arasındakı oxşarlığı əks etdirən bəlgələri də əlavə etsək, Oğuz-xan tərəfindən verilən və Kaşğari, Yazıcıoğlu, Rəşidəddin, Əbülqazi tərəfindən qeyd olunan boy damğalarının runik yazılarla əlaqəsi aydınlaşar. Türk runikasının damğalardan yaranması fikri daha maraqlıdır. Belə ki, Oğuz-xan çağında 24 oğuz boyunun damğasına çevrilən əksər runik işarələr daha qədim çağlarda işlənmiş damğalardan yarana bilərdi. Mindən artıq damğanı araşdıran L. İ. Lavrova görə, Qafqaz, Krım və Orta Asiya damğaları ilə türk runik yazısı arasında birbaşa bağın olduğunu söyləməyə əsas vardır.






Türkmən alimi A.Bekmıradov türk runikası ilə oğuz-türkmən damğaları arasında olan əlaqə haqqında söylədiyi fikri əsaslandırmaq üçün xeyli nümunə vermişdir. Lakin türk runik yazının yaranması tarixini Makedoniyalı İskəndərin yürüşündən sonrakı türk-yunan əlaqələrinin yaranması dövrünə aid etmiş və bunu Oğuz-xanla eyniləşdirdiyi hunların öndəri Mete ilə bağlamaq istəmişdir.  Damğa ilə runik işarələr arasında əlaqə axtaran C. Cəfərov isə Azərbaycan piktoqram və damğalarını oxumağa çalışsa da, vaxtsız dünyasını dəyişən alim tədqiqatın daxili sistemini qurmağa imkan tapmadı.


Türk runik işarələrinin qədim türk damğalarından törəməsi fikri elmi sübutdan hələlik uzaq olsa da, bu sahədə aparılan yeni elmi axtarışa işıq tutmaq üçün türk runik işarələrinə oxşayan və bəziləri də eyni olan Azərbaycan damğalarını verib, onları runik hərflərlə qarşılıqlı müqayisə etməyi gərəkli sayıram. Buradakı müqayisəyə digər türk bölgələrində də tapılan analoji işarələri əlavə edəndə həmin paralelliyin faktoloji dəyəri bir neçə qat artacaqdır:






Beləliklə, ortalıqda oğuz boy damğalarının runik işarələrdən, onların da qədim damğalardan törəməsi fikri vardır, lakin nəzərə alınmalıdır ki, damğaların çoxu daha qədim loqoqramlardan yaranmışdır. Sxemdəki nümunələrdən bəzisi əvvəllər də runik işarələrlə uyğun damğalar arasındakı oxşarlığa görə müqayisəyə cəlb edilmişdir. Böyük ehtimalla, Azərbaycan damğalarından bir qisminin göstərilən loqoqramlardan törədiyini düşünmək olar: Azərbaycan xalçalarında olan qədim loqoqram, damğa və runik işarələr artıq ilkin ifadə funksiyasını itirib naxışa çevrilmişdir. Lakin onların bugünə qədər donuq şəkildə olsa da, xalçalarda işlənmə gələnəyi göstərir ki, vaxtilə informativ yük daşıyan həmin işarələr Azərbaycanda geniş yayılıbmış. 


Runik əlifbanın və damğaların yayılma arealını tədqiq edən İ. Doğana görə, mərkəzləri Doğu Anadolu, Azərbaycan və Quzey Qafqazda Elbrusun çevrəsi olmaqla, bu əlifba loqoqram → damğa keçidi dönəmini Qafqazda keçirmişdir. [İ.Doğan. Runik yazının gelişim coğrafiyası (Əlyazması, səh.10).]  Tanınmış xalça uzmanı L. Kərimovun əksər bölgələri əhatə edən «Azərbaycan xalçası» kitabından loqoqram, damğa və runik işarələrə aid seçib verdiyim örnəklər runik yazının Qafqaz mənşəli olması ehtimalı üzərində ciddi düşünməyə sövq edir. Burada 30-dan yuxarı naxışın runik yazı işarəsi olduğu şübhə doğurmur.


Nəzərə alsaq ki, bunlar cəmi 28 xalça üzərindən seçilən işarələrdir, onda xalça sənətində runik işarələrin işlənmə tezliyinin də yüksək olması aydınlaşar. Kitabdakı sıra nömrəsi ilə verilən xalçalar üzərindəki naxışlardan haşiyə içinə alınan 1 №-li loqoqram-damğa düzümü xalçada bir neçə dəfə eyni ardıcıllıqla təkrar olunur, bu da həmin düzümün məhz loqoqram yazı olduğunu göstərir. 99 №-li işarələr sırasında isə haşiyə içinə alınıb, soldan sağa və sağdan sola oxunan işarələr k, t runik hərfləridir, çünki bu xalça Azərbaycanda ərəb əlifbasının işləndiyi XIX əsrdə toxunduğu üçün həmin hərflər kiril və ya latın qrafikası ola bilməzdi.






Xalça naxışlarından bir qisminin vaxtilə damğa-hərf olmasını görmək üçün onları runik yazıdakı eyni işarələrlə müqayisə etmək kifayətdir. Xalça naxışlarının tam olmayan bu örnəyi də aydın göstərir ki, runik yazı xalça sənətində geniş işlənmişdir. Digər məişət əşyaları üzərində də runik işarə-damğalar görünür. Məsələn, runik yazıdakı «z» Z hərfinin bir variantı olub, «dönərgə» (svastika) adlanan damğa-işarənin şəkli hələ V minilə aid Arpaçı arxeoloji abidəsində (Xalaf kulturu) gildən hazırlanmış qadın fiqurları üzərində vardır. Eyni şəkilli gil fiqurlar Şiraz bölgəsində IV minilin ikinci yarısına aid Tali-Bakun abidəsində də görünür. Bu şəkilləri yanlış olaraq, yerli əhalinin güya tatu döymə
gələnəyini əks etdirdiyini saymışlar. Lakin nəzərə almaq lazımdır ki, svastika təkcə gil qadın fiqurları üzərində deyil, ayrı sənət əsərləri, o sıradan saxsı qablar üzərində də vardır. Belə ki, Gəncəçay yaxasında m.ö. XIV-XI əsrlərə aid kurqanlardan çıxan keramika bunu aydın göstərir.






Prototürk çağından Azərbaycanda bəlli olan dönərgə işarəsi Ulduzla bağlı taleh anlamında işlənir. «Ulduzu söndü» deyiminin paraleli kimi işlənən «dönərgəsi döndü» deyimi qədim inancla bağlıdır. «Çərxifələk» ifadəsi bunun farsca tərcüməsidir. Türk boylarının miqrasiyası ilə ayrı-ayrı bölgələrdə ortaya çıxan dönərgə damğasının ilkin variantı Ulduz-Günəş və Tanrı simvolu olan (...kitaba bkz.) işarəsi ilə verilmiş, sonralar onun (...kitaba bkz.) işarəli variantları yaranmış dır. M. Tantəkin svastikanın və ondan yaranan xaç işarəsinin türklərə aid olduğunu yazmışdır. Bəzi uzmanlar isə xaç şəkilləri üzrə (...kitaba bkz.) keçidini arxeoloji bəlgələrdə izləyə bilmişlər. Qeyd etdiyimiz kimi, dönərgənin variantı runik yazıda «az» hecası ilə oxunan z hərfinə çevrilmişdir.






Runik yazının Azərbaycanda unudulması məsələsinə gəldikdə isə zaman-zaman bura gətirilən müxtəlif dinlərin və işğalçı yürüşlərin ayrıayrı əlifbalarla gəlməsi, yerli mədəni abidələr sırasında ən çox kitabların və digər yazı nümunələrinin məhv edilməsi ilə bağlıdır. Bu haqda tanınmış yazı uzmanı İ.Y. Qelb belə yazır: «Xalqın görünən simvolu onun dili və yazısıdır. Məhz buna görə, işğalçılar əsarət altına aldığı xalqın kökünü kəsmək üçün öncə onun yazılı söz xəzinəsini məhv edir». Bu olaylar dəfələrlə təkrar olunmuş gerçəklikdir və Azərbaycanda bunun izi ayrıayrı işğalçıların müxtəlif bölgələrdə qoyduğu yazı nümunələridir.


Türk runik əlifbasının yaşını aramey-soqd əlifbalarına bağlamaqla cavanlaşdırmaq istəyənlərin isə siyasi məqsəd güddüyü aydındır. Bəzən bu məqsəd açıq şəkildə söylənir. Hətta V-VI əsrlərə aid türk runik yazılarının tarixini VIII əsrə çəkməyi, əlifbanın yaranma yeri üçün isə Monqolustan versiyasını işləməyi tarixçilərə məsləhət görən İ.V. Kormuşin bunu, güya, türkologiyanın «inkişafı üçün» lazım bilir. Belə təbliğatın nəticəsidir ki, Batı Monqolustanıda m.ö.V-III əsrlərə aid Ulanqan abidəsinin 23 saylı basırığında tapılan qab üzərində boya ilə Elçi Baqu (və ya Elçi-başı) sözünü oxuyan V. A. Livşits bunu gec uyğur (VIII əsr) yazısı hesab etmişdir. Halbuki, arxeoloq E.A. Novqorodova bu basırıqda təkrar dəfn əlaməti olmadığını, yazılı qabın həmin m.ö.V-III əsrə aid toxunulmamış inventar içində qaldığını yazır. Müxtəlif yazıların mənşəyini tədqiq edən A. M. Kondratov isə türk yazısının sonralar meydana çıxmış soqd, avesta, pəhləvi (parth) və sair bu tip əlifbalardan törəməsi fikrini rədd edib, onu finikiya-aramey heca əlifbaları ilə ortaq sayır.


Türk dilinin səs və morfoloji quruluşunun qarşılıqlı əlaqəsi əsasında formalaşan türk runik əlifbasının daxili mexanizmi heca-səs sisteminə köklənmişdir. Dilin səs quruluşundakı diaxronologiya və fonemlərin birbirinə münasibəti bu əlifbadakı işarələr sistemində əks olunduğu üçün onun 3-4 minil bundan əvvəl yarandığını düşünmək olar. Fonemin özünü deyil, fonemi fərqləndirən əlamətlər sistemini əks etdirən runik əlifbanın fonoloji deyil, morfonoloji əsasda yarandığını söyləyən tanınmış türkoloq A. N. Kononov yazır: «Runik yazının yaranma tarixi və yeri hələlik həll olunmamış məsələ kimi qalır».


Təəssüf ki, m.ö.I minillikdə Azərbaycanda qabarıq görünən finuqor boylarının izi hələlik tədqiq edilməyb. Macar qaynaqlarında saqa-hun mənşəli hesab olunan və türk runikasından törəmə vaxtı hələlik aydın olmayan sekel-macar yazıları XVII əsrə qədər işlənmişdir. Vaxtilə macarlara qarışan bu boyun sekler (saklar) və sekel (sak eli) adlanması da diqqəti çəkir. S. İstvanın 1593-də yazdığına görə, Toskana bölgəsində Etruriya prinsinin kitabxanasında bir cilddə sekel yazısı varmış.


[Orkun, 663; Дирингер, 372; Macar alimi Eniko Siy sekel runikası haqqında yazır: «Древнее врезанное письмо венгров, имеющее тюркское происхождение и языческий характер, вышло из употребления, так как оказалось негодным для фиксирования связных текстов. Восточные венгры пользовались этим письмом вплоть до ХВЫЫ века» (Энико Сий, 10).]



Prof.Dr.Firudin Ağasıoğlu Celilov
9 Bitik (1) syf.150-163 (kendi sitesinden indirebilirsiniz.)




"Prototürk ve protoazer boylarınında damğa sisteminin yaranmasına piktogram "yazılar" da müeyyen imkan açmışdır. Türklerin Altaydan Ön Asiyaya değil, Ön Asiyadan altaya getmesini aks etdiren sübutlar sırasında arkeoloji belgelerle yanaşı, bu miqrasiyanı aydın gösteren dekorativ sanat eserleri "an üslubu", piktogram ve halı-kilim üzerinde nakışlarını tipologiyası, damğalar da vardır. ... Damğa sözünün ilkin semantikası neolit çağı prototürk toplumnda formalaşdığı üçün onun ilkin forması dab-tab kökünden -qa şekilçisi ile yaranan "dabqa - tabqa" şeklinde berpa olunur. Hemin kökden davar (tavar), tabor, tabun, tavla (tövle) ve sair bu kimi sözler yarandığına göre, onun "mal-hayvan", "mülk, var-dövlet" 
anlamlı polisemantik kök olduğunu düşünmek olar."
Prof.Dr.Firudin Ağasıoğlu - Doqquz Bitik: Azərbaycan türklərinin islamaqədər tarixi









Etrüsk - MÖ.520-500 ... yukarıda
Musul/Tali Bakun - MÖ.4000-3000 ... altta







28 Ocak 2015 Çarşamba

HATTİ SANATI ve KADİM TÜRK SEMBOLLERİ





Hititler'in imparatorluk dönemi güzel sanatlarında anıtsal bir yetenek görülür, fakat hiçbir yerde form-biçimlendirme yeteneği saptanamamıştır. Kimi yerde yalnızca oyun oynarcasına bir eğilim egemendir ve malzeme buna boyun eğmeyince hemen bir yana bırakılarak yeni bir taşa el atılmıştır; kimi yerde bitmiş ile yarı bitmiş, eski ile yeni birbirine karışmıştır. Yazı hiçbir zaman bir süsleme aracı olarak anlaşılmamış, aksine nerede yer elverişliyse oraya sokuşturuluvermiştir. Bu durum Yazılıkaya tapınak bölgesi için de geçerlidir; burada sadece "tanrıların tören alayında" bir biçimlendirme endişesinin sezildiği görülüyor. Fakat Yazılıkaya'nın özelliği yalnızca bir benzeri bulunmayışıdır, yoksa tipik hiçbir yanı yoktur. Normal haliyle Hitit sanatı belirgin, fakat hep kaba kalmış bir karakter gösterir (Önceleri Hurri, daha sonra da Asur etkisi de sürekli varlığını sürdürmüştür). Hiçbir zaman da bir "stil" oluşturamamıştır.

MÖ 2.binyılda bir Hitit İmparatorluğu vardır, ama bir "Hitit Kültürü yoktur". Hititlerin egemen halkının büyüklüğü çeşitli halkları "yönetmekte" ve onlara "hükmedebilmekte" kendini gösterir.

Hitit hayatının canlı resimlerini imparatorluk döneminin anıtlarında değil, bu dönemden çok sonraki Zincirli, Karkamış, Karatepe vs. gibi şehir krallıkların, yani MÖ 800-700 yıllarının yığınla kabartmalarında ve heykellerinde buluyoruz. Şimdiye kadar olduğu gibi bu "Neo-Hitit" resimleri, Hitit halkının özelliklerini yansıtan eserler diye asla gösteremeyiz. ... Bu resimler imparatorluğun göçüp gitmesinden 500 yıl sonraki bir zamana aittir. Hitit imparatorluğu MÖ 1800'den 1200'e kadar Küçükasya ve Önasya tarihine damgasını basmış başlı başına büyük bir devlettir. Hititlinin varalığı, Hititlinin niteliği ise ancak bu büyük devletin tanıklığından çıkarılabilir, döküntülerinden değil.

Wright ve Sayce'ın Hitit devleti hakkında "imparatorluk" terimini kullanmaları hiç de gelişigüzel değildir. Buna 20.yüzyılda "commonwealth" yani uluslar topluluğu denir.  Bu görüş açısıyla altıyüz yıllık Hitit egemenliğine bakarsak bir Hitit "tarihinden" sözetme imkanımız olmaz. Tarih, organik bir gelişmedir, manevi bir birliktir, biçim ve eda, form ve stil oluşturma çabasının evrimidir; aynı çağlarda Mısır ve Babil'de gördüğümüz gibi "kültür" ile özdeştir. Bütün bunları Hitit imparatorluğunda bulamıyoruz. Altıyüz yıl içinde onlarda bulduklarımız gerçi karakteristik ve değişiktir, ama organik bir evrimin izleri değildir.


MÖ 2.binyılın Hitit imparatorluğu, eski dünya tarihinde en şaşırtıcı ve en olağanüstü siyasal görüntüdür, ama kültürel bakımdan hiçbir önemi yoktur. 



C.W.Ceram
Tanrıların Vatanı Anadolu
Remzi Kitabevi, 1994





Hatti sanatı - MÖ.2300-2000
Dinsel tören sancağı - tunç
Alacahöyük
Anadolu Medeniyetler Müzesi

Anadolu'ya gelen Hititler (Nesiler) dil, din, kültür ve sanat
konularında Anadolu'nun yerlisi olan Hattilerden 
büyük ölçüde etkilenmişlerdir. 
Bu yüzden de dinsel sancaklarını Hattili ustalara yaptırmışlardır.




Hatti sanatı, dinsel tören sancağı,  tunç - MÖ.2100-2000
Alacahöyük
Anadolu Medeniyetler Müzesi




Hatti Sanatı , Altın testiden detay MÖ.2300-2000
Alacahöyük
Anadolu Medeniyetler Müzesi






Hitit Güneş Kursu olarak adlandırılsa,
HİTİT DEĞİL HATTİ

"Güneş Kursu, genellikle Hitit uygarlığına ait bir eser olarak kabul edilir ve çoğumuzda Ankara ve Anadolu çağrışımlarını uyandırır. Atatürk’ün emriyle 1935 yılında Alacahöyük’te başlayan kazılarla açığa çıkartılmıştır, Hitit öncesi döneminin yani Hatti döneminin bir eseri olduğu belirtilen Güneş Kursu, tunçtan yapılmış olup günümüzden yaklaşık 4250 sene önce 
dini merasimlerde kullanılmıştır.


Güneş Kursu’nu oluşturan yuvarlak, dünyayı ya da güneşi temsil etmektedir. Altta, iki adet boynuza benzer çıkıntının ne olduğu ise kesin olarak henüz bilinmemektedir. Üzerinde yer alan çıkıntılar ise doğanın çoğalmasını, üremeyi temsil etmektedir. Kuşlar da aynı şekilde yine doğanın çoğalmasını, doğadaki hürriyeti anlatmaktadır. Güneş Kursu’nun, Hititlerin Anadolu’ya gelmelerinden yaklaşık 300 sene önce yapıldığı ve Hatti kralları öldüğü zaman bunun gibi 4-5 sembolle birlikte gömüldükleri bilinmektedir." der Ankara Üniversitesi. 

Buraya ayrıca iki not düşmek istiyorum:
Boynuzlar Boğa'yı temsil eder. Boğa ve Tanrı eş görülür. Bizim Toros dediğimiz Tauros Dağları hem Boğa hem de Tanrı anlamındadır ki Tau Türkçedir (Dağ/İlah). (Tauros'taki -os eki Hellen dilinden kalmadır. Fırtına Tanrısı Tarhu'dan Tauros'a-Tarkan/Tarhan, ki Tar'ın açıklaması İlah/Tanrı olarak ta verilir. Ayrıca Taur'in Dağ İnsanları anlamına gelen Tau+Er'den türediğini söyler Mirfatih Zakiyev. daha detaylı bknz."Türklerin ve Tatarların Kökeni"ya da İngilizce link "Origin of Türks and Tatars".)

Kuşlarda Türk kültüründe "UÇMAĞI" temsil eder. Madem ölülerle gömülmüş o zaman mezardaki kişinin ruhu 
kuş olup UÇMAĞA vardığını belirtmektedir.

Anadolu'da bulunmuş ve MÖ.1800 öncesine ait buluntulara Hitit demekten vazgeçin, ve başkalarına mâl edip 
Atalarımızın mirasına ihanet etmeyin.
SB.






Hattuşai Kral II.Murşili'ye ait mühür baskısı - MÖ.1345-1315








Kazakistan 'da bir Boy Tamgası (Töre Boyu)





Ant ve Oz Tamgaları Köktürk Yazıtında






"At that time we must remember, there was hardly such a thing 
as a town in Anglo-Saxon England...." 
H.G.Wells








4 Ekim 2014 Cumartesi

TAŞKOÇ VE TAMGALAR



"Taşkoç'un geleneği çok eskidir ve bu gelenek Ön Asya'da prototürk çağında ortaya çıkmıştır....
Güney Azerbaycan Göytepe Taşkoç'un 3000 yıllık tarihi bu geleneğin eskiliğini açık olarak gösterir" 
Prof.Dr.Firudin Ağasıoğlu -Taşbaba Türk'ün Taş Yaddaşı


 TAŞKOÇ'TAKİ TAMGA




 TURUVA / TROY LİNK


ERZYA SEMBOLLER    LİNK



Azərbaycan (1-3), qırğız (4), türkmən (5-6), 
qazax (7), özbək (8), tuva (9), başqırd (10), çuvaş (11), 
yakut (12), balkar (13), qaraçay (14), xakas (15) və 
Ukrayna kazaklarının (16) xalça, keçə və tikmə naxışlarında 
Tenqri xan açalarının rəmzi variantları.







ÇİN'DEKİ BİR TÜRK/HUN KURGANI'NDAN 
ÇIKAN KEMER TOKASI

TURKISH GRAVES/KURGANS in
NORTH-WESTERN PROVİNCES OF CHINA
ARCHAEOLOGİCAL RESEARCHES İN SİNKİANG
BY FOLKE BERGMAN , STOCKHOLM, 1939 - E-BOOK




Bu TAŞKOÇ Adana'da ele geçirildi.





16 Eylül 2014 Salı

TAMGALAR


Damğalar, rəmzlər... mənimsəmələr

Araz Qurbanov
Bakı,2013


«Dünlə bərabər getdi cancağımız,
İndi yeni sözlər söyləmək lazım.
Nə qədər söz varsa dünənə aid
Onları yenidən söyləmək lazım».
Mövlanə Camaləddin Rumi


Mövzuya öz damğasını vuran kitab


Əlinizdəki bu kitab çox ağır, çətin və mürəkkəb bir mövzuya  damğalara həsr olunmuşdur. Petroqlif, piktoqram, rəmz, heraldika, nəhayət, yazı kimi damğa da bəşər mədəniyyəti tarixində çox mühüm yer tutur. Təəssüf ki, türk, eləcə də Azərbaycan damğaları sistemli şəkildə araşdırılmamış, elmi dövriyyəyə yetərincə daxil edilməmiş, bizlərə məxsus olan bir çox tarixi dəyər kimi yağmalanmış, başqa mədəniyyətlərə və millətlərə peşkəş edilmişdir. 



Bu mənada Araz Qurbanovun oxuculara təqdim olunan «Damğalar, rəmzlər... mənimsəmələr» adlı kitabı son dərəcə aktual və dəyərli tədqiqatdır.



Damğalar xüsusi mülkiyyətin meydana çıxması ilə yaşıd olsa da, bəzi ehtimallara əsasən, daha çox atın türk etnosu tərəfindən əhliləşdirilməsi ilə bağlıdır. Çünki at digər heyvanlara nəzərən ən sürətli nəqliyyat və savaş vasitəsi, dolayısı ilə ən qiymətli və baha əmtəə idi. Hələ hun çağında türklər qonşu Çinə çoxlu sayda at ixrac edirdilər. Bu atlar rənginə, növünə, cinsinə və digər zahiri əlamətlərinə görə (qaşqa, çəkil və s.) təsnif olunur və çeşidlənirdi.



Bəzən bir-birinə oxşar kəhərləri və ya qaşqaları ayrı-ayrı istehsalçılara görə fərqləndirmək ehtiyacı yaranırdı. Təbii ki, bunu kağız üzərində aparmaq təcrübi baxımdan doğru deyildi, çünki ilxıda atlar bir-birinə qarışdıqda onları ayırd etmək qeyri-mümkün idi. Ona görə də atların kimə, hansı ailəyə, boya, soya mənsub olduğunu dərhal və səhvsiz anlamaq üçün damğalardan istifadə 
edilirdi. Müəyyən yaşdan sonra atın sağrısına (buduna) qızmar dəmirlə heç vaxt silinməyəcək şəkildə xüsusi damğa vurulurdu.


Daha sonra bu, başqa sahələrdə bir qədər fərqli məqsəd və metodlarla (bayraq və sancaqlar üzərində, silahlarda, sənətdə, xüsusilə xalçaçılıqda, bəzək əşyaları, zərgərlik, gil və çini qab-qacaq istehsalında, yasaq ərazilərin sərhədlərinin göstərilməsində və s.) tətbiq olunmağa başlandı, gömrük, möhür, imza, siqnatura, müəlliflik funksiyaları qazandı. 



Maraqlı cəhət budur ki, türkcə «damğa» sözü bir çox dillərə (rus, ərəb, fars, monqol və s.) keçmiş, rusca «tamqa», «tamojnya», «tabun» sözləri də buradan yaranmışdır.



Əski türkcədəki «tamqaçı» (damğaçı) sözü ilə dövlətin ən yüksək məmuriyyətlərindən biri olan «möhürdar», indiki mənası ilə «dövlət katibi» vəzifəsi ifadə edilmişdir.  
Tarixin müəyyən çağında damğalar artıq yazı sistemlərinə nüfuz edir. Misal üçün, bunu Orxon əlifbasında da görmək mümkündür. 


Bu əlifbadakı 38 işarə-hərfdən 14-nün damğalardan ibarət olduğu 
dərhal sezilir. Yan tərəfdəki 6 işarə isə damğaları ən parlaq şəkildə ifadə edir. Rəsmdəki əl işarəsinin l, yaya bənzəyən işarənin y, oxu andıran işarənin x, itə bənzəyən işarənin t, ev (çadır) işarəsinin b («b» sonralar bir çox sözlərdə «v»-yə çevrilmişdir), ata oxşayan işarənin isə t hərfini ifadə etdiyini görürük. Bunun başqa örnəkləri də vardır. Araz Qurbanov öz kitabında onların 20-sini damğa rəmzi kimi izah etmişdir.


Kiçik ön sözdə əlifbaya xeyli yer verməyimiz səbəbsiz deyil. Ermənilər bir çox platformalarda özlərini orijinal əlifba sahibi, mədəni millət kimi qələmə verir, bizi isə əlifbasız xalqlar cərgəsinə aid edirlər.  
Halbuki finikiya- aramey mənşəli erməni əlifbasından fərqli olaraq bizim runik əlifba daha milli, daha orijinal və qat-qat qədimdir.


Araz Qurbanov kitabının «Damğa – etnik alın yazısı» adlanan I hissəsində damğaları etnik mənsubiyyət göstəricisi, dominant etnomədəniyyətin təzahürü, dominant-vassal münasibətlərinin əlaməti, ərazi mənsubiyyətinin qrafik əlaməti kimi geniş təhlil etmiş, Azərbaycan xalçalarında işlənmiş damğaları, qədim və orta əsrlərdə mövcud olmuş türk dövlətlərinin bayraqlarındakı damğaları , finikiya və türk runik əlifbasındakı işarələri müqayisə etmiş, ortaq damğalara görə türk xalqlarının yaşadığı arealı göstərmiş, əhəməni və sasani tayfa rəmzləri arasındakı etnik türk damğalarını müəyyənləşdirmiş, oğuz boyları və damğalarını ayrıca araşdırmış, «damğa» sözünün etimoloji

izahını vermişdir.


Kitabın II hissəsi «Bəzi populyar türk damğa və rəmzlərinin semantikası » adlanır. Müəllif burada xan damğası, ikibaşlı qartal/quşlu damğa, daha doğrusu, onqon quşlar, ay-ulduz rəmzləri, andiçmə rəmzləri, bitik, tumar, nəzərlik, tilsim ilə bağlı rəmzlər, totem sayılan qaba ağac, töz ağac, baytərək, baytörə rəmzləri, Gün rəmzi, qızıl alma, abak, ama, ana ilə əlaqədar rəmzlər, yay-ox, buta rəmzlərinin semantikasını açmışdır. Bu fəsil faktiki material larla həddən artıq yüklüdür, burada onlarca, yüzlərcə damğa, rəmz və işarə təhlilə cəlb edilmiş, onların mənası dolğun şəkildə izah olunmuşdur. 



Kitabın III hissəsi «Damğa işarələri. Etnogenez, təhriflər və mənimsəmələr» adlanır. Bu, kitabın ən maraqlı qismidir. Müəllif əvvəlcə Qobustan, Gəmiqaya, Manna, Midiya rəmzləri ilə türk damğalarını müqayisə edir, 9-15 rəmzlə damğanın üst-üstə düşdüyünü göstərir. Pazırıq işarələri ilə türk damğaları arasında 19 
dəfə eynilik müşahidə edən A.Qurbanov Azərbaycanda rəmz və damğaların heç bir dəyişikliyə uğramadan tarix boyu davam etdiyini, bunların uzaq Altay bölgəsində yerləşən Pazırıq kurqanı ilə də eyniyyət göstərdiyini yazır.


Tədqiqatın «Erməni saxtakarlığı. Abidələr, xalçalar, qayaüstü təsvirlər və rəmzlər» bölməsində ermənilərin müəmma dolu saxta tarixi, mifik «erməni yayı və oxu», Haykın «atıcılıq» məharəti, Ağtomar kilsəsindəki barelyefdə təsvir olunan qıpçaq döyüşçüsünün ermənilər tərəfindən «xristian kral» şəklinə salınması, ermənilərə «məxsus» olan qayaüstü təsvirlərin başqa planetlərdən gələn varlıqlar haqqında çox qiymətli məlumat daşıması və ağlasığmaz başqa cəfəngiyyatlar sadalanır və ifşa olunur. 



Bədnam qonşular Azərbaycan xalça məktəblərinin nümunələrini, rəmzlərini, ornamentlərini - bir sözlə, bütün elementlərini mənimsəməyə can atmış, dünya elmi ictimaiyyətini aldatmaq məqsədilə kitablar yazmış və ya yazdırmış, ingiliscə xalça demək olan «karpet» sözünü Qərbdə xalça mağazası açmış erməni taciri Karapetin adı ilə bağlamaq dərəcəsinə qədər saxtakarlığa əl atmışlar. Kitabda daha sonra erməni sənətşünaslarının uydurmaları, 
erməni xalçası kimi qələmə verilən sənət nümunələrində Azərbaycan xalça məktəblərinə məxsus damğalara, habelə başqa türk xalqlarına aid damğalara gen-bol rast gəlinməsi fakları bir-bir göstərilir.


A.Qurbanov Qərbi Azərbaycan qayaüstü təsvirlərindəki işarələrin etnik mənşəyinə haqlı olaraq xüsusi bölmə həsr etmişdir. İş burasındadır ki, ermənilər çox-çox sonralar gəlib yerləşdikləri bu coğrafiyada bizə məxsus nə varsa hamısına qeyd-şərtsiz sahib çıxaraq həyasızcasına mənimsəmişlər.



Bunların arasında qayaüstü təsvirlər xüsusi yet tutur. Ermənilər bu təsvirlərin yozumunu da özlərinə xas olan formada - bəzən gülməli, bəzən də fantastik şəkildə göstərirlər. Müəllif bu bölmədə Qərbi Azərbaycan işarələrinin Mərkəzi və Ön Asiya, Avropadakı türk damğaları və göytürk əlifbası ilə müqayisəsini vermiş, erməni iddialarının əsassız olduğunu sübuta yetirmişdir.



A.Qurbanov Qafqaz Albaniyasının tarixini, mirasını, eləcə də damğa və işarələrini mənimsəmiş ermənilərin bütün əməllərini elmi məntiq və sübutlarla ifşa etmişdir. Tədqiqatçı Dərbəndin qala divarları üzərindəki işarələri mənimsəməyə cəhd edən erməni alimlərinin qeyri-elmi tezislərini alt-üst etmiş, Dərbəndə aid 98 işarənin ortaq türk damğaları ilə, qıpçaq və oğuz simvolları ilə, göytürk və uyğur əlifbalarındakı işarələrlə qarşılıqlı müqayisəsini aparmışdır.



Araz Qurbanovun «Damğalar, rəmzlər... mənimsəmələr» adlı kitabı bu sahədəki çox mühüm boşluğu dolduran, saxtakarlara tutarlı cavab verən, türk və Azərbaycan damğa və rəmzlərilə bağlı bir çox məsələləri ilk dəfə elmi dövriyyəyə daxil edən, bəzi qaranlıq məqamlara aydınlıq gətirən - bir sözlə, mövzuya öz damğasını vuran tədqiqatdır. Hazırda müəllifin geniş həcmli «Ortaq türk rəmzləri və damğaları» kitabı nəşrə hazırlanır. Müəllifə bu çətin işdə uğurlar arzulayırıq.



Ramiz Əskər,
professor



Azərbaycan (1-3), qırğız (4), türkmən (5-6), qazax (7), özbək (8), tuva (9), başqırd (10), çuvaş (11), yakut (12), balkar (13), qaraçay (14), xakas (15) və Ukrayna kazaklarının (16) xalça, keçə və tikmə naxışlarında Tenqri xan açalarının rəmzi variantları...


Turkish symbols


ve






MS.1.-3.yy Kimmer (Bosporos-Kırım)


TRUVA 
Heinrich Schliemann's Sammlung - Trojanischer Altertümer



Sakha / Saka / Saha Turks (also called Yakuts) 







TURKISH GRAVES/KURGANS in
NORTH-WESTERN PROVİNCES OF CHINA

ARCHAEOLOGİCAL RESEARCHES İN SİNKİANG
BY FOLKE BERGMAN , STOCKHOLM, 1939

Ramazanoğulları Beyliğin 16.yy'da yaptırdığı Camii, Adana Ulu Camii adıyla bilinir. 
Selçuklu ve Memluk üsluplarını taşır.

13.yy Selçuklu Baklacı Baba (Kavaklı) Cami / Ankara
Türk Etnografya Müzesi



Sarmatlar - İskit ve Amazonların soyundan gelir




Özbekistan


Efes MÖ.625-600




I hissə. 
Damğa - etnik alın yazısı 
«Damğa» sözünün etimoloji izahı 
Damğa tarixi yaddaşın daşıyıcısı kimi

II hissə. 
Bəzi populyar türk damğa və rəmzlərinin semantikası
Xan damğası, eltəbər, baltavar 
Toğrul,quşlu damğa,ikibaşlı qartal
Ay-ulduz, Günəş-Аy
And damğası 
Bitik (pitik), tumar, nəzərlik, tilsim
Qaba ağac, töz ağac, baytərək, baytörə
Gün rəmzi, qizil alma
Abak, ama, ana 
Alban (atban)
Yay-ox damğası
Oğuzların qayı boyunun damğası 
Buta (puta) 

III hissə. 
Damğa işarələri. Etnogenez, təhriflər və mənimsəmələr
Erməni saxtakarlığı. Abidələr, xalçalar, qayaüstü təsvirlər və rəmzlər
Qərbi Azərbaycan qayaüstü təsvirlərindəki işarələrin etnik mənşəyi
Qafqaz Albaniyası işarələri. Dominant etnomədəniyyətin izləri 
Dərbəndin «naməlum» olan məlum işarələri
Nəticə əvəzi 
İstifadə olunmuş ədəbiyyat 


****

BİR BAŞKA KİTAP DA TÜRKİYE'DEN


MUSTAFA AKSOY / kendi sitesi
Tarihin Sessiz Dili Damgalar 
The Silent Language of History Damgas / link








mutlaka okunmalı